Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur

Son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur

24.07.2009 [12:59]

Prezident İlham Əliyev: ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir
Artıq bir ilə yaxındır ki, dünya qlobal maliyyə böhranı ilə üzləşib. Bu iqtisadi böhran son dövrlərin ən böyük problemlərindən biri sayılır. Məhz bunun nəticəsi idi ki, bütün dünyada sənayenin inkişafında, investiyası qoyuluşunda, ümumiyyətlə, iqtisadi sferada bir çöküş müşahidə olunmağa başladı. Dünyanın aparıcı korporasiyaları, şirkətləri bu böhranın qurbanına çevrildilər. Şirkətlərlə yanaşı, bir sıra dövlətlər də bu maliyyə böhranının ağır nəticələrini öz sərhədləri daxilində hiss etdi. Təbii ki, iqtisadi-maliyyə siyasəti uzun bir dövrə hesablanmış ölkələr bu problemdən yayına bildilər. Onlar bu iqtisadi böhranın təsirlərini minimal səviyyədə hiss etdilər. Belə ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın iqtisadi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Məhz bu davamlılıq, ardıcıllıq, ölkənin milli maraqlarının əsas götürülməsi böhranın Azərbaycandan yan keçməsinə gətirib çıxarıb. Azərbaycanda 2009-cu ilin birinci yarısında onminlərlə yeni iş yeri açılıb, insanların yaşayış səviyyəsi daha da yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasında ölkə başçısı dünyanı bürüyən qlobal maliyyə böhranına da toxunub.  Hələ ötən ilin son altı ayının yekunlarının müzakirəsi zamanı qarşıdan gələn böhranın ilkin görüntülərini qeyd etdiklərini bildirən Prezident İlham Əliyev görülən tədbirlər, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində böhranın ölkəmizə təsirinin minimum dərəcədə hiss olunduğunu söyləyib: “Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqdan qoruya bilmişdir. Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümum daxili məhsul 3,6 faiz artmışdır. çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır”.
Regionların inkişafında ümidverici meyillərin davam etdiyini önə çəkən dövlət başçısı işsizlik probleminin demək olar ki, həll olunduğunu vurğulayıb: “Son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə də davam edir. ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır. Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni, Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin”.
Azərbaycanın əldə etdiyi uğurlar istənilən çətin vəziyyətdən şərəflə çıxmağa imkan yaradır. Prezident İlham Əliyev yaranan maliyyə böhranının nə vaxta qədər davam edəcəyi ilə bağlı proqnozların verilməsinin qeyri-mümkünlüyünü irəli sürüb: “Azərbaycanın əldə edilmiş uğurları bizə istənilən çətin vəziyyətdən şərəflə çıxmağa imkan yaradır. Burada deyildi ki, son bir il ərzində - keçən ilin ortalarından başlayaraq bu günə qədər dünyada ciddi maliyyə və iqtisadi böhran hökm sürür və ola bilsin ki, bundan sonra da, hələ müəyyən müddət davam etsin. Heç kim heç bir proqnoz verə bilmir. Hər bir ölkə öz iqtisadi təhlükəsizliyi haqqında fikirləşməlidir. Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda, öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda, son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur”.
Prezident İlham Əliyevin sözlərinə görə, eyni zamanda böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar: “Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur”.
Azərbaycanın iqtisadi vəziyyəti sabitdir, sosial durum yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev ölkəmizin bütün sosial proqramları icra edəcəyini bildirib. ölkə başçısı insanların sosial vəziyyətinin yüksəldilməsini ən əsas vəzifə adlandırıb: “Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaxşıdır. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz azalıb və neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubadılıb, ancaq biz bütün sosial proqramları icra edirik. çünki ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar-pensiyalar, əməkhaqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir. Böhranla bağlı bir daha demək istəyirəm ki, əlbəttə ki, o, heç kimi sevindirə bilməz. Amma digər tərəfdən, bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir olduğunu çox açıq şəkildə göstərdi. İlk növbədə onu göstərdi ki, Azərbaycan dövləti istənilən iqtisadi sınaqlardan şərəflə çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə heç bir təsir göstərməmişdir. Belə olan halda, sosial proqramların davam etdirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcəkdir. Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər görülən tədbirlər davam etdirilməlidir. Hələ ki, demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir. Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların, məktəblərin tikintisi və s. ilə bağlı proqramlar, büdcədə nəzərdə tutulmuş investisiya layihələri icra olunmalıdır”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1107 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30