Ermənistanda iqtisadi böhran siyasi böhrana yol açmaqdadır
28.08.2009 [00:31]
Ermənistanda iqtisadi böhran dərinləşərək artıq siyasi böhrana yol açmaqdadır. Hökumət strukturlarının fəaliyyətsizliyi xalqın iqtidara olan nifrətinin artmasına rəvac verməkdədir. Sosial vəziyyətin günbəgün ağırlaşması Sarkisyan hökumətini çətin duruma salıb. Artıq hökumətin iqtisadi və sosial proqramlarla bağlı verdiyi vədlərin yerinə yetirilməyəcəyinə tam əmin olan əhali mövcud iqtidarın istefaya getməkdən başqa çıxış yolu olmadığını düşünür. Xarici ölkələrdəki erməni lobbisinin və biznes dairələrinin Sarkisyan hökumətinə olan dəstəyinin itməsi isə hökumətin durumunun ən ağır həddə çatmasından xəbər verir.
Əhalini payız-qış aylarında sosial fəlakət gözləyir...
Son bir ayda Ermənistanda bir sıra istehlak mallarının qiymətinin artması, kommunal xidmət növlərinin bahalaşması əhalinin kütləvi etirazlarının kəskin xarakter almasına zəmin yaradıb. Erməni ekspertləri payız mövsümündə iqtisadi-sosial vəziyyətin daha da pisləşəcəyini bildirirlər. çünki məhsul istehsalının və tədarükün ən yüksək dövrü olan avqust ayında bahalaşma davam edirsə, demək payız və qış aylarında istehlak bazarında qiymətlər ən yüksək həddə çatacaq. Qəpik-quruşla gününü birtəhər yola verən işsiz, xarici ianələrə möhtac olan erməni vətəndaşının iki-üç aydan sonra necə yaşayacağı sual altındadır. Əhali artıq qarşıdakı aylarda onu hansı sosial fəlakətin gözlədiyini yəqin etdiyindən, indiki iqtidarın istefaya getməsinin tezləşdirilməsini istəyir. Artıq payızda ermənilərin etiraz aksiyalarının intensivləşəcəyi və başlıca şərt kimi hökumətin istefasının tələb olunacağı istisna deyil.
Son dövrlər Ermənistanın Nazirlər Kabinetinin tez-tez keçirilən qapalı iclaslarında qəbul edilən qərarlar da hökumətin ağır vəziyyətdən çıxmasına imkan vermir. Erməni KİV-ləri və ictimai qurumları baş nazir Tiqran Sarkisyanın hökumət kabinetinin tərkibinin dəyişdirilməsi ilə bağlı atdığı addımları lətifəyə çeviriblər. Hökumətin ənənəyə çevrilən nazir və müavinlərinin dəyişdirilməsi ilə bağlı siyasəti heç bir effekt vermir. Nəqliyyat, kənd təsərrüfatı, iqtisadiyyat nazirlərinin və müavinlərinin istefaya göndərilməsi və yeni kadr təyinatlarının böhrandan çıxış üçün vasitə olmadığını Tiqran Sarkisyan da anlamağa başlayıb. Qeyd edək ki, son bir ayda Ermənistanda şəkərin, şəkər tozunun, yağın qiyməti 25 faiz bahalaşıb. Şəkər tozunun bir kq-ı 300 drama satılır. Eləcə də, süd, ət və ət məhsulları, digər yeyinti malları bahalaşıb. 1 kq kərə yağı 2.270 drama, 1 litr günəbaxan yağı 1000 drama satılır. Hökumət bu malların qiymət artımını dünya bazarındakı bahalaşma (dünya bazarında isə əksinə qiymətlər ucuzlaşıb) ilə əlaqələndirərək xüsusi komissiya yaradıb. Onu da qeyd edək ki, hökumət həmin malların qiymət artımında sözügedən qurumları günahkar sayır. Xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalın həcminin azalmasına görə tənqid olunur. Həmin qurumlarda “kadr islahatları” qiymət bazarına nəzarəti tənzimləmək, idxal olunan malların qiymətini sabitləşdirmək, istehsalı stimullaşdırmaq məqsədi daşısa da, erməni ekspertlərinin etiraf etdikləri kimi bunun tənəzzülə uğramış erməni iqtisadiyyatı üçün heç bir əhəmiyyəti yoxdur. Heç bir maddi resursları olmayan, sənayeni və digər iqtisadi sahələri dirçəltmək üçün maliyyə imkanlarından məhrum olan Ermənistanda hökumət kabinetində əvəzləmələri həyata keçirməklə heçnə dəyişən deyil. Sarkisyan hökumətinin yürütdüyü daxili və xarici siyasət iflasa uğrayıb. Hökumət böhrana qarşı konkret konsepsiyaya malik deyil.
ölkənin daxili valyuta ehtiyatları əhalinin 2-3 aylıq tələbatını təmin etməyə imkan verir...
Dünya iqtisadi böhranı Ermənistanın bütün iqtisadi sferalarını bərbad hala saldığından hökumətə böyük həcmdə maliyyə vəsaiti lazımdır. Bunu isə əldə etmək mümkün deyil. Sarkisyan hökumətinə əvvəlki kimi xaricdən yardımlar axmır. Bunun nəticəsidir ki, böhran bu ölkənin maliyyə və valyuta bazarını dağıtmaqda davam edir. Hər ay bir bank bağlanır. Artıq bir çox banklar beynəlxalq maliyyə xidmətlərindən məhrum olub. Onlar SWIFT, MASTER CARD, VISA CARD kimi xidmət çeşidlərini dayandırmağa məcbur olub. ölkənin ən iri banklarından hesab olunan “Bank Prometey” iflasla üzləşib. Bankın rəhbəri Qmilq Soqomonyan xarici maliyyə təşkilatlarından kredit aramaqda davam etsə də faydası olmur.
Baş nazir Tiqran Sarkisyana yaxınlığı ilə tanınan “Yerevan-kredit” bankı da müflisləşməyə doğru gedir. Yeri gəlmişkən, əhalinin həmin bankdakı depozitləri geri qaytarılmır. Vətəndaşları inandırmağa çalışırlar ki, bank dünya maliyyə böhranı ilə əlaqədar likvidliyini itirib və nəticədə vətəndaşların pullarını geri qaytara bilmir. Halbuki, Sarkisyanın həmin pulları mənimsədiyi səslənməkdədir.
Ermənistan valyutası olan dramın devalvasiyası maliyyə sferasına getdikcə, sarsıdıcı zərbələr vurur. Mart ayından başlayaraq kəskin şəkildə dəyərini itirən dram son 5 ayda iki dəfədən çox ucuzlaşıb. İlin əvvəllərində 1 dollar 250 drama bərabər idisə, hazırda bu rəqəm 450-ni keçib. Hökumətin valyuta bazarına müdaxilə etməsi də effekt vermir. Ermənistan Mərkəzi Bankının rəhbəri Artur Cavadyan maliyyə bazarına müdaxilənin əhəmiyyətsiz olduğunu etiraf edib. Yeri gəlmişkən, artıq MB dramın dəyərini itirməsini nəzərə alaraq yeni pul emissiyasına start verib. Ermənistan Mərkəzi Bank Şurasının qərarı ilə avqustun 24-də 100 min dramlıq əskinaslar dövriyyəyə buraxılıb. Ermənistan hökumətinin bu addımı bir daha ölkədə inflyasiyanın yüksək səviyyədə olmasından və hakimiyyətin dünya maliyyə böhranı qarşısında aciz qalmasından xəbər verir.
Ekspertlər bildirirlər ki, yeni əskinaslar pul bazarındakı vəziyyəti daha da pisləşdirəcək. Erməni iqtisadçısı Andronik Tevonyan bildirib ki, hökumət milli valyutanın məzənnəsini saxlaya bilmir. ölkənin daxili valyuta ehtiyatları 1 milyarddan da azdır. Bu isə iki-üç aylıq idxal ödənişini təmin etməyə imkan verir. Hökumət hazırda təhlükəli vəziyyətlə üzləşib. Xarici maliyyə təşkilatlarından maliyyə yardımı olmadığından ölkəni iqtisadi fəlakət bürüyəcək. Dramın devalvasiyası dərinləşəcək və inflyasiya yüksələcək. İlin sonuna kimi inflyasiya 20 faizi ötəcək.
Ermənistan MDB-də ən çox geriləyən ölkədir...
Müstəqil Dövlətlər Birliyinin bir neçə gün əvvəl açıqladığı hesabatdan da göründüyü kimi, Ermənistan iqtisadiyyatı geriləməyə məruz qalan ölkələr içərisində ilk yerlərdə durur. Bu ölkənin iqtisadiyyatında 17 faiz azalma müşahidə olunub. ölkənin milli məhsul istehsalının aşağı düşməsinə səbəb bütün iqtisadi sferaların böhran nəticəsində müflis olmasıdır. Maliyyə sektorunda ən ağır vəziyyətlə üzləşən işğalçı ölkənin bank və investisiya bazarı demək olar ki, fəaliyyət göstərmir. Milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün xaricdən cəlb olunan valyuta ehtiyatları tükəndiyindən maliyyə sektoru iflic duruma düşüb. ölkənin iqtisadi əsaslarından hesab olunan sənaye bölməsində istehsal ötən illə nisbətdə 10 faizdən çox azalıb. Əsaslı kapital qoyuluşu iki dəfədən də çox azalıb (55 faiz) və demək olar ki, Ermənistana bu ilin ilk 6 ayında sərmayə qoyulmayıb. Yükdaşınmaların həcmi də aşağı düşüb və bu sahədə ciddi kəsirlər qeydə alınmaqdadır. üstəlik xarici dövlətlərdən bu ölkəyə idxal olunan malların qiymətində 10 faiz artım nəzərə çarpır. İstehlak mallarının dövriyyəsində 14 faizdən çox azalma müşahidə olunur.
Bütün bu baş verənlər Ermənistanda sosial vəziyyətin daha da dərinləşəcəyindən xəbər verir. Erməni ekspertlərinin fikrincə, bir neçə ay ərzində Ermənistanda ixracın həcmi minimuma düşəcək, işsizlərin sayı çoxalacaq, insanların əməkhaqqı, əhalinin gəlirləri azalacaq, yoxsulluğun səviyyəsi bir neçə dəfə artacaq. Bu və digər mənfi tendensiyalar isə Ermənistanın məhvinə gətirib çıxaracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
