Ölkəmizdə keçirilən növbəti beynəlxalq tədbir uğurla tamamlandı
25.08.2009 [03:11]
Heydər Əliyev Fondunun dəstəyi ilə avqust ayının 13-dən Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ şəhərində keçirilən Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi baş tutub. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrik məktubunu iştirakçıların diqqətinə çatdırmışdı.
Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinə daim hörmətlə yanaşan Fondun prezidenti Mehriban xanım Əliyeva təbrik məktubunda bu beynəlxalq layihəni böyük musiqi bayramı kimi dəyərləndirmişdi. Yazılı təbrikində dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı və pianoçuların beynəlxalq müsabiqəsinin yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verəcəyini diqqətə çatdıran ölkənin birinci xanımı Festival çərçivəsində məşhur pianoçuların təşkil edəcəyi ustad dərslərini gənc musiqiçilər üçün böyük töhfə olacağını qeyd etmişdi.
Festivalın açılış günü İsrailin Ranaana orkestri üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını ifa etmişdi. Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da həmçinin maraqla qarşılanmışdı. Bir-birindən maraqlı və zəngin proqramı olan festival çərçivəsində Azərbaycan caz axşamı, muğam axşamı, dünyaşöhrətli sənətkarımız Müslüm Maqomayevin xatirəsinə həsr olunan, həmçinin, kamera musiqisi konsertləri də keçirildi. Festival həm də dünyaşöhrətli musiqi xadimlərinin gənclər üçün ustad dərsləri keçməsilə də yaddaqalan oldu. Festivalın özəlliklərindən biri də layihə çərçivəsində gənc pianoçuların müsabiqəsinin keçirlməsi idi. Qəbələ rayon mədəniyyət evində təşkil olunan müsabiqədə qalibiyyət uğrunda dünyanın 15 ölkəsindən 22 ifaçı mübarizə aparırdı. Müsabiqənin final mərhələsində isə azərbaycanlı iştirakçı Toğrul Hüseynli ilə yanaşı, Aleksandr Yakovlev və İlya Maksimov (hər ikisi Rusiyadandır), Şimomura Misako (Yaponiya), Qoran Filipets (Xorvatiya) mübarizə apardılar.
Müsabiqənin ən yüksək mükafatına - “Qran-pri”yə Rusiya pianoçusu İlya Maksimov sahib oldu. Dünyaşöhrətli musiqiçi Oksana Yablonskayanın sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə finalda mübarizə aparan digər gənc pianoçulardan xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci, azərbaycanlı Toğrul Hüseynli dördüncü və yaponiyalı Şimomura Misako beşinci mükafata layiq görüldülər. Münsiflərin qərarı ilə iştirakçılardan heç biri 3-cü mükafata layiq görülmədi. Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafat da təyin olunmuşdu ki, buna da Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görüldülər.
Festivalının proqramına uyğun olaraq münsiflər heyəti də tamaşaçılar qarşısında çıxış etdilər. Qala-konsertdə Vinçenso Baltsani (İtaliya), Leonel Moralis (İspaniya) və Murad Adıgözəlzadə (Azərbaycan) dünya və Avropa bəstəkarlarının əsərlərini səsləndirdilər.
Festivalın təntənəli bağlanış mərasiminə gəlincə, ötən şənbə reallaşan musiqi bayramında maraqlı ifalar ilə yanaşı, dəyərli çıxışlar da olub. Belə ki, Qəbələ şəhərindən Milli Məclisə üzv seçilən deputat Fəttah Heydərov çıxışında Beynəlxalq festivalı əsl dostluq, sülh, əmin-amanlıq, səadət, xoşbəxtlik bayramı olaraq dəyərləndirib “Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. On gün müddətində Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə feyziyab edən sənətkarlara minnətdarıq”, - deyən F.Heydərov festivalı möcüzəli layihə adlandırıb. Millət vəkilinin sözlərinə görə, festival təmsil olunan ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcək. Həmçinin onu da qeyd edib ki, tədbir Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. “Bu möhtəşəm tədbir Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına qayğısı, diqqəti sayəsində mümkün olub”.
ölkəmizdə cəmi iki həftə olmasına baxmayaraq Azərbaycanı çox bəyəndiyini deyən İsrailin ölkəmizdəki səfiri Mixael Lavon-Lotem tədbirin təşkilatçısı olan Heydər Əliyev Fonduna öz minnətdarlığını çatdırıb. Festivalın heyrətamiz məkanda keçirildiyini qeyd edən səfir Lavon- Lotem Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə İsraildən bir qrup tibb mütəxəssisinin dəvət olunduğunu deyib. Onun sözlərinə görə, tibb nümayəndələri eşitmə ilə bağlı problemləri olan xəstələri müalicə edəcəklər. Səfir onu da əlavə edib ki, artıq Qəbələdə yaşayan, eşitmə duyğusundan məhrum olan 16 yaşlı gənc Heydər Əliyev Fondunun təşəbbüsü və İsrail mütəxəssislərinin peşəkarlığı ilə musiqili festivalı dinləmək imkanına sahib olub.
Hər şeyin sonu olduğu kimi, bu möhtəşəm tədbirin də başa çatmasından təəssüf hissi ilə danışan festivalın bədii rəhbəri, keçmiş SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli də öz növbəsində ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını çatdırıb. Festival boyu Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini dilə gətirən F.Bədəlbəyli layihənin uğurlu alınmasında iştirakı olan insanlara da təşəkkür edib, festivalın proqramına uyğun olaraq gənc pianoçulara ustad dərsləri verən dünyaşöhrətli musiqiçilərə də təşəkkür etməyi unutmayıb.
çıxışlardan sonra Dmitri Yablonskinin drijorluğu, İsrailin məşhur Ranaana simfonik orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovskinin (piano) tərəfindən dəyərli klassik nümunələr səsləndirilib, sevilən əsərlər ifa olundu. Konsertə səmanı əlvan rənglərə boyayan atəşfəşanlıqla yekun vurulub.
TURANƏ
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
