/ / Hikmət Babaoğlu: Azərbaycan üçün önəmli olan üçtərəfli görüşdə Qarabağ probleminin yekun bəyannamədə əksini tapması idi
Hikmət Babaoğlu: Azərbaycan üçün önəmli olan üçtərəfli görüşdə Qarabağ probleminin yekun bəyannamədə əksini tapması idi
03.11.2017 [10:11]
Azərbaycan üçün ən önəmli məsələlərdən biri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası isə, bu məsələnin yekun bəyannamədə öz əksini tapması idi.
Bunu Trend-ə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib: “Bəyannamədə deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bəyanatda problemin bu günə qədər beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanır. Bu, olduqca əhəmiyyətli detaldır. BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur”.
Deputat bildirib ki, bundan başqa, görüşdə çoxsaylı iqtisadi, nəqliyyat komunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edildi ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividendlər vəd edir: “Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionun gələcək inkişafı və təhlükəsizlik məsələlərinin təmin olunması baxımından mühüm əhəmiyyətli görüş idi. Diplomatiyada üçtərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatıdır. Bu format çərçivəsində İranda baş tutan Zirvə görüşü də Bakı Zirvəsindən sonra ikinci belə görüş idi. Tərəflərin razılığına əsasən, üçüncü belə görüş Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq”.
H.Babaoğlu qeyd edib ki, tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: “Birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda, koordinasiya edilməsidir ki, bu, olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir ki, belə təsirlərdən qorunmağın ən effektiv yolu birgə fəaliyyətdir. Qlobal təsirlərdən və təhdidlərdən bir ölkənin təkbaşına qorunması indiki şəraitdə olduqca çətindir. Üç ölkə prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər ekvatoriyasında təhlükəsizlik, regionun enerji təhlükəsizliyi və s. məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələləri də müzakirə predmeti oldu”.
Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

