/ / Naqif Həmzəyev: Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artıracaq
Naqif Həmzəyev: Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artıracaq
03.11.2017 [10:10]
Son illərdə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Bu uğurların həlledici amili ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilən, elmi əsaslara söykənən iqtisadi islahatların aparılmasıdır. Azərbaycanın tarixinə yazılan uğurlu səhifələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi oldu.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən ölkə başçısı İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşan iqtisadi, geostrateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olduqca əlamətdar hadisədir. Dəmir yolu xətti çox mühüm nəqliyyat qovşağına çevrilməkdə olan Azərbaycanın tranzit potensialının reallaşdırılması istiqamətində uğurlu nəticələrin qazanılmasına xidmət edəcək.
Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsi olan layihə təkcə üç ölkənin deyil, İpək Yolu xətti üzərində yerləşən ölkələrin iqtisadi əlaqələrinin genişlənməsinə təsir göstərəcək, sürətli və etibarlı nəqliyyat bağlantısını təmin edəcək.
Sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək strateji əhəmiyyətli layihə Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu da ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə şərait yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, bu da əhalinin məşğulluğunu reallaşdırmaqla həyat şəraitinin yüksəlməsinə səbəb olacaq. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək.
Göründüyü kimi, XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalq, üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi dünyada söz sahibinə çevrilən Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasına mühüm təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

