Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Transparency İnternational" hələ "Korrupsiya qavrama indeksi 2009" adlı hesabatını açıqlamayıb"

"Transparency İnternational" hələ "Korrupsiya qavrama indeksi 2009" adlı hesabatını açıqlamayıb"

27.08.2009 [01:09]

“Transparency İnternational” təşkilatının apardığı araşdırmalar nəticəsində rüşvətə görə Azərbaycanın dünyada ikinci yerdə olması barədə Azərbaycan mətbuatında yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında “Transparency Azerbaijan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva deyib. Onun sözlərinə görə, “Transparency İnternational” təşkilatı hər il korrupsiya qavrama indeksini təqdim edir. Sonuncu dəfə bu indeksin 2008-ci ilin sentyabrında açıqlandığını bildirən R. Səfərəliyeva burada 180 ölkənin araşdırıldığını və Azərbaycanın bu siyahıda 158-ci yeri tutduğunu qeyd edib: “”Korrupsiya qavrama indeksi 2009” isə bu ilin sentyabr-oktyabr ayında açıqlanacaq. Hələlik bu indeks açıqlanmadığına görə mətbuatda yayılan məlumatlar da həqiqətə uyğun deyil”.
Qeyd edək ki, dünən mətbuatda “Transparency İnternational” təşkilatının bu il açıqladığı hesabatında Azərbaycanın rüşvətin populyarlığına görə İraqdan sonra ikinci ölkə olması barədə məlumat yayılıb.

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31