Sərmayəçilərin fəaliyyəti üçün daha əlverişli imkanlar yaradılacaq
27.08.2009 [01:10]
Azərbaycan hökuməti bu ilin sonuna kimi investorların fəaliyyətinə daha geniş imkanların yaradılmasına səbəb olacaq sənədin qüvvəyə minməsini təmin edəcək. Milli Məclisin payız sessiyasında ölkəmizin iqtisadi-siyasi həyatında vacib olan Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulur. Yeni məcəllə investisiya fəaliyyəti və əlverişli rəqabət mühiti ilə bağlı bütün elementləri özündə əks etdirdiyindən həm yerli, həm də xarici sahibkarların həyatında yeni mərhələnin açılmasına impuls verəcək.
Xatırladaq ki, ölkədə bütün investorlar üçün azad və şəffaf rəqabət şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin başlıca prioritetlərindən biridir. Son illərdə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər ölkədə həyata keçirilən iqtisadi islahatların və davamlı siyasətin əsas istiqamətlərindən birinə çevrilib.
Azərbaycan hökuməti yerli və xarici inves
torların fəaliyyətinə geniş şərait yaratmaqla respublikamıza sərmayə qoyuluşlarının artmasına nail olub. ötən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” qanunların icrası, eləcə də Azərbaycanla bir sıra xarici dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin qüvvəyə minməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağının daha da artmasına əsaslı zəmin yaradıb. Azərbaycana olan dərin inam əcnəbi iş adamlarının neft sektoru ilə yanaşı, qeyri-neft bölmələrinə milyardlarla dollar sərmayə qoymasına səbəb olub. Son 15 ildə isə ölkəmizə qoyulmuş investisiyaların ümumi həcmi 40 milyard dolları keçib. Bölgədə yerləşən heç bir ölkəyə bu həcmdə sərmayə yönəldilməsi mümkün olmayıb. Təbii ki, respublikamıza olan inam və etibar sərmayəçilərin iri layihələrdə iştirak etməsinə marağını artırmış olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bunun başlıca səbəbi Azərbaycanda çox müsbət sərmayə mühitinin təmin edilməsidir. “Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bu günə qədər onlar hər hansı bir narazılıq və yaxud mübahisələrlə üzləşməyiblər. Azərbaycanda sərmayə qoyan şirkətlər ilə hökumət arasında heç bir mübahisə olmayıb. Əsas beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya edilir, Prezident tərəfindən Fərmanla təsdiqlənir və qanun qüvvəsini alır. Bu o deməkdir ki, həmin müqaviləni heç kim dəyişə bilməz. Bu, sərmayədarlarda əlavə etimadı artırır və eyni zamanda, Azərbaycanda çox münbit sərmayə mühiti yaradır. Məhz elə bu səbəblərə görə, ola bilsin, Azərbaycan uzun illər ərzində regionda aparıcı mövqeləri tutmuşdur. Bu öncül mövqe birbaşa xarici sərmayələrin həcminə görə mövcuddur”.
Bu gün Azərbaycan investisiya mühitinin şəffaflığına görə, regionda xüsusi üstünlüyə malikdir. Hər bir əcənəbi iş adamına yaradılan əlverişli şərait, sərmayələrin qorunmasına dövlət təminatı və iş adamlarının yeni layihələrə cəlb olunması üçün təşviqedici siyasətin yürüdülməsi, onlara müxtəlif sahələr üzrə güzəştlərin edilməsi investisiyaların ilbəil artmasına təkan verib. Dünyanın ən iri maliyyə institutları və tanınmış şirkətləri respublikamızda iqtisadiyyatın bütün sahələrində investisiya layihələri həyata keçirir. Azərbaycana qoyulan sərmayələr bölgədəki dövlətlərə yatırılan investisiyalardan qat-qat çoxdur. Respublikamızın təkcə energetika sektoruna yatırılan sərmayələrin həcmi qonşu Gürcüstan və Ermənistanın birlikdə ümumi iqtisadiyyatına qoyulan investisiyaların həcmindən bir neçə dəfə artıqdır.
Prezident İlham Əliyev bəyan edib ki, dövlətin sərmayəçilərə olan diqqəti artırılacaq, onlar üçün ən əlverişli mühitin yaradılmasını təmin edən siyasət həyata keçiriləcək: “Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
Dünya təcrübəsinə əsasən, sərmayədarların marağının artmasına səbəb olan əsas amillərdən biri özəlləşdirmə prosesinin sürətlənməsi və burada iştirak etmək üçün bütün investorlara əlverişli şəraitin yaradılmasıdır. Bu sahədə də mühüm nailiyyətlər qazanan Azərbaycan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin ən mükəmməl vasitələrindən biri olan özəlləşdirmə prosesinin geniş vüsət almasına imkan yaradıb. Xarici şirkətlər ölkəmizdə aparılan özəlləşdirmə prosesində fəal şəkildə iştirak edərək strateji müəssisələrin sahibi olublar. Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Almaniya, Koreya, çin, İran, İsveçrə, Hollandiya və digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmədə iştirak edərək iri müəssisələrin səhmlərini əldə ediblər. Bu siyasət metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə, xidmət və digər sahələrə xarici investorların axınına səbəb olub. Bunun nəticəsidir ki, həmin müəssisələrə yatırılan böyük məbləğdə investisiyalar hazırda özəl bölmənin və qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqdadır.
Onu da qeyd etmək lazımdır ki, həmin investorların ölkəmizə marağının artmasına davamlı sabitlik və dinamik inkişaf amili də mühüm təsir göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycanın uğurlu iqtisadi inkişafı, əlbəttə ki, potensial investorlara da çox böyük siqnaldır və əgər belə olmasaydı, investorlar başqa yerlərdə işlər görərdilər. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, vətəndaş birliyi də bütün bu işlərə təkan verir. Bax, bizim ölkəmiz bu cür inkişaf edir. Həm siyasi islahatların, həm iqtisadi islahatların, - investisiyaların qoyuluşu üçün Azərbaycan öz sözünü deyir, - davam etdirilməsi bizi daha da böyük nəticələrə gətirib çıxaracaqdır”.
Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması və sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması beynəlxalq təşkilatların da diqqətindən kənarda qalmayıb və respublikamız Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən elan olunmuş “Doing Business-2009” hesabatında bir nömrəli islahatçı dövlət kimi qiymətləndirilib. Respublikamız sahibkarlıq və investisiya sektorunda aparılan əhəmiyyətli islahatların mühüm nəticələrinə görə, bu yüksək mövqeyə sahib olub. ölkəmizdəki işgüzar mühit, əlverişli biznes atmosferi eləcə də Davos İqtisadi Forumunun hesabatında da öz yüksək dəyərini alıb. Hesabatda rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyinin yaxşı olduğu qeyd edilib. Bütün bu nailiyyətlər respublikamızda əlverişli biznes iqliminin yaradılması ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərcədə yüksəlməsinə təkan vermiş olur. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirilir: “Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır və bizimlə dostluq münasibətlərində olan ölkələrin sayı artır. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir. Biz bütün ölkələrlə öz münasibətlərimizi qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında qururuq və bu, Azərbaycana böyük uğurlar gətirir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
