“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
14.02.2018 [10:04]
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi də dinlənilib
Fevralın 13-də parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 19 məsələdən ibarət gündəlik təsdiqlənib.
“Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əlavə olunan 73.9-cu maddəyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Bu dəyişiklik Avropa Məhkəməsinə seçilmiş hakimin Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadəsinə hüquqi əsas yaradır. Sənəd səsə qoyulub və qəbul edilib.
Sonra iclasda Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələlərinə baxılıb. Milli Məclis hər iki təyinata razılıq verib.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nə dair hesabatı parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsində Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayan məruzəçi bildirib ki, 2017-ci ildə qəbul edilmiş “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun, həmçinin bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanunlara edilmiş dəyişikliklər bu sahədə şəffaflığın artmasına, əmək münasibətlərinin tənzimlənməsinə şərait yaradıb.
Ədliyyə Nazirliyi Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyaları ilə birgə regionlarda təşkil edilən konfranslarda bələdiyyə üzvlərinin və qulluqçularının fəal iştirakını, eləcə də bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsini təmin edib. 2017-ci ildə 220 maarifçilik tədbiri keçirilib. Həmin tədbirlərə 9 min 649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunub.
İllik məruzə dinlənildikdən sonra müzakirələr başlanıb. Deputatlar Elmira Axundova, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Kamran Bayramov, İsa Həbibbəyli məruzə haqqında fikirlərini bildiriblər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2017-ci ildə səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
Səsvermə yolu ilə parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.
Sonra iclasda Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, bu sənəd 3 komitənin - Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ətraflı müzakirə olunub. Qanun layihəsi Prezident Sərəncamına əsasən təşkil edilmiş işçi qrupu tərəfindən hazırlanıb. 5 fəsil, 30 maddədən ibarət qanun layihəsini geniş şərh edən işçi qrupunun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, sənəd hazırlanarkən mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
Məlumat dinlənildikdən sonra birinci oxunuşda müzakirələrə başlanıb. Sənədin əhəmiyyətini yüksək dəyərləndirən deputatlar Əli Məsimli, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Mahir Abbaszadə təkliflərini səsləndiriblər. Layihə konseptual baxımdan məqbul sayılıb.
Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Ələt azad iqtisadi zonasının fəaliyyəti ölkəmizin ixrac potensialını gücləndirəcək, iqtisadiyyatın inkişafına və rəqabətqabiliyyətliliyinin artmasına təkan verəcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, azad iqtisadi zonaların yaradılması və belə bir qanunun qəbul edilməsi iqtisadiyyatın inkişafının və liberallaşdırılmasının indiki mərhələsində irəliyə doğru atılmış çox böyük addımdır.
İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Meliorasiya və irriqasiya haqqında”, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklər barədə məlumat veriblər. Bildirilib ki, hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, ötən il Su Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlıdır. Deputatlar hər iki qanun layihəsinin qəbulunu məqsədəuyğun sayıblar.
Plenar iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci və 20-ci maddələrinə dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olunub.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verib. Deputatlar qanunun lehinə səs veriblər.
Plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, 598-ci maddədə söhbət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulduğu hallardan gedir.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verib.
Müzakirələrdə belə bir qanunun vacibliyini önə çəkən deputatlar Hikmət Məmmədov, Fazil Mustafa, Tahir Rzayev, Elşən Musayev, Jalə Əliyeva və Qənirə Paşayeva irad və təkliflərini bildiriblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatları maraqlandıran suallara cavab verib.
Yekunda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi səsə qoyulub və konseptual baxımdan birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27

