Azərbaycan 2018-ci ildə öz inkişafını inamla davam etdirəcək
08.02.2018 [09:50]
Prezident İlham Əliyev: Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir
Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı xarakter daşıyır. 2004-cü ildən bəri respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və sosial rifah siyasətini uğurla davam etdirir. Bəhs olunan dövrdə dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının böyük müvəffəqiyyətlə reallaşdırılması, aparılan islahatlar, genişmiqyaslı infrastruktur quruculuğu ölkəmizdə yeni müsbət reallıqlar yaradıb. Bölgələrin siması tamam dəyişib, Azərbaycan hər cəhətdən müasir dövlətə çevrilib. Məqsədyönlü siyasətin nəticəsi olaraq bölgələrdə tarazlı inkişafın təmin edilməsi öz növbəsində bütün ölkə boyu iqtisadi aktivliyin artmasına müsbət təsir göstərib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda respublikada inkişafdan kənarda qalan və yaxud axsayan bölgə tapmaq mümkün deyil.
Regionların tarixən formalaşan ənənələrindən, təbii imkanlarından, əmək ehtiyatlarından, iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi son nəticədə ölkənin milli gücünün artmasında özünü büruzə verir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edildiyi kimi, respublikamızın hər cəhətdən müsbət mənzərəsi, ötən illərdə əldə olunan uğurlar gələcək inkişaf üçün fundamental baza qismində çıxış edir. Azərbaycan özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına istinad edərək perspektivdə də inkişafın ardıcıllığını təmin etmək, bütün ölkə boyu müxtəlif istiqamətlərdə yeni layihələr həyata keçirmək əzmindədir.
Müasir infrastruktur quruculuğu 2018-ci ildə də diqqət mərkəzində saxlanılacaq
Ölkəmizdə 14 il bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına bölgələrdə zəruri infrastruktur obyektlərinin yaradılması ilə start verildi. Və respublikanın infrastruktur təminatının möhkəmləndirilməsi strateji hədəf kimi sonrakı Dövlət proqramlarında da diqqət mərkəzində saxlanılıb.
Son 14 ildə elektroenergetika təsərrüfatında aparılan yenidənqurma işləri, müasir obyektlərin istifadəyə verilməsi bütün ölkə boyu müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Yeri gəlmişkən, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib, həmçinin çoxlu sayda yarımstansiya istismara verilib, yeni elektrik verilişi xətləri çəkilib. Yeni çəkilən xətlər hesabına respublika ərazisində yüksək gərginlikli ötürmə xətlərinin ümumi uzunluğu 7600 kilometri ötüb. Nəticədə, Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda ölkəmiz həm daxili enerji istehlakını bütünlüklə yerli istehsal hesabına təmin edir, eyni zamanda, bu sahədə özünün ixrac imkanlarını daha da artırır.
Ölkənin elektroenergetika təsərrüfatının potensialının artırılması perspektivdə də davam etdiriləcək. Bunu sənayenin, kənd təsərrüfatının və əhalinin getdikcə artan istehlakı tələb edir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində bildirib ki, bu il bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, onların və transformatorların dəyişdirilməsi, yəni elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində kifayət qədər böyük investisiya layihələri icra ediləcəkdir. Hazırda respublikamızda “Şimal-2” elektrik stansiyasının inşası uğurla davam etdirilir. Kifayət qədər böyük gücə malik olan bu infrastruktur obyektində işlərin böyük əksəriyyəti tamamlanıb. Prezident İlham Əliyev vurğulayıb ki, bəhs olunan elektrik stansiyasının işə salınması ilə Azərbaycanın enerji ixracı imkanları daha da artacaq: “İndi bizdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur və bu il yeni böyük elektrik stansiyası işə düşməlidir. Bu stansiya artıq bir neçə ildir ki, inşa edilir, “Şimal-2” elektrik stansiyasının açılışı bu il nəzərdə tutulur. Stansiyanın generasiya gücü 400 meqavatdır. Çox böyük stansiyadır, bizə əlavə potensial verəcək və əlbəttə ki, ilk növbədə, ixrac imkanlarımızı artıracaq”.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. Belə ki, 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib.
Ölkə boyu qazlaşdırma cari ildə də yüksək intensivliklə davam etdiriləcək. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifə ölkə üzrə qazlaşdırmanın səviyyəsini ilin sonunadək 95 faizə çatdırmaqdan ibarətdir. Bu məqsədlə Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb. Hazırlanan tədbirlər planına uyğun olaraq 2018-ci ildə indiyədək müvafiq təchizat sistemi olmayan və yaxud qaz təchizatı müxtəlif səbəblərdən dayandırılan çoxlu sayda yaşayış məntəqəsinə, o cümlədən də ucqar dağ kəndlərinə yeni paylayıcı xətlərin çəkilməsi təmin ediləcək. Eyni zamanda, cari ildə Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranan itkilərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Bütövlükdə, cari ildə itki səviyyəsinin 7,9 faizə qədər endirilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub.
Kommunal xidmət sektorunda mühüm pozisiyalardan biri də əhalinin içməli su ilə təminatı ilə bağlıdır. Prezident İlham Əliyev qarşıya ölkə əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli su ilə təmin edilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının qarşıya qoyduğu vəzifəyə uyğun olaraq respublikanın bütün bölgələrinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Artıq ölkə üzrə su və kanalizasiya layihələrinin icra olunduğu şəhər və rayon mərkəzlərinin sayı 50-yə çatıb. Bu şəhərlərin 33-də işlər “Azərsu”nun sifarişi ilə həyata keçirilir. İndiyədək 47 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin inşası yekunlaşıb. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı, Gədəbəy, Cəlilabad, Şamaxı və Qobustan şəhərlərində yeni su infrastrukturunun istismara verilməsi ilə bağlı açılış mərasimləri keçirilib. Həyata keçirilən layihələr hesabına ölkədə istehlakçıların su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Ölkədə həmçinin kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində intensiv iş aparılır. Bu baxımdan dövlət başçısının 2017-ci il 17 mart tarixində imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamının önəmini xüsusi qeyd etmək lazımdır. Sərəncama uyğun olaraq, 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılır.
Kənd yaşayış yerlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanan başqa layihələr də nəzərdə tutulub. Məsələn, çaylarboyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların tikintisi 2018-ci ildə də davam etdiriləcək. İndiyədək ölkəmizdə bu praktikadan geniş istifadə olunub və çaylarboyu yerləşən kəndlərdə yüz minlərlə əhalinin su təminatı yaxşılaşıb. İl ərzində regionlarda həmçinin 300 subartezian quyusunun qazılması planlaşdırılıb. Prezident İlham Əliyev ölkədə yeni su layihələrinin icra ediləcəyinə diqqət çəkərək vurğulayıb: “İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il ən azı üç şəhərin içməli su və kanalizasiya problemi tam həll olunacaqdır. Mingəçevir, Qəbələ və Ağdaş şəhərlərində işlərin, layihələrin tamamlanması nəzərdə tutulur. Bununla paralel olaraq, daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək”.
2018-ci ildə ölkədə ən azı 600 kəndin yolunun yenidən qurulması nəzərdə tutulub
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan mühüm hədəflərdən biri isə kənd yollarının abadlaşdırılması ilə bağlıdır. İndiyədək bəhs olunan Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb, belə layihələrə ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Kənd yollarının abadlaşdırılması baxımından 2017-ci il də istisna təşkil etməyib. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Əlamətdar haldır ki, Prezident İlham Əliyev ötən il regionlara səfərləri çərçivəsində çoxlu sayda yenidən qurulan yolun açılışında şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib.
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramının icrası çərçivəsində ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də davam etdirilir. Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb. Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə sözügedən yolun tikintisinə 10,1 milyon manat ayrılıb. Prezident İlham Əliyev cari ildə “Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı müvafiq Sərəncama əsasən Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu yenidən qurulacaq.
Ümumiyyətlə, 2018-ci ildə respublika miqyasında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev bildirib ki, bu il ölkə ərazisində ən azı 600 kəndin yolu yenidən qurulacaq: “Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulubdur. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulmuşdur”.
Sosial infrastrukturla bağlı layihələrin icrası bundan sonra da yüksək səviyyədə təmin ediləcək
Azərbaycanın müasir simasını səciyyələndirən əsas cəhətlərdən biri də bütün ölkə boyunca yüksək səviyyəli sosial infrastruktur obyektlərinin yaradılması ilə bağlıdır. Son 14 ildə müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu 600-dən çox tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir. 2017-ci ildə yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən tibb ocaqlarından biri də Neftçala Mərkəzi Rayon Xəstəxanasıdır. Prezident İlham Əliyev 2017-ci ilin sentyabrında regionlara səfəri çərçivəsində bəhs olunan xəstəxananın əsaslı şəkildə yenidən qurulmasından sonra istifadəyə verilməsi mərasimində şəxsən iştirak edib və burada yaradılan şəraitlə tanış olub. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkündür.
Ötən il həmçinin Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra qapılarını yerli sakinlərin üzünə açıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bütövlükdə ötən il ərzində respublika miqyasında otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən il respublikanın tibb müəssisələrində 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçib. Bölgələrdə yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 14 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkədə təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Son illərdə respublikamızda modul tipli məktəb binalarının tikintisi geniş vüsət alıb. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib. Cari ilin əvvəlindən respublikanın daha bir neçə bölgəsində yeni modul tipli məktəblərin tikintisinə start verilib. Sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, cari ilin investisiya proqramına əsasən ölkədə sosial infrastruktur layihələrinin icrası davam etdiriləcək: “Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir”.
Cari ildə altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, Füzuli rayonunda və Qəbələ şəhərində mərkəzi xəstəxanaların tikintisi aparılacaq. Bu il respublikanın müxtəlif bölgələrində 137 modul tipli məktəb tikiləcək, Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Ölkənin dörd şəhərində Olimpiya İdman mərkəzlərinin tikintisi nəzərdə tutulub. Onlardan ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.
Azərbaycanın artan iqtisadi potensialı və maliyyə imkanları ölkənin davamlı inkişafına möhkəm zəmin yaradıb
Bütün bunların fonunda qeyd edək ki, Azərbaycanın hərtərəfli və davamlı inkişafına müsbət təsir göstərən fundamental amillər qismində ilk növbədə ölkənin getdikcə artan iqtisadi potensialı və geniş maliyyə imkanları çıxış edir. Son 14 ildə Azərbaycanda dayanıqlı iqtisadiyyat quruculuğu yüksək səviyyədə təmin edilib. Bəhs olunan dövrdə bütün dünyada iqtisadi baxımdan Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasət yaxşı nəticələr verir. Ötən dövrdə respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 14 il ərzində əldə olunan iqtisadi göstəricilər ölkənin ümumi inkişafının uğurlu dinamikasını əyani şəkildə təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, bəhs olunan dövrdə respublikamızın iqtisadiyyatı 3 dəfədən çox genişlənib, o cümlədən qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb və neftdənkənar iqtisadiyyat üzrə ixrac 4 dəfədən çox genişlənib.
Qlobal çətinliklər şəraitində milli iqtisadiyyatımızın investisiya cəlbediciliyinin yüksək səviyyədə olması olduqca yaxşı göstəricidir. Son 14 ildə iqtisadiyyatın müxtəlif sahələrinə 231 milyard dollar həcmində sərmayələr yönəldilib. Respublikamıza yönəldilən sərmayələrin yarıdan çoxu xarici investisiyalardır ki, bu da Azərbaycana olan inamı ifadə edir.
Eyni zamanda, ölkəmiz strateji valyuta ehtiyatlarını 23 dəfə artıraraq 42 milyard dollara çatdırıb. Valyuta ehtiyatlarının artması Azərbaycana özünün iqtisadi müstəqilliyini təmin etməsinə imkan verib. İqtisadi müstəqillik isə öz növbəsində ölkəmizin siyasi müstəqilliyinə möhkəm, sarsılmaz əsaslar yaradır.
Yuxarıda deyilənlər Azərbaycanın qürur doğuran mənzərəsi barədə konkret təsəvvür yaradır. Ölkənin iqtisadi inkişafla bağlı hər hansı problemi yoxdur. Respublikada maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Bütün bunlarin təməlində isə ölkədə aparılan ardıcıl, məqsədyönlü siyasət dayanır. Öz növbəsində sözügedən iclasdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev “Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir” - deyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18

