“İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər”
26.01.2018 [10:09]
Romanın Sapienza Universitetində bu mövzuda konfrans keçirilib
Romanın Sapienza Universitetində Sapienza Fondu, eləcə də həmin universitetin kommunikasiya və sosial araşdırmalar departamentinin təşkilatçılığı ilə “İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Sapienza Universitetinin rektoru Eugenio Qaudio Azərbaycan və İtaliya arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, son illərdə İtaliyada, xüsusilə Sapienza Universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının əhəmiyyətli dərəcədə artdığını söyləyib. O, rəhbərlik etdiyi universitetdə Azərbaycanla bağlı konfransın keçirilməsindən məmnun olduğunu və belə tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini deyib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxışında ölkəmizin tarixi, hazırkı reallıqları, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması, Azərbaycanın bu il müstəqilliyinin bərpasının 27-ci ilini qeyd edəcəyi və bu illər ərzində ölkəmizin qazandığı uğurlar, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mövzulardan danışıb. Azərbaycan-İtaliya münasibətlərindən söhbət açan diplomat ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirib və münasibətlərdə əldə olunmuş nəticələr və perspektivlər barədə fikirlərini bölüşüb.
Daha sonra Roma Sapienza Fondunun sədri Antonello Biagini, Sapienza Universitetin Avropa tarixi doktoranturasının koordinatoru Alessandro Saggioro, habelə Əməkdaşlıq və İnkişaf Proqramının rəhbəri Marko Kilento çıxış edərək Azərbaycan haqqında həqiqətlərin, ölkənin inkişafı, İtaliya ilə əlaqələri və beynəlxalq münasibətlərdəki rolunun öyrənilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıblar.
Konfrans dörd paneldən, müvafiq olaraq hüquq, tarix, sosial və siyasi elmlər və Azərbaycanla bağlı araşdırma aparan doktorantlar hissələrindən ibarət olub. Bu panellərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, Azərbaycanın tarixi, enerji siyasəti, Türkiyə, İran, Rusiya, regionun digər ölkələri, ABŞ və Avropa İttifaqı ilə münasibətləri, ictimai diplomatiya, Azərbaycanda sosial rifah və Azərbaycan ədəbiyyatı, İtaliyada Azərbaycanla bağlı nəşr olunan kitablar kimi mövzular üzrə çıxışlar olub.
Tədbirdə İtaliyada Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçılar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

