Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Tacikistan əlaqələri dinamik şəkildə inkişaf edir

Azərbaycan-Tacikistan əlaqələri dinamik şəkildə inkişaf edir

11.11.2017 [01:58]

Noyabrın 10-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ziyafət Əsgərov bu ölkənin siyasi həyatında taleyüklü rol oynamış Tacikistan Ali Sovetinin tarixi XVI sessiyasının 25-ci ildönümü münasibətilə qonağa təbriklərini çatdırıb. O, son 25 ildə Tacikistanın dayanmadan inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır.
Birinci vitse-spiker parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılmasının vacibliyindən söz açıb. Z.Əsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirib ki, ta qədimlərdən Tacikistanla Azərbaycanı birləşdirən tellər var. Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür. Ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir.
Milli Məclisin deputatlarını ölkəsinə dəvət edən qonaq Tacikistan Ali Sovetinin XVI sessiyasının 25-ci ildönümü münasibətilə söylənən fikirlərə görə xüsusi minnətdarlığını bildirib.
Görüşdə Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli də iştirak edib.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30