Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Marneulidəki qədim məscid bərpadan sonra istifadəyə verilib

Marneulidəki qədim məscid bərpadan sonra istifadəyə verilib

18.08.2009 [12:01]

Gürcüstanın Marneuli rayonunda Gürarxı (Alget) kəndində bərpadan sonra qədim məscidin açılış mərasimi olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, əsası 1590-cı ildən qoyulmuş bu tarixi məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib. Mərasimdə qeyd olunub ki, indiyədək Gürcüstanda soydaşlarımız yaşayan bölgələrdə 30 yeni məscid tikilərək istifadəyə verilib. Tədbirdə Heydər Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi layihələrdən söz açılıb. Qeyd olunub ki, gələcəkdə soydaşlarımızın yaşayış tərzini daha da yaxşılaşdırmaq üçün Fondun dəstəyi ilə Gürcüstanda infrastruktur layihələrinin həyata keçirilməsi ənənəyə çevriləcək. Həmin gün, həmçinin Gürarxı kənd icra nümayəndəliyinin ərazisinə daxil olan 3 kənddə15 min əhalini içməli su ilə təmin edən və 6,5 km məsafədən çəkilən yeni su kəmərinin açılışı olub.
Paylaş:
Baxılıb: 1086 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28