Azərbaycan davamlı islahatlar həyata keçirən ölkədir
29.08.2009 [10:22]
Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadi inkişafı sürətləndirməklə yanaşı, respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illərdə geniş miqyas alan islahatlar ölkəmizdə bütün iqtisadi bölmələrdə idarəetmə sisteminin beynəlxalq standartlara çatmasına səbəb olub. Eyni zamanda, həyata keçirilən bu tədbirlər nüfuzlu tədqiqat institutlarının hazırladığı rəy sorğularında və hesabatlarda öz müsbət təsdiqini tapmaqdadır. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə iqtisadi-ticari münasibətləri genişləndirməsi qeyd olunan hesabatlarda əsas nailiyyətlər kimi səciyyələndirilir. Dünya İqtisadi Forumunun iki gün əvvəl açıqladığı yeni hesabatında ölkəmizin reytinqi ilə bağlı qiymətləndirmə də bu uğurların növbəti göstəricisidir.
Dünya İqtisadi Forumunun (World Economic Forum) dünya ölkələrinin makroiqtisadi və ticarət əməliyyatları üzrə vəziyyətinə dair hesabatında Azərbaycan davamlı islahatları sürətləndirən ölkə kimi qeyd olunub. Təşkilatın ekspertlər qrupu tərəfindən hazırlanan hesabatda dünya ölkələrinin beynəlxalq iqtisadi sistemdə rolu, dünya ticarətinə inteqrasiyası, idxal və ixracın stimullaşdırılması və digər elementlər qiymətləndirilib. Sənəddə, həmçinin, ölkələrin daxili və xarici bazarlara çıxışı, gömrük orqanlarının effektiv işləməsi, nəqliyyat və kommunikasiya infrastrukturu, həmçinin, biznes mühitinin indeksləri və yerləri müəyyənləşib. Yeni hesabatda Azərbaycanın reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublikamız ticarət sisteminə inteqrasiya indeksi reytinqinə görə daha yüksək göstərici ilə dəyərləndirilib. Belə ki, Azərbaycan bu sahə üzrə Ukrayna, Rusiya, Qazaxıstan, Braziliya, Argentina kimi ölkələri geridə qoyub. Forumun hesabatında Azərbaycan daxili və xarici bazarlara çıxış səviyyəsinə görə 120-dən çox ölkə arasında 4,07 indeksi ilə 52-ci yerdə qərarlaşıb. Qardaş Türkiyə isə reytinqdə 4,19 indeksi ilə 48-ci yerdə qərarlaşıb. Gürcüstan, Ermənistan, Türkmənistan və Belarus kimi ölkələrə isə, ümumiyyətlə, hesabatda yer verilməyib. Respublikamızın mühüm nəqliyyat-kommunikasiya infrastrukturları yaradaraq bölgədə əsas tranzit məkanlarının mərkəzinə çevrilməsi, beynəlxalq ticarət sisteminə inteqrasiyası, strateji nəqliyyat dəhlizlərinin yaradılması üçün təşəbbüskar kimi çıxış etməsi və digər amillər Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Təşkilat respublikamızı son illərdə bu sahədə ən fəal ölkələrdən biri kimi qiymətləndirərək Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələrin gerçəkləşməsi ilə bağlı səylərinə görə, Forumun növbəti hesabatında ilk sıralarda yer alacağını da istisna etmir.
Azərbaycan hökuməti dünya iqtisadiyyatına inteqrasiya, beynəlxalq əməkdaşlıq sahəsində islahatları dərinləşdirməklə yanaşı, işgüzar mühitin və əlverişli biznes atmosferinin təmin olunmasını, sahibkarlığa dəstəyin gücləndirilməsini, iş adamları üçün rəqabət sisteminin möhkəmlənməsini, idxal-ixrac əməliyyatlarında şəffaflığın daha da genişləndirilməsini və digər sahələr üzrə tədbirləri iqtisadi islahatların başlıca prioritetləri hesab edir. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq həmin sahələrdə mühüm tədbirlər həyata keçirilməkdədir. Respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub.
Azərbaycan ötən il Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən elan olunmuş “Doing Business-2008” hesabatında bir nömrəli islahatçı dövlət kimi qiymətləndirilib. Bundan başqa, digər nüfuzlu maliyyə institutlarının da qiymətləndirmələrində respublikamızdakı işgüzar mühit, əlverişli biznes atmosferi öz əksini tapıb, rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi bir qədər də yaxşılaşıb. Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və sahibkarlıq sektorunun inkişafına dövlət dəstəyinin artırılması ilə bağlı davamlı tədbirlərin nəticəsində mümkün olub. Dövlət başçısının qeyd etdiyi kimi, bu, ölkəmizə verilən ən böyük qiymətdir: “Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 2008-ci ildə dünyada bir nömrəli islahatçı ölkə elan olunması göstərdiyimiz səylərə verilən yüksək qiymətdir. Bu, yerli və xarici sərmayədarları Azərbaycandakı imkanlara daha diqqətlə baxmağa sövq edir. Bütün məqsədlərimizə nail olmaq üçün gələcəkdə görüləcək işlər çoxdur. Təcrübəmiz göstərir ki, güclü siyasi iradə və regional əməkdaşlıq, eləcə də siyasi və iqtisadi islahatlar nəticəsində planlaşdırdıqlarımıza nisbətən qısa müddət ərzində nail olmaq mümkündür”.
Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında həyata keçirilən islahatları dəstəkləyən digər beynəlxalq qurumlar da öz hesabatlarında respublikamızdakı bu nailiyyətləri təqdir edirlər.
“Qoldman Saks” kimi çox mötəbər qurumun reytinqində də ölkəmiz iqtisadi göstəricilərə görə mühüm yerlərdən birində qərar tutub. MDB Statistika İdarəsinin hesabatında Azərbaycan lider ölkə kimi mövqeyini qoruyur. Eləcə də Dünya İqtisadi Forumunun ötənilki hesabatında rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bundan başqa, “Fitch Ratings” kimi nüfuzlu beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyuta üzrə dünya reytinqini yüksəldərək BB+ səviyyəsində müəyyən edib. Agentlik son illərdə respublikamızda əldə edilən yüksək makroiqtisadi, fiskal və maliyyə sahəsindəki nailiyyətləri təqdir edərək bu nəticəyə gəlib. “Fitch Ratings”lə yanaşı, digər nüfuzlu beynəlxalq reytinq agentlikləri - “Moody’s İnvestors Service” və “Standard ənd Poors” qurumları da Azərbaycanı BB+ reytinqi ilə dəyərləndirib. ümumiyyətlə, dünyanın nüfuzlu reytinq agentliklərinin verdiyi qiymət Azərbaycanın kredit reytinqinin yüksək olmasını təsdiqləyir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi respublikamızda aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

