Azərbaycanın uğurları erməniləri narahat edir
06.08.2009 [01:45]
Avropa Erməni Federasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı ATƏT-ə müraciət ünvanlayıb. Sənəddə rəsmi Bakının hərbi xərcləri artırmasından narahatlıq ifadə olunur. Müraciət müəllifləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə, işğal altındakı torpaqların müharibə yolu ilə azad ediləcəyi barədə Azərbaycan tərəfdən səsləndirilən bəyanatlardan da narahatlıqlarını gizlətməyiblər. Avropa Erməni Federasiyası Ermənistanın təhlükəylə üz-üzə qaldığını iddia edir. Guya silahlı qüvvələrini müasir silah və texnikayla təchiz edərək gücləndirən Azərbaycan artıq münaqişənin sülh yoluyla həllinə maraq göstərmir və bütün resurslarını səfərbər edərək müharibəyə hazırlaşır. Ermənilərin fikrincə, Minsk qrupunun həmsədrləri Azərbaycanın hərbi ambisiyalarını ciddi qəbul etməli və sülh danışıqlarını davam etdirmək üçün rəsmi Bakıya təzyiq göstərməlidir. Müraciət müəllifləri hesab edir ki, rəsmi Bakı öz hərbi birləşmələrinin döyüş hazırlığı səviyyəsini artırmaqla və kəskin bəyanatlar verməklə danışıqların əsas prinsiplərini pozur.
Erməni federasiyasının həmsədri Xilda çoboyan isə bildirib ki, Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası” Azərbaycanın təzyiqləri qarşısında özünü müdafiə etmək məcburiyyətində qalıb. Hər Halda çoboyan “təzyiqlər artıb” deyəndə, əslində, beynəlxalq ictimaiyyətin təzyiqlərini nəzərdə tutub. çünki son vaxtlar, xüsusilə də, bu ilin əvvəllərindən başlayan proseslər münaqişənin həllini zərurətə çevirib.
Avropa Erməni Federasiyasını narahat edən Azərbaycanın son illərdə xarici siyasətindəki yüksək sıçrayış, dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin məsələyə münasibətinin kəskin şəkildə dəyişməsi və artıq işğalçı dövlətin öz adı ilə çağırılmasıdır. Ermənilər illərlə dünyanı yalan informasiyalarla aldadaraq öz məkrli niyyətlərini həyata keçirməklə məşğul olublar. Müəyyən aparıcı güclərin köməyindən istifadə edərək Azərbaycan torpaqlarını işğal edən və 16 ildir bu torpaqları işğal altında saxlayan Ermənistan danışıqlar prosesini pozmaqla məşğuldur. Azərbaycan tərəfi isə hər zaman məsələnin danışıqlar vasitəsilə həllinin tərəfdarı olduğunu bəyan edib. İllərdir davam edən danışıqlar prosesində Azərbaycanın mövqeyi qətiyyətli və dəyişməzdir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev hər zaman Azərbaycanın mövqeyinin birmənalı olduğunu deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir”.
Erməniləri narahat edən ən əsas amil Azərbaycanın qazandığı iqtisadi uğurlardır. Bu uğurlar ölkəmizdə bütün sahələrin, o cümlədən, ordu quruculuğunun inkişafında müstəsna rol oynayıb. Bu gün Ermənistan öz dövlət büdcəsini, xərclərini yalnız ianələr, onun-bunun əlinə baxmaqla formalaşdırırsa və bunun da nəticəsində dünyanın bəzi siyasi güclərinin əlində oyuncağa çevrilirsə, Azərbaycan həm daxili, həm də xarici siyasətindəki müstəqilliyini qoruyur, qəbul etdiyi qərarlar yalnız ölkəsinin milli maraqlarına xidmət edir.
Azərbaycan öz iqtisadi potensialını digər sahələrin də inkişafına yönəldir. Məhz bu sahələrdən biri ordu quruculuğudur. ölkə Prezidenti hər zaman bəyan edib ki, bu sahənin inkişaf etdirilməsi, hərbçilərin sosial vəziyyətinin yüksəldilməsi üçün lazımi vəsait ayrılmalıdır. Dövlətin bu sahəyə diqqəti nəticəsində bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Prezident İlham Əliyev beynəlxalq aləmin bəzən Azərbaycanın hərbi xərclərinin artmasından narahat olmasını əsassız sayıb: “Bəzi hallarda beynəlxalq aləmdə bizim siyasətimiz narahatlıq doğurur. Amma deyə bilərəm ki, bizim təkcə hərbi xərclərimiz artmır. Bütün başqa sahələrə qoyulan xərclər böyük dərəcədə artmışdır. Azərbaycanın bütün sahələrdəki təşəbbüslərinə böyük dəstəkdir. Hərbi xərclər artır, səhiyyə xərcləri artır, təhsil xərcləri artır, infrastruktur layihələri uğurla icra edilir”.
Maraqlıdır ki, beynəlxalq hüquq normalarının əksinə hərəkət edən, işğalçı siyasət yürüdən, BMT-nin məlum qətnamələrinə, o cümlədən, digər beynəlxalq təşkilatların bəyannamələrinə və qərarlarına əməl etməyən Ermənistan “öz gözündə tiri görmür”. Qonşu dövlətin ərazisini zorla işğal altında saxlayan, həm yerləşdiyi regionun, həm də ümumilikdə Avropanın təhlükəsizliyinə təhülkə yaradan Ermənistanın xaricdəki lobbisi bu cür sərsəm bəyanatlarla öz əməllərini ört-basdır etməyə çalışırlar. Azərbaycanın sözü haqdır və bunun artıq dünya tərəfindən də qəbul edilməsi Ermənistanı olduqca narahat edir. Əgər Ermənistan beynəlxalq aləmin qərarlarına hörmətlə yanaşmırsa, Azərbaycan ərazilərini işğal altında saxlayırsa və sülh danışıqlarını pozaraq konfliktin tənzimlənməsinə imkan vermirsə, təbii olaraq, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində müəyyən addımlar atacaq. Bu gün hüquqi müstəvidə məsələnin həlli mümkün olmadığı təqdirdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməyə tam haqqı və hüququ var. Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman müharibənin bitmədiyini və lazım olan məqamda ölkəmizin öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu dönə-dönə vurğulayıb: “Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıbdır və müvəqqəti olaraq atəşkəs rejimi mövcuddur. Bu atəşkəs qorunub saxlanılır. Ancaq o demək deyil ki, müharibə başa çatıbdır. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. O ölkələrdə, hansı ki, onların torpaqları işğal olunmayıb, bəlkə də ordu quruculuğuna o qədər də diqqət göstərilmir. Biz isə bu işğaldan 10 ildən çoxdur ki, əziyyət çəkirik. Azərbaycan öz torpaqlarının bir hissəsini müvəqqəti olaraq itiribdir. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir”.
Bəli, Ermənistan bu gün narahatdır və narahatlığın kökündə dayanan ən əsas faktor Azərbaycanın güclənməsi, qüdrətlənməsidir. ölkəmiz istərsə siyasi, istərsə də iqtisadi sferada mühüm irəliləyişlərə imza atmaqla beynəlxalq münasibətlər sistemində öz yerini tam möhkəmləndirib. Artıq bütün dünya oyuncaq, for-post qismində olan bir ölkənin deyil, etibarlı tərəfdaş, dünyanın aparıcı iqtisadi və enerji layihələrində yer alan Azərbaycanın sözünü eşidir. Ermənilər münaqişənin tez bir zamanda həll olunacağına və bu həllin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşacağına inanırlar. Elə bu inam da onları bu gün dünyaya yeni yalanlar danışmasına yol açır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

