Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Səttar Möhbalıyev: Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər

Səttar Möhbalıyev: Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər

06.02.2018 [10:04]

Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycanda gedən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Onlar bu barədə fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında da fikirlərini bildirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində deyib.
AHİK sədri qeyd edib ki, bugünkü qurultayda 80-dən çox xarici həmkarlar təşkilatından qonaqlar iştirak ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5 il ərzində gördüyü işlər haqqında qurultay nümayəndələri qarşısında hesabat verdi. Prezident İlham Əliyev qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul etdi. Qonaqlar görüş zamanı da Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti barədə müsbət fikirlərini bildirdilər.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30