Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir
11.10.2017 [10:21]
Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O deyib ki, sağlam təməllər üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan bu ilin 9 ayında kifayət qədər müsbət göstəricilər əldə edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektorunun sənaye hissəsi uğurla inkişaf edir. Qeyri-neft sənayesi 3,1 faiz artıb. Kənd təsərrüfatındakı artım isə 2,8 faizə bərabər olub. Xarici ticarət dövriyyəsi 7 faiz artıb. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. “Bütün bunlar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafı real statistik rəqəmlərdə özünü göstərir”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, indiki mürəkkəb şəraitdə hər bir ölkə üçün önəmli olan ən əsas məsələ müstəqilliyi, suverenliyi qoruyub saxlamaq və daha da möhkəmləndirməkdir. O deyib: “Biz əbəs yerə tez-tez bu məsələni vurğulamırıq. Çünki bu gün böyük dövlətlərin maraqlarına “tuş gələn” bir sıra kiçik dövlətlər de-yure müstəqil olsalar da, de-fakto müstəqil deyillər. Ancaq dünya miqyasında öz yeri və rolu olan Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdür, öz dövlətçilik və milli maraqlarını daim müdafiə edir. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bu amilin əsasında güclü siyasi iradə, xalq-iqtidar birliyi və s. məsələlər dayanır. Həmçinin iqtisadi müstəqilliyi də vurğulamaq vacibdir”.
V.Rəhimzadənin sözlərinə görə, son illər aparılan mühüm islahatlar nəticəsində ölkə əhalisinin məşğulluğu yüksək səviyyədə təmin edilib, yeni iş yerləri açılıb. Son 9 ayın sosial-iqtisadi göstəricilərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Bu, onu göstərir ki, ölkəmizdə işsizlik aşağı səviyyədədir. Yeni iş yerlərinin yaradılması prosesi mütəmadi olaraq həyata keçirilir və bu proses uğurlu sosial-iqtisadi siyasətimizin mühüm tərkib hissəsi kimi xarakterizə edilir.
YAP Siyasi Şurasının üzvü bildirib ki, bu il neft-qaz sənayesində də bir sıra əlamətdar hadisələrlə yadda qalacaq. Bu sahədə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni kontraktı xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Nəticədə ölkəmizin iştirak payı 11 faizdən 25 faizə yüksəlib. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Bununla yanaşı, SOCAR yeni kontraktın podratçısı kimi iştirak edəcək, ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bununla yanaşı, bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində işlər uğurla aparılır. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. TANAP-ın 82 faizi, TAP-ın isə 53 faizi icra olunub. “Hesab edirəm ki, bütün bunlar neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın sürətli inkişafına təkan verən mühüm amillərdir”, - deyə V.Rəhimzadə əlavə edib.
“İki sahil” qəzetinin baş redaktoru onu da qeyd edib ki, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir. Bu günlərdə Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxması davamlı islahatların məntiqi nəticəsidir. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, bu, böyük uğurdur, tarixi nailiyyətdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

