/ / Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihə müzakirəyə çıxarılıb
Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihə müzakirəyə çıxarılıb
08.11.2017 [09:49]
Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 2018-ci ilin dövlət büdcəsi miqyasına görə ən geniş müzakirə olunacaq məsələdir. Komitə sədri ölkəmizdə iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan danışıb, 2017-ci ildə Azərbaycanda iqtisadiyyat sahəsində baş vermiş mühüm hadisələri qeyd edib.
Dövlətimizin başçısının “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə Fərmanından danışan Ziyad Səmədzadə bildirib ki, bu qurumun yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün cəsarətli addımdır. Azərbaycan Sənaye Korporasiyası təkrar emal sahəsinin inkişafında yeni mərhələ olacaq, ölkəmizdə sənayenin dinamik inkişafının təmin olunmasına kömək edəcək.
Büdcə layihəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ildə Azərbaycan makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin milli valyutaya inamının bərpası prosesinin ilk mərhələsinin yekunu üzrə məqsədlərə çatıb. Bu, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi tədbirlər sayəsində mümkün olub. Dövlət və icmal büdcə layihələri qlobal və milli iqtisadiyyatda gözləntilər nəzərə alınmaqla hazırlanıb.
Nazir bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır. Bu, ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur. Bu artımın da 72 faizi (442 milyon manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.
Nazir qeyd edib ki, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 milyard 362 milyon manat kredit hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. Bundan başqa, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 milyard 771 milyon manat vəsait nəzərdə tutulub.
Samir Şərifov bildirib ki, publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 milyon manat maliyyə yardımı ayrılacaq. Dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalara və kütləvi informasiya vasitələrinin inkişafına, Gənclər Fonduna, Bilik Fonduna, Elmin İnkişafı Fonduna müvafiq məbləğlərdə vəsait ayrılması nəzərdə tutulub.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova diqqətə çatdırıb ki, gələn il ümumi daxili məhsulun 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır.
Nazir müavini bildirib ki, 2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır.
Sevinc Həsənova qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.
Sonra iclasda büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, 2018-ci il dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunub. Növbəti ilin büdcə layihəsində ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdirilib. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,1 milyard, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib.
Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanıb, tələb olunan bütün istiqamətlərdəki xərclər öz əksini tapıb.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, son illər maliyyə bazarlarında neftin qiymətinin kəskin azalması müşahidə edilir və nəticə etibarilə Azərbaycanın neft və qaz gəlirlərinin azalması artıq faktdır. Amma Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən siyasət artıq özünü qabarıq büruzə verir. Bildiyiniz kimi, bu gəlirlərin azalması şəraitində ARDNF-in dövlət büdcəsinə ayırmaları tam və vaxtında icra edilir, bu da ölkədə makroiqtisadi və fiskal sabitliyin, dayanıqlılığın təmin edilməsinə töhfəsini verir.
2018-ci ildə bir barrel neftin qiymətinin orta hesabla 45 dollardan götürüldüyünü deyən Fond rəhbəri qeyd edib ki, bu hesablamalarla gələn il ARDNF-in gəlirləri 10,7 milyard manat olacaq. Bunun əsas gəlir mənbəyi dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından proqnozlaşdırılır. ARDNF-in gələn il xərclərinin yuxarı həddinin 12 milyard manat olacağı gözlənilir.
Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Aydın Hüseynov, Zahid Oruc, Əli Məsimli çıxış edərək 2018-ci il dövlət büdcəsi layihəsi barədə fikirlərini bildiriblər.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov suallara və deyilən fikirlərə cavab verib, iclasda səslənən təkliflərə bir daha baxılacağını deyib.
Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxİdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35

