"Dəmir İpək yolu"nun Türkiyə hissəsinin təməlinin qoyulmasından bir il ötdü
25.07.2009 [11:17]
Azərbaycan, Türkiyə və Gürcüstanın birgə dördüncü ən iri regional layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Türkiyə hissəsinin təməlinin qoyulması hadisəsindən bir il ötdü. Avropa və Asiya regionunun iqtisadi və siyasi mənzərəsinin dəyişməsinə gətirib çıxaran bu hadisə trans-nəqliyyat sistemlərinin qovşağını yaratmaqla bərabər, dəmir yolunun keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək. Bu layihənin əhəmiyyətindən danışarkən ilk növbədə, genişşəbəkəli tranzit məkanının yaradılmasında Azərbaycanın təşəbbüskar və siyasi iradə sahibi olan dövlət kimi rolunu xüsusi qiymətləndirmək gərəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin - Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, ondan sonra Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsidir... Bu, bir daha onu göstərir ki, əgər bizim ölkələrimiz öz siyasi iradəsini, öz dostluq əlaqələrini, əməkdaşlıq prinsiplərini ortaya qoyurlarsa, istənilən layihə öz həllini tapar”.
Hazırkı dünya düzənində baş verən hadisələri nəzərdən keçirdikdə açıq-aşkar çoxşaxəli nəqliyyat vasitələrinin yaradılması uğrunda rəqabətin geniş xarakter aldığını görmək olar. Dəniz və təyyarə limanlarının istifadəyə verilməsi, geniş avtomobil yollarının çəkilişi birbaşa Avropa məkanında yerləşən dövlətlərə çıxışın asanlaşmasına və genişlənməsinə xidmət edir. Azərbaycanın həmin dövlətlərə çıxışı üçün təyyarə və dəniz marşrutlarının rolu böyükdür, dəmir yolu ilə birbaşa əlaqələrin qurulması isə əlavə imkanlar deməkdir. Amma Azərbaycanın Avropa ölkələri ilə sıx təmas yaratmaq üçün istifadə etdiyi nəqliyyat marşrutları heç bir ölkənin layihələrinə qarşı yönəlməyib. Prezident İlham Əliyev bildirib ki, “Bizim başladığımız və uğurla icra etdiyimiz bütün layihələr əməkdaşlıq, dostluq amillərini möhkəmləndirən layihələrdir. Bu layihələr heç kimə qarşı yönəldilməyib, sadəcə olaraq, dostluğa, əməkdaşlığa yönəldilmişdir. Biz dostuq, qardaş ölkələrik, qardaş xalqlarıq və tam haqqımız var ki, xalqlarımızın milli maraqlarını təmin etmək üçün istənilən layihəni icra edək və biz bunu edirik. Gələcəkdə bu layihə, əlbəttə ki, xalqlarımızın rifah halının yaxşılaşmasına, bölgədə gedən əməkdaşlıq meyillərinin güclənməsinə gətirib çıxaracaqdır. Mən şübhə etmirəm ki, bu layihə başa çatandan sonra ona qoşulan tərəflər və ölkələr kifayət qədər çox olacaqdır”.
Bu layihə Türkiyə və Azərbaycanın dünya birliyinə təqdim etdiyi ən nəhəng nəqliyyat infrastrukturu hesab oluna bilər. Burada müəyyən qüvvələrin layihənin həyata vəsiqə almasına əngəlləri də diqqəti cəlb edir. Xüsusilə də, Amerikada yaşayan erməni lobbisi bu dəmir yolu xəttini region üçün arzuolunmaz layihə kimi qəbul etdirməyə çalışırdı. Hətta Bakı-Tbilisi-Qarsın Rusiya və İranın Azərbaycan vasitəsilə Avropa ölkələrinə çıxışını təmin edən Şimal-Cənub layihəsinə alternativ kimi yaradılması barədə fikirlər də səsləndirilirdi. Azərbaycan dəfələrlə BTQ-nin hansısa marşrutun işini məhdudlaşdırmaq üçün hesablanmadığını bildirsə də, bu iddialar səngimirdi. ötən il Tehranda keçirilən sammitdə Rusiya və İran Azərbaycandan keçməklə Avropaya istiqamətlənən avtomobil və dəmir yollarının çəkilişi barədə müzakirələrdə respublikamızın mövqeyi bir daha bu cür gərginliklərə son qoydu. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub layihələrinin qovuşuğunda yerləşməklə böyük nəqliyyat şəbəkələrinin mərkəzinə çevrildiyi və iki beynəlxalq kommunikasiya qovşaqlarının mərkəzi olmaqla bütünlüklə Avrasiya regionunda öz geostrateji əhəmiyyətini gücləndirdiyi hamı tərəfindən qəbul olundu. Xatırlatdığımız kimi, müxtəlif ziddiyyətli mövqelərə baxmayaraq Avropa Birliyinin və Amerikanın da bu layihəyə mövqeyi tamamilə dəyişdi və onu dəstəkləməyə başladı. Avropanın ən nəhəng maliyyə təşkilatı olan Avropa Yenidənqurma və İnkişaf Bankı dəmir yolu xəttinə maliyyə ayırdı. Məsələ burasındadır ki, Türkiyə və Azərbaycanın maliyyə qüdrətinin müqabilində bu layihəyə beynəlxalq təşkilatların vəsait ayırmasına ehtiyac da duyulmur. Azərbaycanın hazırkı maliyyə vəziyyəti bütün iri layihələr kimi, Bakı-Tbilisi-Qarsın da çəkilişinə imkan verir.
İndidən qəti bir əminliklə söyləmək mümkündür ki, gələcəkdə bu layihəyə qoşulan dövlətlərin sayı kifayət qədər olacaq. BTQ-nin Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini əhatə edəcəyini bir çox ekspertlər də proqnozlaşdırırlar. Qazaxıstanın, çinin, Hindistanın və digər dövlətlərin dəmir yolundan istifadə etməsi gələcəkdə BTQ-nin beynəlxalq əhəmiyyətli layihəyə çevrilməsinə səbəb olacaq. çindən başlayaraq, Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər dəmir yolu xəttinin uzanması bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihənin ümumilikdə “Şərq-Qərb” marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevrilməsinə ümidlər böyükdür. Bu isə regiondakı ticarət dövriyyəsinin Azərbaycanın və qonşularının xeyrinə dəyişməsinə səbəb olacaq. Avropaya uzanan digər nəqliyyat marşrutlarının hər hansı birində daşınmaların müəyyən müddətə, məsələn, qəza səbəbindən dayanması Bakı-Tbilisi-Qarsın gücündən istifadənin artmasına gətirib çıxaracaq. BTQ-nin gerçəkləşməsi həm də iki müxtəlif sivilizasiyanın qovuşmasına da töhfə verəcək. Belə ki, çinin timsalında Şərq sivilizasiyası ilə Avropa, yəni Qərb sivilizasiyası arasında gərginlik mövcuddur. BTC bu sivilizasiyaların bir-birinə yaxınlaşmasında həlledici rol oynaya bilər.
Bakı-Tbilisi-Qarsın ölkəmiz üçün regional siyasi üstünlüyü Ermənistanın daha bir layihədən kənarda qalması ilə nəticələnib. Ermənistanın Qafqaz regionunda iri layihələrdə iştirak etməsi üçün dəfələrlə əlverişli zəmin yaransa da, bu ölkənin yürütdüyü siyasət onun həmin layihələrdən kənarda qalması ilə nəticələnib. Ermənistanın acınacaqlı vəziyyətə düşməsi BTQ-nin fəaliyyətə başlamasından sonra daha çox hiss olunacaq. Ermənistan nə vaxtsa Türkiyə və Azərbaycana qarşı iddialarından əl çəkərək münasibətləri normal səviyyədə qura bilərsə, hansısa bir mərhələdə bu layihənin imkanlarından istifadə edə bilər.
Yeri gəlmişkən, “Dəmir İpək yolu” adlandırılan və Avropadan çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsinin bərpasına səbəb olacaq. Bu marşrut Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum kəmərlərinin davamı olaraq regionun təhlükəsizliyində başlıca təminat vasitələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi “Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bölgəyə daha da çox təhlükəsizlik, daha da çox əməkdaşlıq gətirəcək və bu imkanlardan istifadə edən ölkələr, əlbəttə ki, regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaqlar”.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
