Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq maliyyə böhranından maksimum sığortalanıb

Azərbaycan beynəlxalq maliyyə böhranından maksimum sığortalanıb

01.08.2009 [10:12]

Prezident İlham Əliyev: Dövlətimiz bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir
Dünyanı ağuşuna alan maliyyə böhranı hələ də davam etməkdədir. Davam etdiyi dövrdə aparıcı ölkələrin və aparıcı şirkətlərin maliyyə durumuna ciddi təsir edən iqtisadi böhran bəzi dövlətlərin iqtisadiyyatını, demək olar ki, tamamilə sıradan çıxarıb. Bu gün istər ABŞ, istərsə də Rusiya kimi böyük dövlətlərdə məhz iqtisadi böhranın vurduğu ziyanın nəticələrini aradan qaldırmaq və gələcək dövrdə həmin problemdən maksimal dərəcədə sığortalanmaq üçün proqramlar işlənib, hazırlanır. Böhranın təsirini daha çox hiss edən bəzi böyük dövlətlərin bankları hətta bu günə qədər öz maliyyə-kredit sektorlarını dirçəltməyə, belə nail ola bilməyiblər. Bütün bunlar isə bir daha onu göstərir ki, maliyyə böhranının qarşısını almaq, ondan sığortalanmaq üçün heç də böyük dövlət olmağa ehtiyac yoxdur, sadəcə, gəlirlərin düzgün, təyinatı üzrə xərclənilməsi, o cümlədən, aparılan islahatlar, milli maraqların qorunması və ən əsası, vaxtında konsepsiya üzrə hərəkət edilməsi bu problemdən yan qaçmağa imkan verir.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dünya maliyyə sistemini diz üstə çökdürən bu problemdən maksimum sığortalana bildi. Hətta Azərbaycanın ən əsas ixrac məhsulu olan neftin qiymətinin birdən-birə ucuzlaşması, gəlirlərimizin azalması belə ölkəmizi kritik bir durumla üz-üzə qoymadı. Bunun isə bir sıra səbəbi var.
İlk olaraq qeyd edilməlidir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dövlətçilik ənənəsi yalnız milli maraqlara və ölkəmizin mənafelərinə söykənir. Bu baxımdan aparılan islahatlar, atılan addımlar yalnız dövlətin gücləndirilməsi, vətəndaşların varlanmasını hədəfləyib. Vaxtilə büdcəsinin böyük bir qismi neft gəlirlərindən asılı olan Azərbaycan bu gün öz qeyri-neıft sektorunu inkişaf etdirməklə bu asılılıqdan qurtulub. Məhz bu amil Azərbaycanın maliyyə böhranından sığortalanmasında ilkin şərt oldu. Digər tərəfdən, ölkəmizdə özəl sektorun inkişafına yaradılan münbit şərait, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində dövlətin atdığı addımlar Azərbaycanın büdcə gəlirlərinə daxil olan mədaxillərin rəngarəngliyini artırdı. Bu baxımdan, Azərbaycan sosial istiqamətli layihələrini davam etdirir, bundan başqa, ölkəmiz bəlkə də yeganə dövlətlərdəndir ki, öz sosial proqramını son bir ildə tam şəkildə həyata keçirib. ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, təqaüdlərin artırılması və s. istiqamətində nəzərdə tutulan tədbirlər birmənalı şəkildə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasda da dünyada baş verən maliyyə böhranına toxunulub. ölkə başçısı bir ilə yaxındır ki, dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhranının Azərbaycanda təsirinin minimal səviyyədə hiss olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu nailiyyətə son illərdə Azərbaycanda aparılan islahatlar nəticəsində nail olunduğunu bildirib: “Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir. Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir. Əgər nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, onda görərik ki, real gəlirlər təxminən 15-16 faiz təşkil edir. Orta əməkhaqqı bu il təxminən 15 faiz artmışdır. Yəni bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir. Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir”.
Bəli, qeyd olunan rəqəmlər bir daha göstərir ki, Azərbaycan bu çətin sınaqdan üzüağ çıxa bilib. Amma beynəlxalq maliyyə böhranı hələ də davam edir və onun nə zaman bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Prezident İlham Əliyev keçirilən müşavirədə bir daha vurğulayıb ki, hər bir ölkə öz iqtisadi təhlükəsizliyi barədə düşünməlidir: “Qlobal maliyyə bazarlarında gedən əməliyyatlar və dünyanın inkişafı ilə əlaqədar səslənən müxtəlif fikirlər, tədbirlər göstərir ki, dünyada iqtisadi vəziyyət nə qədər həssasdır. Bir də onu göstərir ki, dünyanın bütün ölkələri bir-birinə bağlıdır. Baxmayaraq ki, inkişaf etmiş ölkələrin maliyyə əməliyyatları nəticəsində, demək olar, böhran bütün dünyanı bürüyüb, hətta böhranın yaranmasında, mövcudluğunda heç bir təsiri, iştirakı olmayan ölkələr də bu böhrandan əziyyət çəkir. Belə olan halda, hər bir ölkə öz iqtisadi təhlükəsizliyi haqqında fikirləşməlidir. Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda, öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda, son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur”.
Təbii ki, qlobal dünyanın bir üzvü kimi Azərbaycan da baş verən proseslərin müəyyən mənada iştirakçısına çevrilməyə məcburdur. Amma ölkəmizin praqmatik siyasət yeritməsi hazırkı durumun yaranmasına gətirib çıxarıb. Yəni, Azərbaycan bunun nəticəsində böhrandan sığortalana bilib. Prezident İlham Əliyev Azərbaycanın bəzi ölkələr kimi xarici yardımlardan asılı olmadığını bildirib və ölkəmizin seçimini düzgün adlandırıb: “Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Yenə də deyirəm, böhran onu göstərdi ki, bu, düzgün seçimdir, düzgün yoldur və əminəm ki, biz növbəti illərdə də bu yolla gedəcəyik.
Eyni zamanda, böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur”.
Bir sözlə, əsası Ulu öndər tərəfindən qoyulan iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Böhrandan sığortalanan ölkəmiz sosial layihələrin inkişafı üçün maliyyə kapitalı ayırır. Bu isə maliyyə böhranı yaşanan bir dövrdə olduqca böyük addımdır. Prezident İlham Əliyev baş verən iqtisadi böhrana baxmayaraq sosial proqramların davam etdiriləcəyini qətiyyətlə bildirib: “Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaxşıdır. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz azalıb və neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubadılıb, ancaq biz bütün sosial proqramları icra edirik. çünki ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar - pensiyalar, əməkhaqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir.
Böhranla bağlı bir daha demək istəyirəm ki, əlbəttə ki, o, heç kimi sevindirə bilməz. Amma digər tərəfdən, bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda, sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1137 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30