Milli Məclisdə ATƏT PA-nın xüsusi nümayəndəsi ilə görüş keçirilib
27.09.2017 [10:17]
Sentyabrın 26-da Milli Məclisdə ATƏT Parlament Assambleyasının (ATƏT PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Azərbaycan ilə təşkilat arasındakı münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyası ilə sıx əlaqələri mövcuddur. Ötən il ATƏT-in 23-cü sessiyası Bakıda keçirilib.
ATƏT PA-nın nümayəndəsinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən S.Fətəliyeva bildirib ki, danışıqların getdiyi 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, bu münaqişənin həlli üçün normal bir yol göstərə bilməyib. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq soydaşımız öz doğma el-obasından qaçqın və məcburi köçkünə çevrilib. ATƏT-in Minsk qrupu sırf bu münaqişə ilə əlaqədar yaradılsa da, konkret mövqe nümayiş etdirmir.
Sevinc Fətəliyeva Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” adlandırılmasına da etirazını bildirib. Qeyd edib ki, cəbhəyanı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən hər gün təxribat xarakterli hadisələr törədilir. Əsgərlərimizin və mülki vətəndaşlarımızın öldürülməsinin ardı-arası kəsilmir. Bunlara son qoyulmalıdır.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev qeyd edib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. “1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Əfsuslar olsun ki, buna görə Ermənistana heç bir təzyiq göstərilmir. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur”, - deyə deputat vurğulayıb.
Kristian Vigenin bildirib ki, xüsusi nümayəndə olaraq artıq ikinci dəfədir Azərbaycana gəlir. Dünən Zəngilan rayonundan olan məcburi köçkünlərlə görüşdüyünü deyən xüsusi nümayəndə onlar üçün yaradılan şərait, eləcə də faciəni yaşayan insanların təəssüratlarını öyrənmək baxımından bu görüşü olduqca vacib hesab etdiyini diqqətə çatdırıb. Qonaq münaqişənin tezliklə sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə həll ediləcəyinə ümidvar olduğunu deyib.
Söhbət zamanı Milli Məclisin deputatları Sahibə Qafarova, Azər Kərimli və digərləri də fikirlərini bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13

