/ / Son 14 ildə iqtisadiyyatın 3,2 dəfə artması Azərbaycanın uğurlu inkişaf dinamikasını əks etdirir
Son 14 ildə iqtisadiyyatın 3,2 dəfə artması Azərbaycanın uğurlu inkişaf dinamikasını əks etdirir
31.01.2018 [10:02]
Prezident İlham Əliyev: Əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik
Son 14 ildə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olamayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rufah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb.
Eyni zamanda, 2004-2017-ci illərdə ölkədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla icra edilib, bölgələrin hərtərəfli inkişafı üçün məqsədəuyğun tədbirlər görülüb və böyük nəticələr əldə olunub. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi dövlətin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir. Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik.
Müvafiq Dövlət proqramlarının qəbul edilməsi bütün ölkə boyu sürətli inkişafa münbit zəmin yaradıb
Yuxarıda vurğuladığımız kimi, son 14 il ərzində Azərbaycanın bölgələrinin hərtərəfli inkişafını təmin etmək üçün məqsədyönlü tədbirlər görülüb. Nəzərə çatdıraq ki, ölkənin regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Məlum olduğu kimi, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Prezident İlham Əliyev 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edilməsini tarixi hadisə kimi səciyyələndirərək bildirib: “Birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi”.
Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2017-cı ildə regionların inkişafına 4,5 milyard manat vəsait xərclənib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 74 Sərəncamla 368 milyon manat vəsait ayrılıb. Dövlət başçısı təkcə ötən il ərzində bölgələrə 30-dan çox səfər edib və 130-dək müxtəlif təyinatlı obyektin açılış və təməlqoyma mərasimlərinə qatılaraq Özünün dəyərli tövsiyələrini verib.
Deyilənlərdən də göründüyü kimi, müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb. Zamanında regionların inkişafına güclü siyasi və maddi dəstək göstərilməsəydi və zəruri qərarlar qəbul edilməsəydi, bugünkü uğurlardan da bəhs etmək mümkün olmazdı. Prezident İlham Əliyev Dövlət proqramlarının icra olunduğu son 14 ildə Azərbaycanın böyük və şərəfli yol keçdiyini qürur hissi ilə nəzərə çatdıraraq deyib: “Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir”.
Həyata keçirilən infrastruktur layihələri ölkənİn iqtisadi inkişafına güclü təkan verib
Bu, bir həqiqətdir ki, güclü infrastruktur təminatı olmadan ölkədə hər hansı iqtisadi inkişafdan da söhbət açmaq mümkün deyil. Respublikamızda dövlət tərəfindən müasir infrastruktur təminatına malik güclü iqtisadiyyat quruculuğuna ciddi siyasi iradə nümayiş etdirilir. Bu baxımdan bəhs olunan Dövlət proqramları çərçivəsində bütün ölkə boyu yaradılan güclü infrastruktur böyük aktuallıq daşıyır. Son 14 ildə həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Həyata keçirilən infrastruktur layihələri Azərbaycanın ümumi inkişafına böyük təkan verib.
Son 14 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. 2018-ci ildə 400 meqavat gücündə yeni elektrik stansiyasının istifadəyə verilməsi ilə bu göstərici 2900 meqavata çatacaq. Prezident İlham Əliyev ölkənin elektrik təsərrüfatına böyük həcmlərdə investisiyalar yönəldildiyini nəzərə çatdıraraq deyib: “Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri də göz qabağındadır. Biz əlbəttə ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlamalı idik. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir”.
Azərbaycanın özünün enerji təhlükəsizliyinin möhkəmlənməsinə belə ciddi diqqət yetirməsi heç də təsadüfi deyil. Energetika hər bir ölkədə iqtisadiyyatın bel sütunu, təməli sayılır. Hazırda Azərbaycan innovasiyalara əsaslanan müasir iqtisadiyyat quruculuğuna, o cümlədən də sənaye inkişafına istiqamətlənib. Bütün ölkə boyu çoxlu sayda yeni müəssisələr yaradılır. Respublikada aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Digər tərəfdən, ölkəmizdə uğurlu siyasətin nəticəsi olaraq əhali artır və yeni yaşayış kompleksləri tikilir. Ölkədə gedən belə güclü inkişaf isə daha çox həcmdə enerji tələbatı deməkdir. Bütün bunlar Azərbaycanın son 14 ildə özünün generasiya güclərinin artırılmasına ciddi siyasi iradə nümayiş etdirməsinin strateji önəmini aydın şəkildə nəzərə çatdırır.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaqdan ibarətdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Artıq respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan layihələrin, o cümlədən meliorativ tədbirlərin kənd təsərrüfatının stimullaşdırılmasında rolu əvəzsizdir. Son 14 ildə həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına güclü təsir göstərib. Həyata keçirilən tədbirlər suvarılmayan torpaqlara həyat gətirib, fermerlər, sahibkarlar üçün əlverişli şərait yaradıb. “Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görüldü. Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkənin su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə və dövriyyəyə yeni əkin sahələri cəlb edilməsinə hesablanan layihələr 2017-ci ildə də intensiv şəkildə davam etdirilib. Meliorasiya və irriqasiya tədbirləri çərçivəsində ötən il 100 min hektardan çox torpağın su təminatı yaxşılaşdırılıb. Həyata keçiriləcək meliorativ tədbirlər sayəsində 2018-ci ildə də təxminən bu qədər torpağın əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulub.
Azərbaycanın iqtisadi inkişafı çoxşaxəli xarakter daşıyır
Son 14 ildə yaradılan mükəmməl infrastruktur, güclü maliyyə dəstəyi və əlbəttə ki, dövlətin siyasi dəstəyi sayəsində Azərbaycanda dayanıqlı iqtisadiyyat quruculuğu yüksək səviyyədə təmin edilib. Bəhs olunan dövrdə bütün dünyada iqtisadi baxımdan Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasət yaxşı nəticələr verir. Ötən dövrdə respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Ölkənin qısa müstəqillik tarixində dünya kosmik ailəsinin üzvü olması, müdafiə təyinatlı məhsullar ixrac etməyə başlaması son dərəcə qürurverici haldır.
Azərbaycanın mənzərəsinə istinadən qətiyyətlə demək mümkündür ki, son 14 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda respublikaya gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Hazırda Azərbaycan iqtisadiyyatının inkişafı çoxşaxəli xarakter daşıyır. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir. Prezident İlham Əliyev ölkəmizin uğurlu iqtisadi inkişaf göstəricilərindən məmnunluq ifadə edərək bildirib: “On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.
Dünyadakı gərginliklər fonunda Azərbaycanı müsbət mənada fərqləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, milli iqtisadiyyatımız yeni şəraitdə də daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza böyük həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən respublikamızda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Milli sahibkarlar ordusu bu güzəştlərdən bəhrələnərək bütün ölkə boyu yeni təsərrüfatların, istehsal və xidmət müəssisələrinin yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldir. Respublikamızda investisiya qoyuluşu sahəsində dövlət-özəl sektor əməkdaşlığının yaxşı nümunəsi formalaşıb.
Statistik rəqəmlər Azərbaycanda investisiya mühitinin olduqca müsbət olduğunu təsdiqləyir. Ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici, yarısı isə daxili sərmayədir. Hazırda adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayələr göstərir ki, Azərbaycana inam, həyata keçirilən siyasətə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür.
Getdikcə artan valyuta ehtiyatları Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirir
Dünyada yaşanan gərginliklər fonunda kəskin maliyyə çatışmazlığı ayrı-ayrı ölkələr üçün ciddi problemə çevrilib. Bu baxımdan Azərbaycanın mənzərəsi böyük nikbinlik vəd edir. Biz yuxarıda ölkəmizdə son 14 ildə reallaşdırılan irimiqyaslı infrastruktur layihələri barədə söhbət açdıq. Bəhs olunan infrastruktur layihələri böyük investisiya tutumuna malikdirlər. Eyni zamanda, respublikamızda sosial sferaya, qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına böyük həcmlərdə vəsaitlər yönəldilir.
Müxtəlif istiqamətlərdə dövlət əsaslı vəsait qoyuluşunun böyük həcmlərlə ölçülməsinə baxmayaraq, Azərbaycan paralel şəkildə strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Müqayisə aparaq. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramına start veriləndə respublikamızın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollara bərabər idi. Ötən 14 il ərzində bu göstərici əhəmiyyətli dərəcədə - 23 dəfə artaraq 42 milyard dollara çatıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir ki, bu da olduqca yaxşı göstəricidir. 2017-ci ildə respublikamızın strateji valyuta ehtiyatları 4,5 milyard dollar artıb. Prezident İlham Əliyev strateji valyuta ehtiyatlarının artmasının ölkənin iqtisadi müstəqilliyini təmin etdiyinə diqqət çəkərək vurğulayıb: “Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18

