Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir
01.09.2009 [09:51]
Hazırda Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət aparılır, gənclərin dünyaya inteqrasiyası və cəmiyyətdə öz yerini tutması üçün bir çox layihə və proqramlar həyata keçirilir. Bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Mark Hervord bildirib. Azərbaycanda gənclər üçün yaradılmış şərait, dövlət tərəfindən göstərilən diqqət və qayğı YUNİSEF-in nümayəndəsini belə bəyanat verməyə vadar edib. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti sahəsində beynəlxalq təşkilatların nümayəndələrinin də diqqətini çəkən mütərəqqi dəyişikliklərin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hələ keçən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almağa göndərilmişdi.
Ulu öndərin gənclər siyasəti müstəqillik illərində də yeni çalarlarla zənginləşərək davam etdirildi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin dövlət idarəçiliyində gənclər siyasəti yenə prioritet oldu. O, ölkənin gələcəkdə etibarlı əllərdə olması üçün sağlam fiziki və mənəvi xüsusiyyətlərə sahib, müstəqil düşüncəli, savadlı gənc nəslin yetişməsinin vacibliyini hər zaman vurğulayıb. Ulu öndər çıxışlarının birində qeyd etmişdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.
Bu məsələyə xüsusi diqqətin göstəricisi kimi, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də isə ilk gənclər forumu keçirildi və həmin gün ölkəmizin tarixinə Milli Gənclər Günü kimi yazıldı. Həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində və görüləcək işlərin daha sistemli xarakter almasında Ulu öndər tərəfindən 1999-cu ilin yayında imzalanan “Dövlət Gənclər siyasəti haqqında” Fərman böyük rol oynadı. Ulu öndər gənclər qarşısında çıxışlarının birində ölkəmizin gələcəyinin məhz böyüməkdə olan nəsildən asılı olacağını bildirərək gənclərə öz tövsiyələrini çatdırıb: “Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun, vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir”.
Gənclərin səmərəli məşğuliyyətini təmin etmək üçün bölgələrdə olimpiya komplekslərinin tikintisinə başlanıldı. İdman sahəsinə göstərilən diqqətin nəticəsi olaraq artıq Azərbaycan gəncləri olimpiadalarda və digər beynəlxalq yarışlarda bayrağımızı yüksək zirvələrə qaldırırlar.
Sevindirici haldır ki, ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məsələyə verdiyi önəmi qeyd edən Prezident İlham Əliyev qeyd edib: “Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil çıxış edir. Bu, hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir”.
Gənc ailələrin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılması bu gün də dövlətin diqqət mərkəzində duran ən əsas məsələlərdəndir. çünki, məlumdur ki, cəmiyyətin özəyini təşkil edən ailənin ev, yaşayış şəraitinin yaxşı olması sağlam və xoşbəxt nəslin yetişməsi üçün zəruri şərtdir. Bu baxımdan, gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Prezidentin 2005-ci ildə imzaladığı Fərman gənc ailələrin mənzil probleminin həllinə yönəlmiş çox mühüm addımlardandır. ölkədə yaradılan yüz minlərlə yeni iş yerinin böyük hissəsində gənclər çalışır ki, bu da onların maddi vəziyyətinin yaxşılaşması ilə yanaşı, əhalinin çox hissəsini təşkil edən gənclərin qüvvəsindən səmərəli istifadə edilməsi deməkdir.
Hal-hazırda yeni nəslin ölkənin sosial-iqtisadi, siyasi-ictimai və mədəni həyatında fəal iştirakını təmin etmək istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda (2005-2009-cu illər) gənclərin istedad və bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həllinə köməklik göstərilməsi, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, uşaq və gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün imkanların yaradılması, gənclər təşkilatlarının beynəlxalq əlaqələr qurmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi və digər prioritet məsələlər öz əksini tapıb. Proqram çərçivəsində həyata keçirilən tədbirlər gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakını xeyli artırıb. Xüsusən də, 2007-ci ilin ölkə Prezidenti tərəfindən “Gənclər ili” elan edilməsi bu istiqamətdə görülən işləri xeyli sürətləndirdi.
Təhsil hər zaman olduğu kimi bu gün də ən çox diqqət mərkəzində olan sahələrdəndir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 2015-ci ilədək 5 min tələbənin dövlət hesabına oxumağa göndərilməsi nəzərdə tutulub. Hal-hazırda isə 800-dən artıq azərbaycanlı gənc dünyanın müxtəlif ali məktəblərində təhsil alır. Nəticədə yüksək ixtisaslı və geniş dünyagörüşünə malik savadlı kadrlar formalaşır.
Bu gün gənclərin öz fikirlərini sərbəst şəkildə ifadə etməsi, müxtəlif gənclər təşkilatlarında birləşməsi, ictimai işlərdə fəallıq göstərməsi ölkəmizdə müstəqil düşünən, öz gücünə inanan nəslin yetişməsinə müsbət təsir göstərir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 200 minədək gənci öz sıralarında birləşdirir. Birliyin 2007-ci ildən həyata keçirdiyi “Yay məktəbləri” layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə istiqamətlənib. Təşkilat həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın ABŞ, Kanada, Türkiyə, Ukrayna, Rusiya və digər dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur.
Bununla yanaşı, bu gün Azərbaycanda uşaq və gəncləri öz ətrafında birləşdirən yüzlərlə qeyri-hökumət təşkilatı var. Demokratikləşmə prosesinin bariz göstəricisi kimi dövlət tərəfindən qeyri-hökumət təşkilatlarının inkişafına hər cür şərait yaradılır və onların bir sıra layihələrinin həyata keçirilməsinə dövlət tərəfindən maliyyə yardımı göstərilir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə gənclərin qayğısına qalan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yeni nəslin fiziki və mənəvi inkişafı istiqamətində fəaliyyəti xüsusi diqqətə layiqdir. Fondun 2004-cü ildən başlayaraq gerçəkləşdirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ölkənin hər yerində yeni məktəb binalarının tikilməsinə və müasir avadanlıqla təmin edilməsinə yönəldilib. Fondun “Təhsilə dəstək” layihəsi isə təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatları ilə təmin olunmasına kömək edir. Sözügedən layihə çərçivəsində keçirilən aksiyalar on minlərlə məktəblini əhatə edib. Fondun səhiyyə sahəsində həyata keçirdiyi “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat” və digər layihələr və xeyriyyə işləri böyüməkdə olan nəslin sağlamlığına, milli genefondumuzun qorunmasına yönəlmiş çox böyük işlərdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın fəaliyyəti isə gənclərə əsl örnəkdir. Onun birbaşa dəstəyi ilə müntəzəm şəkildə keçirilən tədbirlərdə milli mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız təbliğ olunur. Heydər Əliyev Fondunun Azərbaycanda təhsil, idman, mədəniyyət sahəsində həyata keçirdiyi layihələr Fondun Rusiyadakı nümayəndəliyi tərəfindən qonşu ölkədə də reallaşdırılır. Məhz Leyla Əliyevanın fəaliyyətə başlamasından sonra Rusiyadakı həmvətənlərimiz bir-birilə daha sıx birləşib, onların Azərbaycanla və digər ölkələrdəki diaspor təşkilatlarımızla əlaqələri daha da möhkəmlənib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
