Prezident İlham Əliyev: Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin
21.11.2017 [10:08]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 47-ci kitabı çapdan çıxıb
“Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır. Xüsusilə indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik. İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır. Multikulturalizmlə bağlı müxtəlif fikirlər irəli sürülür. Sanki multikulturalizm iflasa uğrayıb. Halbuki bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin təcrübəsi onu göstərir ki, multikulturalizm yaşayır və inkişaf edir. Bunun müsbət nümunələri vardır. Bu təcrübələr öyrənilməlidir. Biz daim bu məsələləri beynəlxalq tribunalardan qaldırırıq. Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu məsələlərlə bağlı mövqeyimizi ifadə etmək üçün kifayət qədər geniş imkanlarımız vardır və biz bunlardan istifadə edirik. Milli və dini dəyərlərimizi təbliğ etməliyik. Əfsuslar olsun ki, islam dininə qarşı bəzi dairələrdə qeyri-adekvat, qeyri-normal, çox mənfi münasibət vardır. Biz mübarizə aparmalıyıq və bu mübarizə ancaq birlik olan zaman uğurlu ola bilər. Bütün beynəlxalq məsələlərlə bağlı biz öz mövqeyimizi müdafiə etməliyik. Birliyə çağırışlar, sadəcə olaraq, gözəl şüar deyil, zərurətdir, xalqlarımıza, ölkələrimizə lazımdır. Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin”.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 47-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2011-ci il avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin 47-ci kitabı Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nitqi ilə başlayır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 47-ci kitabına daxil olan materiallar 2011-ci ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.
Bu cilddə Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Polşa, Monteneqro prezidentləri, Türkiyənin Baş naziri ilə görüşlərinə, eləcə də Rusiya Federasiyasına işgüzar səfəri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Çin, Rusiya, Serbiya, İsveçrə, Fransa, Almaniya, ABŞ və digər ölkələrin, ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Dünya Səhiyyə Təşkilatı, BP, “Total”, Avstriyanın OMV şirkətləri və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini, Nobel mükafatçılarını qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.
Kitaba, həmçinin Azərbaycan Prezidentinin “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimlərində, Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasında və digər tədbirlərdə iştirakına dair materiallar, yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki, habelə çıxışları, nitqləri, məktubları daxil edilib.
Nəşrin bu cildində Prezident İlham Əliyevin Xızı, Siyəzən, Şabran, Qobustan, Şamaxı, Xaçmaz, Quba və Qusar rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, Bakının şəhərətrafı qəsəbələrində aparılan abadlıq işləri, ölkənin bir sıra orta məktəb binalarında əsaslı təmir və yenidənqurma işləri ilə tanışlığına dair materiallar əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 47-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

