“The Financial Times” Azərbaycana qarşı subyektiv və qərəzli mövqedən çıxış edib
22.12.2017 [10:13]
Ekspertlər nəşr olunan məqalənin anti-azərbaycançı mərkəzlər tərəfindən sifariş edildiyini bildirirlər
Anti-Azərbaycan dairələrinin sifarişi ilə işləyən bir sıra “beynəlxalq” təşkilatların davamlı olaraq ölkəmizə qarşı qərəzli, böhtan xarakterli kampaniyalar aparması sirr deyil. Həmin dairələrin mütəmadi olaraq ölkəmizlə bağlı eyni məzmunlu, qərəzli hesabatlarla çıxış etməsi, şər və yalana söykənən iddialar səsləndirməsi və kampaniyalar reallaşdırması onların ermənipərəst mərkəzlərin diktəsi əsasında fəaliyyət göstərdiyini açıq şəkildə ortaya qoyur.
Bu tipli, yəni, subyektivliyi, Azərbaycana qarşı qərəzi ilə seçilən növbəti kampaniyanın sədası isə “Financial Times” qəzetindən gəlib. Belə ki, sözügedən nəşrin “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqaləsində Azərbaycanla bağlı subyektiv iddialar irəli sürülür. Bundan başqa, ölkəmizdə vətəndaş cəmiyyəti, insan haqları kimi məsələlərə göstərilən diqqət və qayğı fərqli motivlərlə təqdim edilməyə çalışılır, insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsinə xidmət göstərən dövlət siyasətinə fərqli don geyindilir.
Yeri gəlmişkən, “The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu iddiaların subyektiv xarakter daşıdığını, qərəzli və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət etdiyini söyləyib. Əli Həsənov bildirib ki, “The Financial Times” və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər.
Öz növbəsində məsələyə münasibət bildirən “Səs” Media qrupun rəhbəri Bəhruz Quliyev də bir sıra anti-azərbaycançı dairələrin zaman-zaman Azərbaycanla bağlı qərəzə və böhtana söykənən “hesabat”lar yaydığını, bəzi maraqlı nəşrlərin isə həmin bu qərəzə subyektiv don geyindirərək yaymağa çalışdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillər qərəzli ermənipərəst mərkəzləri təşvişə salır. Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək şəkildə təmin olunduğunu deyən B.Quliyev qeyd edib ki, əslində “The Financial Times” Qərbdə pozulan insan haqlarını, irqçiliyi və digər məsələləri araşdırmalı və hüququ pozulanlara kömək göstərməlidir: “Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazası, o cümlədən azad və müstəqil məhkəmə formalaşdırılıb. Bu məqalə Azərbaycana qarşı qərəzdən və subyektivlikdən ibarətdir. Bunun arxasında ermənipərəst maraqların dayanması isə birmənalıdır. Təbii ki, son dövrlər Azərbaycanın apardığı uğurlu siyasət, Avropa İttifaqının (Aİ) ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu ifadə etməsi erməniləri yenidən narahat edib. Hesab edirəm ki, həm nəşr, həm də digər beynəlxalq təşkilatlar bir sıra həssas məsələlərdə diqqətli olmalıdırlar. Çünki terroru dəstəkləyən, 27 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyona yaxın insanı yurd-yuvasından didərgin salan Ermənistan haqqında susqunluq nümayiş etdirənlər Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyərək öz əsl simalarını ortaya qoymuş olurlar”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də ölkəmizə qarşı aparılan bu kampaniyanın Avropa İttifaqının Azərbaycanla bağlı yaydığı hesabatla eyni vaxta təsadüf etməsinin kifayət qədər maraq doğurduğunu dilə gətirib. Onun sözlərinə görə, Aİ-nin hesabatında Azərbaycanla bağlı çox mühüm məqamlar - ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün dəstəklənməsi, bundan sonrakı mərhələdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu kimi çox məsələlər yer alırdı: “Bu aspektdən, çox güman ki, Azərbaycanı sevməyən, Aİ-Azərbaycan münasibətlərinin inkişafında maraqlı olmayan qüvvələr məqsədyönlü şəkildə “The Financial Times”da ölkəmizə qarşı belə bir yazının yer almasına çalışıblar. Vurğulanmalıdır ki, mütəmadi olaraq oxşar məqamlar nəzərə çarpır və bir çox hallarda fərqli qüvvələr, ermənipərəst dairələr, eyni zamanda, Avropa İttifaqının sərhədlərinə aidiyyəti olmayan qüvvələr də bu prosesdə rol oynayırlar. Bu aspektdən də hesab edirəm ki, Azərbaycanla bağlı çox mühüm proseslərin getdiyi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin açıq və birmənalı şəkildə dəstəkləndiyi bir vaxtda belə yazıların yazılması təsadüfi deyil və təxribat, qərəz xarakteri daşıyır. İndiki halda Avropa Məhkəməsinin qərarları ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Azərbaycan Avropa Məhkəməsinin qərarlarını ən çox icra edən ölkələrdən biridir və müqayisə etsək, MDB, hətta bütövlükdə Avropa məkanında həmin məhkəməyə ən az müraciət məhz Azərbaycandan edilib. Odur ki, bu məsələdə açıq-aşkar qərəz var və fakt faktlığında qalır - bu, sadəcə, ölkəmizə qarşı aparılan bir kampaniyadır”.
“Bu gün Azərbaycanın həyata keçirdiyi mütərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdüyü xoşniyyətli təşəbbüslər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin rəylərində öz əksini tapır. Təbii ki, ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da var. Bu cür qərəzli qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər. Ancaq bu kimi “qüvvələr” heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada “The Financial Times” nəşrinin Azərbaycan ilə bağlı irəli sürdüyü əsassız iddialar böyük təəssüf doğurur və heç bir reallığa söykənmir”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib.
V.Rəhimzadə bildirib ki, “The Financial Times” nəşrinin “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqaləsində qeyd edilən məqamları qətiyyən ciddi qəbul etmək olmaz. O deyib: “Sözsüz ki, məqalədə yer alan fikirlər tamamilə qərəzlidir. Hesab edirəm ki, bu məqalə müəyyən xarici anti-Azərbaycan, erməni və ermənipərəst dairələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycana qarşı təşkil edilən bu cür kampaniyaların səmərəsizliyi sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Bu qarayaxmaların müəllifləri və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar”.
Bu gün ölkəmizin sürətli inkişaf dövrünü yaşadığını qeyd edən YAP Siyasi Şurasının üzvü deyib: “Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həyata keçirilən iqtisadi islahatlar ölkəmizin maliyyə imkanlarını daha da genişləndirir. Qlobal layihələr və təşəbbüslər ölkəmizin, eyni zamanda, region dövlətlərinin inkişafına böyük imkanlar açır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi şəkildə narahat edir. Bu qüvvələr Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. “The Financial Times” kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “The Financial Times” və bu kimi digər nəşrlər zaman-zaman insan hüquq və azadlıqlarından, mətbuat və fikir azadlığından danışırlar. Ancaq onlar unudurlar ki, mətbuat hər zaman cəmiyyəti qərəzsiz, obyektiv xəbərlə təmin etməlidir. Həmin nəşrlərin bu cür fəaliyyəti dünyada ədalətsizliyin, ikili standartların əyani təzahürü, bir nümunəsi, orada çalışan jurnalistlərin ən azı öz peşələrinə xəyanətidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

