Vətən sərhəddən başlayır...
19.08.2009 [02:32]
Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gəlməklə Sərhəd Qoşunları respublikamızın qazandığı uğurlarda özünəməxsus rol oynayır.
ölkənin Sərhəd Qoşunlarının yaradılmasından 90 il ötdü. Dövlət sərhədçiləri Azərbaycanı stabil ölkə kimi görmək istəməyən “qara qüvvə”lərlə mübarizədə daim ön cəbhədə yer alır...
Dövlət Sərhəd Xidməti hələ Azərbaycan Demokratik Respublikası dövründə formalaşmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirməyə başladığı çoxsaylı dövlət əhəmiyyətli məsələlərdən biri də ölkə sərhədləri barədə müvafiq qərarlar qəbul edilməsi olmuşdur. Sərhədlərin mühafizəsini haqlı olaraq dövlətin yaşaması üçün mühüm amil hesab edən milli hökumət bu vəzifəni ön plana çəkmiş və bir sıra qərarlar qəbul etmişdir. 1918-ci il iyun ayının 22-də baş nazir Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılıb. İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilib, 1919-cu ilin avqust ayının 18-də isə Parlamentin qəbul etdiyi “AXC-nin gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanunda bütün respublikanı əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu.
Məhz həmin tarixdə sərhəd mühafizə qüvvələrinin yaradılmasının ilk rəsmi əsası qoyulub.
Uzun inkişaf yolu keçən Dövlət Sərhəd Xidməti Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə daha da inkişaf edib. ümummilli lider Heydər Əliyev dövlətin DSX-yə diqqət və qayğısının nəticəsi olaraq, ölkəmizin sərhədlərini saatdan, fəsildən, hava şəraitindən asılı olmayaraq qoruyan Sərhəd Qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi Fərman verib.
Dövlət müstəqilliyi əldə edildikdən sonra dövlət sərhədlərinin qorunması istiqamətində müəyyən işlər görülməyə başlanıb. 1991-ci ilin dekabr ayının 16-da Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılsa da, ölkədəki ağır siyasi-iqtisadi vəziyyət və sərhədçi kadrların azlığı, Azərbaycandan çıxan sovet sərhədçilərinin törətdiyi təxribatlar sərhədlərimizin qorunması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinə imkan vermirdi.
ölkəmizin Sərhəd Qoşunlarının keçdiyi yola nəzər salarkən dövlət sərhədlərinin qorunmasına və ümumiyyətlə, sərhəd anlayışına ümummilli lider Heydər Əliyevin özünəməxsus və xüsusi münasibəti çox aydın şəkildə görünürdü. üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci ilin avqust ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu öndərimizin adı ilə bağlıdır. Azərbaycanın ləyaqət və cəsarət simvoluna çevrilən Ulu öndər müstəqil dövlətimizin sərhədlərinin qorunması, Sərhəd Qoşunlarının yaradılaraq formalaşdırılması proseslərini daim nəzarətdə saxlayıb, bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar verib. Nəticədə Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya sübut edilib, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb.
Ulu öndərin dövlət sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət, Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edib.
2002-ci il iyul ayının 31-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb və Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsini nümayiş etdirib. Dövlət Sərhəd Xidməti yaradıldıqdan sonra qazanılan uğurlar açıq şəkildə göstərir ki, Ulu öndər ölkəmizin sərhədlərinin mühafizəsinin perspektivini açıq-aydın ortaya çıxarıb. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyulub və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanılıb.
ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin verdiyi göstərişlər əsasında əvvəlki illərdə olduğu kimi, bu ildə də yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsinə, döyüş hazırlığının yüksəldilməsinə, qaçaqmalçılığın qarşısının alınmasına, “Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə yönəldilib və təqdirəlayiq nəticələr aldə olunub.
Əldə etdiyimiz məlumatlara görə, “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın icrasının 2-ci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb, sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilib. çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam da vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır. Bu Sərəncam ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək qayğının növbəti təzahürüdür. Sözsüz ki, akademiya Dövlət Sərhəd Xidmətinin ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasına çox böyük təsir göstərəcək.
Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti daim özlərinin malik olduqları yüksək peşəkarlığı həm təlimlərdə, həm xüsusi əməliyyatlarda sübut ediblər.
Xatırladaq ki, ötən il sentyabr ayının 19-da “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda DSX-nin Xüsusi Dövlət Mühafizə Xidməti, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə qarşılıqlı əlaqədə xidməti-döyüş hərəkətləri, Xəzər dənizində birgə xilasetmə işlərinin aparılması” mövzusunda birgə taktiki təlimlər uğurla keçirilmişdir. Təlimlər zamanı Xəzər dənizində Azərbaycan Respublikasının mənafelərinin təmin edilməsi, dövlət sərhədində vəziyyətin gərginləşməsi zamanı xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən birləşmə, hissə və bölmələrin döyüş və hərəkət nizamının təkmilləşdirilməsi, silahlı təxribat-kəşfiyyat qruplarının, terrorçu dəstələrin axtarışı və zərərsizləşdirilməsi, dənizdə xilasetmə işlərinin aparılması üzrə xidməti-döyüş fəaliyyətinin birgə təşkilində DSX, MN, XDMX, FHN və MTN-in idarəetmə orqanları tərəfindən zəruri təcrübənin əldə edilməsi, birgə hərəkət qaydalarının işlənilməsi kimi ciddi məqsədlərə nail olunub.
Sentyabr ayının 28-30-da Şəmkir Sərhəd Dəstəsinin xidməti ərazisində “Dövlət sərhədində əməliyyat şəraiti dəyişdikdə dövlət sərhədinin mühafizəsi, silahlı qrupların axtarışı, yaxalanması və silahlı təxribatların qarşısının alınması” mövzusunda döyüş atışı və zirehli texnikanın tətbiqi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimin keçirilməsi zamanı sərhədçilər əyani şəkildə sübut etmişlər ki, əməliyyat şəraitinin necə dəyişməsindən asılı olmayaraq qarşıya qoyulmuş vəzifələri icra etməyə daim hazır və qadirdirlər.
Xüsusi vurğlamalıyıq ki, bu il sərhəd pozucularının silahlı hücumunu dəf edərkən, Sərhəd Xidmətinin layiqli yetirməsi yoldaşlarının xəsarət almaması üçün özünü qumbaranın üzərinə atmışdı. Bununla milli qəhrəmanımız xidmət yoldaşlarını ölümdən qurtararaq, özü şəhid olmuşdu. Onun bu fədakarlığı ilə, eyni zamanda, sərhəd pozucuları da məhv edilmişdi. Sonradan Prezident İlham Əliyev Eltun İsgəndərova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalamışdı...
Ulu öndər Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətində qulluq edən hər bir zabit, gizir, çavuş, əsgər və matros Sərhəd Qoşunlarına göstərilən yüksək etimadı doğrultmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə, ləyaqətlə gəlir, doğma Azərbaycanımızın dövlət sərhədlərinin göz bəbəyi kimi qorunması naminə səy və bacarıqlarını əsirgəmir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
