Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vüqar Rəhimzadə: Son 14 il müasir Azərbaycanın inkişaf tarixində mühüm dövrdür

Vüqar Rəhimzadə: Son 14 il müasir Azərbaycanın inkişaf tarixində mühüm dövrdür

01.02.2018 [10:01]

Prezident İlham Əliyevin 2003-cü ildə xalqımızın böyük əksəriyyətinin səsi ilə Prezident seçilməsindən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu islahatlar dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha dinamik və çoxşaxəli şəkildə davam etdirildi. Məhz ötən 14 ilin ictimai-siyasi, həmçinin sosial-iqtisadi mənzərəsinə, statistik göstəricilərinə nəzər yetirdikdə bir daha bu reallığın şahidi oluruq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın son 14 ildə dünya miqyasında əldə etdiyi uğurlar məhz Prezident İlham Əliyevin adı, Onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır. O deyib: “Bu günlərdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı ölkəmizin ötən dövrdəki inkişaf istiqamətlərinə, əldə olunan möhtəşəm uğurlara bir daha işıq saldı. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çox uğurla gedir. Bu mənada üçüncü proqram da uğurla icra edilir, qarşıda duran bütün vəzifələr icra edilir”.
V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib, gördüyü işlərlə, imza atdığı qlobal layihələrlə dünya miqyasında nüfuzlu lider, ölkə daxilində qətiyyətli, uzaqgörən rəhbər olduğunu təsdiq edib. “Dövlətimizin başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Möhtərəm Prezidentimiz ötən 14 ildə iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə dövlətçilik və milli maraqlarımızı qorudu, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm islahatlar apardı, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda səylə, var qüvvəsi ilə çalışdı. Nəticə isə göz qabağındadır. Ötən 14 ildə iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft məsullarının ixracında isə 4,1 dəfə artım qeydə alınıb”.
Ölkəmizin ötən 14 ildə böyük və şərəfli yol keçdiyini bildirən V.Rəhimzadə qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. Bu mənada 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artıb. Bununla yanaşı, 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizə yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulub. “Sözsüz ki, yüzlərlə bu cür fakt sadalamaq olar. Bütün bunlar isə son 14 ilin müasir Azərbaycanın inkişaf tarixində mühüm dövr olduğunu bir daha təsdiq edir”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30