/ / Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib
Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib
03.10.2017 [10:02]
Oktyabrın 2-də Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanın nümayəndələri iştirak ediblər.
Azərbaycanı tədbirdə fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, nazir müavini Faiq Tağızadə və nazirliyin baş idarə rəisinin müavini Gündüz Həmzəyev təmsil ediblər.
Əvvəlcə iclasın gündəliyi elan olunub.
Sonra Rəfail Mirzəyev iclasda Şuranın növbəti müddət üçün sədri, Rusiyanın və Belarusun fövqəladə hallar nazirlərinin birinci müavinləri Vladimir Stepanov və Vasili Stepanenko isə həmsədrləri seçiliblər.
İclas iştirakçıları Şuranın 2016-2017-ci illərdəki fəaliyyətinin nəticələrini müzakirə ediblər. Toplantıda MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsi və quruma üzv dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılmasına dair nəzarət məqsədli yoxlamaların plan-qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.
Şura üzvləri əməkdaşlığın müqavilə-hüquqi bazasını təkmilləşdirmək məqsədilə 2020-ci ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planını nəzərdən keçiriblər. Qeyd edilib ki, MDB-nin və Dövlətlərarası Şuranın ali orqanlarının qəbul etdiyi qərarlar uğurla icra olunur.
Şura üzvləri fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələri arasında əməkdaşlığın müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi məsələsini də müzakirə ediblər. Həmçinin Birliyə üzvü dövlətlərin əsas təşkilatlarının fəaliyyətini tənzimləyən fövqəladə hallar sahəsində xəbərdarlıq və onun qarşısının alınması sahəsində kadr hazırlığı üzrə sənədə əlavə və dəyişikliklərə baxılıb.
Bundan əlavə, iclasda təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müqavilə-hüquqi bazanın inventarizasiyası məsələsi müzakirə edilib və 2017-2018-ci illərdə Dövlətlərarası Şuranın əsas fəaliyyət və tədbirlər planı formalaşdırılıb.
Habelə təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB-nin Qüvvələri Korpusunun idarəetmə orqanının tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Dövlətlərarası Şuranın cari il üçün nəzərdə tutulan əsas tədbirləri, Şuranın növbəti iclasının keçiriləcəyi yer və iclasın gündəliyinin layihəsi razılaşdırılıb. MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 31-ci iclasının Belarusda keçirilməsi barədə qərar qəbul olunub.
MDB İcraiyyə Komitəsinin təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırışlara və təhdidlərə qarşı mübarizə üzrə departament direktoru Albert Drujinin qeyd edib ki, MDB-nin iştirakçısı olan ölkələr üçün Dövlətlərarası Şura olduqca vacibdir. “Hər dövlətdə müxtəlif təbii və texnogen xarakterli qəzalar baş verir. Ona görə də burada Şura üzvləri, iştirakçı dövlətlərin nümayəndələri ümumi qərarlar qəbul edirlər. İmkanlar və vasitələr sayəsində ölkələr MDB çərçivəsində təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması sahəsində bir-birinə kömək edirlər. Buna görə də burada ən mühüm mövzular, o cümlədən təbii fəlakətlər zamanı qarşılıqlı məlumatlandırılma məsələləri müzakirə olunur”, - deyə A.Drujinin vurğulayıb.
FHN-in baş idarə rəisinin müavini Gündüz Həmzəyev bildirib ki, iclas çərçivəsində fövqəladə hallar zamanı ölkələr arasında bir-birinə yardım etmək barədə tədbirlər planının qəbul olunması nəzərdə tutulur: “Beləliklə, fövqəladə hallar baş verərkən hər ölkənin müvafiq nazirliklərinin böhran vəziyyətlərində idarəetmə mərkəzləri bir-biri ilə əlaqə saxlayacaq və eyni zamanda, həm MDB məkanında, həm də imzalanmış ikitərəfli müqavilələr əsasında qarşılıqlı yardımlar ediləcək. Çünki son illər təbii və texnogen xarakterli fövqəladə halların daha çox baş verməsi müşahidə olunur. Ümidvarıq ki, bu səpkidə tədbirlər gələcəkdə baş verə biləcək fövqəladə hallar zamanı digər ölkələrin qazandığı təcrübənin ölkəmizdə tətbiqinə töhfə verəcək”.
İclasın sonunda Şuranın protokolu imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

