Azərbaycanda narkomaniyaya qarşı mübarizə sərtləşdiriləcək
29.07.2009 [10:46]
Dünən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunan iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” əsas müzakirə obyekti olub. İclasda çıxış edən Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov narkomaniyanın qlobal problem olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu səbəbdən də problemlə bağlı profilaktik tədbirlər ümumi bir plan üzrə gedir. Yəni, dövlətlər çıxış yolunu birgə arayıb-axtarırlar: “Burada daima birgə əməkdaşlıq tələb olunur. Dövlət Komissiyası yaranandan bəri, 1996-cı ildən artıq bu məsələ ilə əlaqədar 10 qanun qəbul olunub. Bundan əlavə, problem ətrafında Azərbaycan Respublikasının Nazirlər Kabineti 30-a qədər qərar qəbul edib və ölkəmiz 3 beynəlxalq konvensiyaya qoşulub. Prinsip etibarı ilə bu bəla ilə mübarizə aparmağa ölkəmizdə lazımi hüquqi baza yaradılıb. Narkomaniya Azərbaycan üçün əvvəllər elə də böyük problem olmayıb. çünki Azərbaycanın milli adət-ənənələri bu problemin inkişafına yol verməyib. SSRİ-nin dağılması ilə müstəqillik əldə edən ölkələrin sərhədlərinin qorunması məsələsində müəyyən problemlərin yaranması, yeni-yeni yaranan hərbi potensialın zəifliyi narkoticarət şəbəkəsinin MDB ölkələrinə ayaq açmasına gətirib çıxarıb. Təbii ki, bu gün Azərbaycan sərhədləri ayıq-sayıq qorunur, amma 15 il öncə bunu demək o qədər də asan deyildi, texniki imkanlar zəif idi. Digər tərəfdən, Azərbaycanın ərazisinin 20 faizə qədərinin işğal altında olması, bu ərazilərin illərdir nəzarətsiz qalması narkoticarətçilərin regiona ayaq açmasına münbit şərait yaradıb. Hazırda BMT qəbul etdiyi konvensiyalar ilə dünyada 200-ə qədər narkotik vasitə ilə mübarizə qaydalarını müəyyənləşdirib. Dünyada 14 yaşdan 64 yaşa qədər 200 milyon insan narkotik vasitələrin, 160 milyonu isə marixuana istifadəçisidir. Həm də olduqca böyük gəlir gətirən bir sahə olduğu üçün narkotika ticarətçiləri öz şəbəkələrini genişləndirmək üçün fəaliyyətlərini davam etdirirlər. Təsəvvür edin ki, narkotiklərin qeyri-qanuni dövriyyəsindən bir ildə 320 milyard dollar vəsait əldə olunur”.
Əfqanıstanda istehsal olunan narkotik vasitələrin dünyaya 3 marşrut üzrə çıxarıldığını bildirən Baş nazirin müavini bunların İpək yolu, Şimal yolu və Balkan yolu olduğunu diqqətə çatdırıb. Avropa ölkələrinə isə narkotikin 113 lokal marşrut üzrə ixrac olunduğunu deyən Ə.Həsənov bunların 37-nin Azərbaycandan keçdiyini qeyd edib: “Düzdür, Əfqanıstan narkotiki də Azərbaycana 3 marşrut üzrə daxil olur: Birincisi Əfqanıstan-İran-Azərbaycan, ikincisi Əfqanıstan-Pakistan-İran-Azərbaycan, sonuncusu isə Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan. Lokal şəkildə isə 37 marşrut üzrə öz yoluna davam edir. 2008-ci ildə Əfqanıstanda 7700 ton opium istehsal olunub. Baxmayaraq ki, orada antiterror əməliyyatları aparılıb, yenə də vəziyyət gərgin olaraq qalır. ötən il dünyada 994 ton kokain istehsal olunub. Belə bir bəla ilə təkbaşına mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən də Azərbaycan digər ölkələrlə bu sahədə əməkdaşlıq edir. 2003-cü, 2005-ci ildə Azərbaycanda BMT-nin xətti ilə bu problemlə bağlı böyük konfrans keçirildi, bundan başqa, İslam Konfransı Təşkilatı, GUAM və başqa beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrlə bu istiqamətdə əməkdaşlıq qurulub. Son illər daxildə narkotiklərə qarşı mübarizə məsələsi olduqca ciddiləşib. Dövlət Komissiyası bu istiqamətdə fəaliyyətini gücləndirib. Biz istəyiri ki, yerlərdə bu tip iclaslar keçirək və problemi müzakirə edək. Hazırda Azərbaycanda narkomanların qeydiyyatda olan ümumi sayı 23254 nəfər göstərilsə də, fikrimcə, bu real rəqəm deyil. Məncə, fakt bundan kifayət qədər çoxdur. Bu səbəbdən də biz problemin həlli istiqamətində monitorinqlər keçirməli, çıxış yolları müəyyənləşdirməliyik”.
Görülən işlər və aparılan tədbirlərlə bağlı məlumat verən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətində Dövlət Komissiyasınin İşçi Qrupunun 2009-cu ilin ilk 6 ayı ərzində gördükləri işlərlə bağlı hesabat verib. Onun sözlərinə görə, Dövlət Komissiyasının İşçi Qrupu respublikanın bəzi şəhər və rayonlarında yerli icra hakimiyyətində fəaliyyət göstərən komissiyalarla birgə narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin təhlili, onların səmərəliliyinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin icra mexanizmlərinin müzakirəsilə bağlı konfranslar keçirib: “Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 225 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb, 21 kq-dan artıq heroin, 4 kq tiryək, 194 kq-dan artıq həşiş və 5 kq-dan artıq güclü təsirə malik maddə olan metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Məsuliyyətə cəlb olunan 14 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirib. Narkotiklərin qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə narkotiklərin qanunsuz idxalı, ixracı və tranzit daşınması ilə bağlı ölkədaxili vəziyyət mütəmadi təhlil edilib və adekvat tədbirlər görülüb. Cari ilin 6 ayı ərzində 29 fakt üzrə 177 kq-dan artıq müxtəlif narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. 27 kq-dan artıq tiryək, 104 kq-dan artıq həşiş, 46 kq-dan artıq heroin, 10 qramdan artıq marixuana 1,817 qram metamfetamin və 185150 ədəd (tab.ampul) psixotrop dərman preparatları qanunsuz dövriyyədən aşkar olunaraq götürülüb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur. Aşkar edilən faktlar üzrə cinayət məsuliyyətinə 35 nəfər cəlb edilib, onlardan 29-u kişi, 6-ı isə qadın olub”.
İşçi Qrupun rəhbəri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının cari ilin 6 ayı ərzində 15 nəfəri saxladığını, məsuliyyətə cəlb etdiyini dilə gətirib. Onun sözlərinə görə, bunların 9-u dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən zaman, 6-sı isə əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən şəxslər olub.
çıxış edən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov cari ilin 6 ayı ərzində hüquq-mühafizə orqanlarının “Xaş-Xaş 2009” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində bir sıra uğurlu nəticələr əldə etdiklərini bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bir sıra əməliyyat-axtarış və profılaktik tədbirlər həyata keçirib: “Bunun nəticəsində narkotiklərlə bağlı 1746 fakt aşkar edilib. Qanunsuz dövriyyədən 735 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb, onlardan 109 kq-dan artığı heroin, 99 kq-dan artıq tiryək, 443 kq-dan həşiş, 80 kq-dan artıq marixuana, 5 qramdan artıq kokain, 2 kq-dan artıq prekursor və psixotrop maddələr olub. Görülən tədbirlər nəticəsində 373 hektar sahədən 209 tondan artıq yabanı halda bitən narkoxassəli bitkilər aşkar olunaraq məhv edilib. Bu da 2008-ci ilin altı ayının dövrü ilə müqayisədə narkotik vasitələrin miqdarı üzrə 394 kq, yabanı halda bitən narkoxassəli bitkilərin çəkisi üzrə 60 ton artıq olub”.
Dövlət Komissiyasının üzvü, təhsil nazirinin müavini Elmar Qasımov Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhər üzrə Təhsil, Gənclər və İdman İdarələrinin birgə narkomanlığa qarşı işin daha da gücləndirilməsi üçün “Tədbirlər Planı” hazırladıqlarını bildirib. Nazir müavini yeniyetmə və gənclərə narkomanlığın törətdiyi ağır fəsadlar barədə ümumtəhsil, texniki peşə, orta və ali təhsil müəssisələrində elmi-praktiki konfranslar təşkil edildiyini, tədris proqramına narkotik vasitələrin ziyanı barədə biliklərin aşılanması istiqamətində yeni mövzuların daxil edildiyini, bəzi metodiki tövsiyələrin hazırlanaraq tədris müəssisələrinə paylandığını qeyd edib: “Bununla yanaşı, respublikanın ümumtəhsil orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni-kütləvi aksiyalar, “Şahin” hərbi vətənpərvərlik yarışları, televiktorinalar, rəsm, inşa müsabiqələri təşkil edilib. Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərə xüsusi diqqəti nəticəsində respublikanın bir çox şəhər və rayonlarında müasir standartlara cavab verən idman kompleksləri inşa olunub. Yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində və sağlam mühitdə formalaşmasında önəmli rol oynayır”.
Səhiyyə nazirinin müavini, Dövlət Komissiyasının üzvü Elsevər Ağayev təmsil etdiyi qurumun narkomanlığın yayılmasının qarşısını almaq üçün qabaqlayıcı profilaktik tədbirlər həyata keçirdiyini bildirib. E.Ağayev həkimlərin bu sahə üzrə təcrübəsinin artırılması məqsədilə “Narkologiya, davranış pozuntuları və psixoaktiv maddələrdən asılılığın formalaşmasının xüsusiyyətləri” adlı təkmilləşmə və ixtisasartırma kursları təşkil edildiyini diqqətə çatdırıb: “Respublika Narkoloji Dispanserinin müasir tibbi avadanlıqlarla təmin olunması, nazirlik tərəfindən hazırlanan proqramlar müalicə və reabilitasiya işinin müasir tələblər səviyyəsində təşkilinə öz müsbət təsirini göstərib. 2009-cu ilin 6 ayı ərzində Narkoloji Dispanserində belə xəstəliyə düçar olanların sayı 860 nəfərə çatıb. Onlardan 750-i dispanser, 110 nəfəri isə profilaktik qeydiyyatda olanlardır. Hazırda qeydiyyatda olan şəxslərin ümumi sayı 23254 nəfərdir, onlardan 17504 nəfəri dispanser, 4814-ü isə profilaktik qeydiyyatdır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur”.
çıxış edən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da görülən işlərlə bağlı məlumat verib. Tədbirdə iştirak edən Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Rzayev cənub bölgəsində narkomaniyanın yayılmasının qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, görülən profilaktik işlərdən danışıb. Sonda Dövlət Komissiyasının iclasının qərarı qəbul edilib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
