/ / Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir əsası yoxdur
Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir əsası yoxdur
30.12.2017 [01:13]
Görünür ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov cəfəng bəyanatlar vermək üzrə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryandan estafeti ələ keçirməyə çalışır. Hər bir verdiyi açıqlama ilə Şarmazanov hüquqi və siyasi savadsızlığını, yalnız məhdud daxili istehlaka yönəlmiş populizmlə məşğul olduğunu bir daha nümayiş etdirir. Bəzi məsələlər üzrə Şarmazanovun maarifləndirilməsinə ehtiyac vardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin vitse-spikeri E.Şarmazanovun bəyanatını şərh edərkən bildirib.
O deyib: “Beynəlxalq hüquqda “uti possidetis” prinsipi müəyyən edir ki, dövlət müstəqilliyini əldə etdiyi halda onun mövcud sərhədlərinə hörmət edilməlidir. SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycan və Ermənistan SSR-in sərhədlərinə münasibətdə “uti possidetis” prinsipi tətbiq olunub. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin prezidiumu Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasını bir daha təsbit edib. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin prezidiumu Ermənistan SSR-in Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1989-cu il 1 dekabr və 1990-cı il 9 yanvar tarixli qərarlarını SSRİ konstitusiyası əsasında qeyri-qanuni hesab edib. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan köklü Azərbaycan əhalisinə qarşı aqressiv separatizm əməlləri nəticəsində etnik təmizləmə törədildikdən sonra 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın yalnız erməni əhalisinin iştirakı ilə qanunsuz və qeyri-legitim “referendum” keçirildi. Ermənistan tərəfinin əsassız olaraq istinad etməyə çalışdığı SSRİ-nin 1990-cı il 3 aprel tarixli “İttifaq Respublikalarının SSRİ-dən ayrılması məsələlərinin həll edilməsi prosedurlarına dair” qanunu respublikaların SSRİ-dən ayrılmasının spesifik prosedurlarını müəyyən etmişdi. Burada da müəyyən olunur ki, müttəfiq respublikanın mərkəzi hakimiyyətinin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməzdi.
Beləliklə, keçmiş SSRİ hüquqi sistemi tərəfindən Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın birtərəfli qaydada aqressiv separatizm yolu ilə Azərbaycan SSR-in tərkibindən çıxması cəhdlərinin qeyri-qanuni xarakter daşıması konstitusional səviyyədə təsdiq edilmişdi.
Ermənistanın və Azərbaycanın müstəqilliyinin əldə etməsi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv separatizm əməlləri açıq müharibə forması alaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmənin törədilməsi ilə nəticələndi.
MDB-nin yaranmasına dair 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyanatına əsasən Ermənistan və Azərbaycan digər keçmiş SSRİ respublikaları kimi “bir-birilərinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair” öhdəlik qəbul ediblər. İndi Ermənistan bu öhdəliyini inkar etməyə çalışır.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunaraq, güc tətbiq olunması ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyi, o cümlədən 874 saylı qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Həmçinin qətnamədə Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılması tələb olunur.
Erməni təbliğatı qəsdən yenə də tarixi saxtalaşdıraraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasının protokolunu təhrif edir. Şarmazanov və onun həmkarlarına xatırlatmaq istərdik ki, həmin protokolda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması qeyd olunub və inzibati mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa vilayət muxtariyyəti verilib.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının heç bir tarixi, hüquqi, siyasi və mənəvi əsası yoxdur.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən yaradılmış qondarma rejim yalnız işğal, təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir. Şarmazanov və onun kimiləri nəhayət başa düşməlidirlər ki, sivil dünya güc tətbiq edərək yaranmış vəziyyəti heç vaxt legitim qəbul edə bilməz.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin ediləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

