Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır

11.08.2009 [00:00]

Məhz bu böyük diqqət və qayğının nəticəsidir ki, ərazisinin 77,6 faizi işğal olunmasına, əhalisinin 138 min nəfərdən artığının köçkün olmasına baxmayaraq, Ağdam, ağdamlılar yaşayır, işləyir, bütün sahələrdə uğurlar əldə edirlər
Yüksək inkişaf tempinə malik Azərbaycanda bütün sahələr paralel olaraq inkişaf etdirilir. Məhz bu amil ölkəmizin hər bir sınaqdan üzüağ çıxmasına, hər hansı böhrana və ya çətinliyə düşməməsinə gətirib çıxarır. Bunun ən əsas səbəbi isə Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə inkişaf etdirməsidir. ölkəmizdə sosial-iqtisadi vəziyyətin yüksəlməsi, əhalinin gəlirlərinin artması, eyni zamanda idmanın inkişafına da müsbət mənada öz təsirini göstərir. Ərazisinin 70 faizdən çox hissəsi Ermənistan tərəfindən işğal edilən Ağdamın “Qarabağ” futbol klubunun bir neçə gün öncə ölkə idmansevərlərinə yaşatdığı böyük sevinc hissi də məhz dövlətimizin idmana qayğısının məntiqi nəticəsidir. Avroliqada yüksək səviyyədə çıxış edərək bir ilkə imza atmağa çox yaxın olan “Qarabağ”ın bu sevincinə şərik olan ölkə başçısı İlham Əliyev bütün komandanı, o cümlədən, bütün “Qarabağ”sevərləri təbrik edib. Prezident ölkəmizdə idmana qayğının öz bəhrəsini verdiyini və qarşıdakı illərdə daha yüksək nəticələr əldə olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyevin bu diqqətini cavabsız qoymayan Ağdam içtimaiyyəti də ölkə başçısına müraciət ünvanlayıb. Ulu öndər Heydər Əliyevin tarixin sərt sınaqlarından həmişə qalib çıxan siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, dönmədən davam etdirildiyi, ölkə başçısının müstəqil respublikamızı parlaq gələcəyə doğru inamla apardığı vurğulanan müraciətdə deyilir ki, Prezident İlham Əliyevin müstəqilliyimizin əbədi və möhkəm olması, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin daha da artırılması, xalqımızın maddi rifah halının yaxşılaşdırılması, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan çiçəklənir, inkişaf edir və ölkəmiz regionda iqtisadi cəhətdən lider dövlətə çevrilib. Müraciətdə bildirilir: “Siz çoxsahəli, gərgin fəaliyyətinizdə qaçqın və məcburi köçkünləri, xüsusilə biz ağdamlıları heç vaxt unutmur, problemlərimizin həllini daim diqqət mərkəzində saxlayırsınız. Məhz bu böyük diqqət və qayğının nəticəsidir ki, ərazisinin 77,6 faizi işğal olunmasına, əhalisinin 138 min nəfərdən artığının köçkün olmasına baxmayaraq, Ağdam, ağdamlılar yaşayır, işləyir, bütün sahələrdə uğurlar əldə edirlər. Sizin 2007-2008-ci illərdə üç dəfə Ağdama tarixi səfərlər etməyiniz, Ağdamın sosial-iqtisadi inkişafı naminə tədbirlər görməyiniz Ağdamın tarixinə, vətənpərvər ağdamlıların qəlbinə əbədi həkk olunmuşdur”.
Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi ölkəmizdə idmanın da inkişaf etdirilməsi üçün gördüyü işlərə, həyata keçirdiyi tədbirlərə, imzaladığı Fərman və sərəncamlara toxunan Ağdam ictimaiyyəti buna ürəkdən sevindiklərini və Azərbaycan idmançılarının əfsanəvi qələbələrində ağdamlı idmançıların da öz yerinin olmasından fəxr etdiklərini qeyd ediblər: “Bu baxımdan Ulu Qarabağımızın adını daşıyan futbol komandamızın son illər əldə etdiyi uğurlar Sizin Ağdama böyük diqqət və qayğınızla bağlıdır. O böyük qayğıya cavab olaraq daha böyük uğurlar naminə gecə-gündüz təlim keçən, hazırlaşan “Qarabağ” komandası bu il Azərbaycan kubokunu qazandı və hazırda Avropa kuboku uğrunda keçirilən beynəlxalq futbol yarışlarında uğurla çıxış edərək futbolsevərlərimizi ürəkdən sevindirir. Sizin 07 avqust 2009-cu il tarixdə “Qarabağ” komandasını uğurlar qazanması münasibəti ilə təbrik etməyiniz komandamızı daha əzmlə, daha inamla, yalnız qələbələr naminə mübarizə aparmağa ruhlandırmışdır. Bu sevinc, bu böyük atalıq qayğısı bütün ağdamlıların qəlbini iftixar hissi ilə doldurmuşdur və buna görə biz, möhtərəm Prezident, Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq”.
Bəli, bu gün Azərbaycanda Prezident İlham Əliyevin fəaliyyəti, bütün vətəndaşların rifah halının yüksəldilməsi, o cümlədən, sosial-iqtisadi inkişaf və bütün sahələrə dövlət diqqətinin yönəldilməsi xalqımız tərəfindən təqdir olunur. İşğal altında olan Ağdam rayonu Ermənistan ilə müharibədə ən çox şəhid verən bölgələrimizdəndir və bu mənada cəmi 22,4 faiz torpağı azadlıqda olan bir rayonun Avropada tanınması ölkəmizin uğurlarının sırasında yer alır. Nəzərə alsaq ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar prosesi olduqca intensiv şəkildə irəliləyir və ermənilər bütün dünyanı öz yalanları ilə aldatmaq istəyir, o zaman “Qarabağ”ın  Avropadakı hər bir uğuru Azərbaycana təbliğati mənada kömək göstərir.
Bununla yanaşı, Prezident İlham Əliyev hər zaman öz ata-baba yurdlarından qaçqın düşmüş, yurd-yuvalarından didərgin olmuş insanların durumunu diqqət mərkəzində saxlayır. Ağdam rayonunun timsalında Prezident İlham Əliyevin bu diqqəti olduqca aydın şəkildə görünür. Demək olar ki, tez-tez cəbhə bölgələrinə səfər edən, sərhəd, cəbhəyanı rayonlara gedən və orada rayon ictimaiyyəti ilə görüşən, münaqişənin tənzimlənməsi istiqamətində gedən prosesdən bəhs edən ölkə başçısı qəbul etdiyi Dövlət proqramları vasitəsilə bu bölgələrin inkişafdan geri qalmamasını təmin edir. 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu və ötən müddət ərzində, demək olar ki, hamısı yerinə yetirilib. ötən müddət ərzində çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olub. Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilib. Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı orada məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olub, “Bənövşələr” qəsəbəsinin açılışında iştirak edib. Ağdam və Ağcabədi rayonlarında yeni salınan qəsəbələrdə ümumi sahəsi 190632 kvadratmetr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilib, 113,8 kilometr yol, 139,2 kilometr su xətti, 43,2 kilometr qapalı irriqasiya sistemi, 211,9 kilometr elektrik xətti çəkilib, 124 artezian quyusu qazılıb. Bütün bunlarla yanaşı rayon ictimaiyyəti ilə görüşlərində münaqişənin mütləq şəkildə həll olunacağını və bunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirən Prezident İlham Əliyev buna Azərbaycan hakimiyyəti ilə xalqın birliyi nəticəsində nail olacağını vurğulayıb: “Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, mən buna şübhə etmirəm. Ondan sonra yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər tikəcəyik. Ancaq hələ ki, biz müvəqqəti olaraq burada məskunlaşan insanların həyat səviyyəsini qaldırmalıyıq. Bildiyiniz kimi, bu məqsədlə, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində qəbul edilmiş qərarlar, sərəncamlar bu gün çox uğurla icra edilir. Hər il bu məqsədlərə yüz milyonlarla manat vəsait sərf edilir, yeni qəsəbələr, yeni şəhərciklər salınır. İndi Ağdam rayonunun işğaldan azad olunmuş yerlərində 86 min insan yaşayır. Bu, rayon əhalisinin, demək olar ki, yarısıdır. Yəni biz buna müvəqqəti olaraq nail ola bilmişik. İnsanları normal şəraitlə təmin edə bilmişik və burada salınan qəsəbələr, digər bölgələrdə, Füzulidə, başqa yerlərdə salınan qəsəbələr bizim siyasətimizi əks etdirir. Ancaq o da həqiqətdir ki, bütün bu tədbirlər müvəqqəti xarakter daşıyır. Əsas məsələlər, əsas böyük işlər torpaqlarımız işğaldan azad olunandan sonra başlayacaqdır. Biz yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər yaradacağıq və buna hazır olmalıyıq. Onu da bilirik ki, biz ancaq öz gücümüzə arxalana, ancaq öz gücümüzə istinad edə bilərik”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30