“Deutsche Wirtschafts Nachrichten”: Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir
01.02.2018 [10:05]
Almaniyada çıxan “Deutsche Wirtschafts Nachrichten” qəzetində “Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə “Cənub Qaz Dəhlizi” layihəsi barədə oxuculara geniş məlumat verilir. Diqqətə çatdırılır ki, layihə üzrə işlərin 80 faizi tamamlanıb.
Qəzet Oilprice.com saytına istinadla yazır ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropanı birləşdirən ən böyük infrastruktur layihələrindən biridir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya nəqli nəzərdə tutulur.
“Deutsche Wirtschafts Nachrichten” nəşri bir məqamı xüsusi vurğulayır ki, Avropanın qaz istehlakı son illərdə durmadan artır və Avropa İttifaqı qaz idxalını şaxələndirmək istəyir. Avropaya təbii qazın ixracından, eyni zamanda, Azərbaycan özü də böyük gəlirlər əldə edəcək. Çünki qaz sektoru ölkə ÜDM-də mühüm paya malikdir.
“Avropanın təbii qaza tələbatı növbəti on ildə də artmaqda davam edəcək. Belə ki, Niderland və Böyük Britaniya qaz ixrac edən ölkələrdən idxalçı ölkəyə çevrilməkdədir. Norveç isə dənizdə yeni neft və qaz layihələrini donduracaq. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacaq”, - deyə məqalədə qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

