2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib
12.01.2018 [09:59]
Prezident İlham Əliyev: Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir
Zamanın iti axarında daha bir ili yola saldıq. Ölkəmizin bütün sahələrdə müşahidə edilən müsbət mənzərəsinə istinadən demək mümkündür ki, Azərbaycan ötən dövrdə qurulan fundamental bazadan bəhrələnərək 2017-ci ildə də uğurların ardıcıllığını təmin etməyə nail olub. Cari il yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırılan statistik rəqəmlər bunu bir daha təsdiqləyir. Nazirlər Kabinetinin bəhs olunan iclasında Prezident İlham Əliyev qürur hissi ilə vurğulayıb ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir.
2017-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafda əldə etdiyi müsbət göstəricilər qlobal miqyasda müşahidə edilən gərginliklər fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin, təhdidlərin artdığı, ayrı-ayrı ölkələrin iqtisadi-maliyyə böhranının məngənəsində sıxıldığı bir vaxtda Azərbaycan xalqı əmin-amanlıq şəraitində inamlı gələcəyini qurur.
2017-ci islahatlar ilində Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə olunub
Dünya üçün çətin keçən 2017-ci ildə Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını, hər cəhətdən müsbət mənzərəsini şərtləndirən mühüm amillər sırasında Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yeni iqtisadi modelə keçidin təmin edilməsini xüsusi qeyd etmək lazımdır. Yeni şəraitdə milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev hələ ötən ilin əvvəlində cəmiyyətə ciddi mesaj ünvanlayaraq bildirmişdi ki, 2017-ci il ölkəmizdə dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu. İslahatlar kursu artıq tarixə dönən 2017-ci ildə də çox fəal şəkildə davam etdirildi.
Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə təsdiqlənən yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Dövlət başçısının 2017-ci il 3 noyabr tarixində imzaladığı müvafiq Fərmana əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.
Yola saldığımız 2017-ci il Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına başlanılması ilə əlamətdar olub. Strateji yol xəritələrinin uğurla icra edilməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Qeyd edək ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir.
Respublikamızda aparılan islahatlar öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Ötən il ölkə iqtisadiyyatının artması çox müsbət göstəricidir. Qeyd etdiyimiz kimi, respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında aparılan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə hesablanıb. Postneft iqtisadiyyatının qurulmasına yönələn davamlı səylərin nəticəsidir ki, bütün ölkə boyu neftdənkənar sahələrdə yeni istehsal müəssisələri istifadəyə verilir. Ölkəmiz elə bir iqtisadi model quruculuğunu hədəfləyib ki, burada neft amili əsas rol oynamasın, əksinə, ağırlıq mərkəzi qeyri-neft sektoruna keçsin. Ötən ilin nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini təsdiqləyir. Milli iqtisadiyyatımızda özəl sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük nailiyyətdir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafından məmnunluq ifadə edərək deyib: “Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır”.
Ötən il sosial-iqtisadi inkişaf sahəsində əldə olunan digər nəticələr də müsbətdir. 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Ötən il Azərbaycanın ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil edib. İl ərzində ölkədə 221 min yeni iş yeri açılıb ki, onların da 177 mini daimi iş yeridir. Hazırda respublikamızda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən yaxşı nəticələrdən biridir. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər: “İqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.
Görülən işlərin nəticəsində 2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar həmçinin qeyri-neft sektoru üzrə ixrac imkanlarının artırılmasına hesablanıb. Reallaşdırılan islahatlar çərçivəsində ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Ölkədə aparılan islahatlar çərçivəsində Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılması sayəsində ölkədən ixrac prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb. İxracatçılar 2017-ci ildə “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən bəhrələniblər. “Tax free” sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir və ixracyönümlü məhsul istehsalının həcminin artmasına müsbət təsir göstərir. Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib.
Ümumiyyətlə, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin spektri kifayət qədər genişdir. Xarici ölkələrdə yaradılan logistik mərkəzlər, ticarət evləri də ixracın təşviqində müsbət rol oynayır. Artıq ayrı-ayrı ölkələrdə müvafiq struktur uğurla fəaliyyət göstərir.
Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. 2017-ci ildə xarici bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlərin miqyası genişləndirilib. Ötən il Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına 10 ixrac missiyası təşkil edilib. İl ərzində “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunub. Bütövlükdə 2017-ci ildə qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib.
Həyata keçirilən bu kimi tədbirlər öz növbəsində respublikamızdan ixracın artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyev ötən il qeyri-neft ixracının 24 faiz artmasını görülən işlərin nəticəsi kimi səciyyələndirərək deyib: “Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da, təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir”.
Həm yerli, həm də xarici investorlar Azərbaycana İnvestİsİya qoymaqda maraqlıdırlar
Dünyadakı gərginliklər fonunda Azərbaycanı müsbət mənada fərqləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, milli iqtisadiyyatımız yeni şəraitdə də daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza böyük həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Milli sahibkarlar ordusu bu güzəştlərdən bəhrələnərək bütün ölkə boyu yeni təsərrüfatların, istehsal və xidmət müəssisələrinin yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldirlər. Respublikamızda investisiya qoyuluşu sahəsində dövlət-özəl sektor əməkdaşlığının yaxşı nümunəsi formalaşıb.
Respublikamıza yönəldilən investisiyaların böyük bir hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Xarici investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltməkdə maraqlıdırlar. İndiyədək xarici sərmayələr hesabına Bakıda, Sumqayıtda və ölkəmizin digər regionlarında yaradılan istehsalatlar uğurla fəaliyyət göstərirlər. Prezident İlham Əliyev 2017-ci ildə respublikamıza müxtəlif mənbələrdən 15 milyard dollara yaxın investisiyalar yönəldilməsini yüksək dəyərləndirərək vurğulayıb: “Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək, hesab edirəm ki, böyük nailiyyətdir”.
Beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər
Əlamətdar haldır ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin, nüfuzlu iqtisadi qurumların hesabatlarında da yüksək qiymətə layiq görülüb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik”.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Müqayisə üçün bildirək ki, qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Qlobal rəqabətlilik hesabatında Azərbaycanın biznesin mürəkkəbliyi indikatoru üzrə 20 pillə yüksələrək 40-cı yerdə qərarlaşması böyük nailiyyətdir. Hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərən mühüm amillərdən biri də ölkənin infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşması ilə bağlıdır. Respublikamız infrastruktur indikatoru üzrə mövqeyini 4 pillə yaxşılaşdırıb. Hesabatın infrastruktur bölməsində ölkəmizin nəqliyyat sistemi daha yüksək qiymətə layiq görülüb. Belə ki, infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşdırılıb.
Bəhs olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərə də diqqət çəkilib. Belə xüsusi narahatlıq yaradan trendlərdən biri sosial sfera ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə mövcud olan “dağıdıcı bərabərsizlik” insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan Azərbaycanın mənzərəsi tamam fərqlidir. Təsadüfi deyil ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03

