/ / Sevinc Fətəliyeva: Prezident İlham Əliyev BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi
22.09.2017 [10:26]
“Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur. Həmçinin ölkəmiz qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir”.
Bu fikirləri www.yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsinin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, BMT-nin ali tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident İlham Əliyev, eyni zamanda, diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib: “Azərbaycan Prezidenti İlham Əliyev istər beynəlxalq təşkilatlar səviyyəsində çıxışlarında, istərsə də müxtəlif bəyanatlarında ölkəmizin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyini ifadə edir və münaqişənin həllinin zəruriliyini vurğulayır. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da bu əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı. ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Həmçinin beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar münaqişənin illərdir həll olunmamasının başqa bir səbəbidir. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz və yekun həllə xidmət edən konkret addımlar atılmalıdır. Prezident İlham Əliyev də çıxışında bildirib ki, status-kvo dəyişməlidir. Dövlətimizin başçısı həmçinin çıxışında ikili standartlara son qoyulmasını, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edib, eləcə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul olunmuş qətnamələrinin icrasının zəruriliyini diqqətə çatdırıb. Bütövlükdə, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

