Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
23.09.2017 [10:50]
Sentyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Sankt-Peterburqla bağlı xoş təəssüratlarını bölüşən Oqtay Əsədov cari ilin martında bu şəhərə səfəri zamanı keçirdiyi görüşləri xatırladıb.
Bildirilib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr dərin tarixi köklərə malikdir. Dövlət başçılarının mütəmadi görüşləri, aparılan danışıqlar əməkdaşlığın yüksələn xətlə inkişafında böyük rol oynayır. Rusiya Federasiyasının subyektləri ilə də əlaqələrin qurulması əməkdaşlığın dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir.
Sədr qeyd edib ki, bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə 200-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur. Sosial, mədəni, humanitar sahələrdə də qarşılıqlı münasibətlər dinamik inkişaf edir. Bildirilib ki, Azərbaycanda rus mədəniyyətinə və dilinə həmişə hörmətlə yanaşılıb. Xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində diaspor təşkilatları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov bildirib ki, dövlətlərarası münasibətlərin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin verdiyi töhfələr mühüm əhəmiyyət kəsb edir. O, Milli Məclisin sədri Oqtay Əsədovun ictimai-siyasi fəaliyyətini, iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səyləri dövlətçilik baxımından yüksək dəyərləndirib.
Qonaq Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini deyib. Ölkəmizdə rus dilinin qorunması istiqamətində görülən işləri təqdir edib. Bunun dostluq və əməkdaşlıq bağlarının möhkəmlənməsində əhəmiyyəti barədə danışıb. Diqqətə çatdırılıb ki, Rusiyada yaşayan çoxsaylı millətlər arasında Azərbaycan diasporu özünəməxsus yer tutur.
Söhbət zamanı parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşməsi, iqtisadi, humanitar, təhsil sahələrində əlaqələrin genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Əli Hüseynli, MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Sonda “Azərbaycan Milli Məclisi və Sankt-Peterburq Qanunvericilik Məclisi arasında danışıqların yekunlarına dair” Protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

