/ / Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilib
Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilib
29.08.2017 [10:24]
Avqustun 28-də Naxçıvan Muxtar Respublikası (MR) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin sədri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Bu gün komitə əməkdaşları üçün əlamətdar gündür. Ona görə ki, yaxşı iş şəraiti yaxşı əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir. Hər bir müstəqil ölkədə dövlət idarəetməsi müxtəlif strukturlar tərəfindən həyata keçirilir. Düzgün idarəetmə isə o ölkədə mümkün olur ki, həmin ölkədə inkişaf və sabitlik təmin edilsin. Müstəqil Azərbaycan dövləti də dünya ölkələri sırasında öz layiqli yerini tutub, düzgün idarəetmə sistemi yaradılıb, sabitlik və hərtərəfli inkişaf təmin edilib. Çünki Azərbaycanda müstəqilliyin və dövlətçiliyin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti bu yolu uğurla davam etdirir”.
Ali Məclisin Sədri deyib: “Ölkəmiz üçün vacib strukturlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Komitə fəaliyyətini üç istiqamətdə - standartlaşdırma, metrologiya və patent sahələri üzrə həyata keçirir. Standartlaşdırma sahəsində fəaliyyət məhsulların istehsalı, daşınması, satışı, xidmətlərin göstərilməsi zamanı standartların gözlənilməsinə dövlət nəzarətinin həyata keçirilməsindən, eləcə də məhsulların standartlara uyğunluğuna dair sertifikatların verilməsindən ibarətdir. Metrologiya sahəsində dövlət metroloji nəzarətinin həyata keçirilməsi, ölçmə vasitələrinin dövlət sınaqlarının aparılması, patent sahəsində isə əmtəə nişanları, coğrafi göstəricilər, ixtira, faydalı model, sənaye nümunələrinə patent və şəhadətnamələrin verilməsi əsas fəaliyyət istiqamətləridir”.
Ali Məclisin sədri qarşıda duran vəzifələrdən danışaraq deyib: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxili bazarı qorumalı, aid təşkilatlarla birlikdə keyfiyyətsiz və ya saxtalaşdırılmış məhsulların istehsalı, satışı və idxalına yol verməməlidir. İstehsal olunan yerli məhsulların ixracını stimullaşdırmaq məqsədilə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunluğu diqqət mərkəzində saxlanılmalı, istifadə olunan ölçmə vasitələrinin dəqiqliyinə nəzarət edilməli, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsinə nail olunmalıdır. Həmçinin komitə qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini təmin etməli, patent fondunun komplektləşdirilməsini, əmtəə nişanlarının, coğrafi göstəricilərin, elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların qeydə alınmasını, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində səlahiyyətinə aid edilmiş vəzifələrin icrasını davam etdirməlidir”.
Qeyd olunub ki, sınaq laboratoriyalarının qanunvericiliyə uyğun fəaliyyət göstərmələrinə diqqət artırılmalı, məhsulların və ya xidmətlərin təhlükəsizliyi və keyfiyyəti, eləcə də ölçmələrin dəqiqliyi haqqında istehlakçıların məlumatlandırılması təmin edilməlidir. Bundan başqa, istehsal və xidmət sahələrində, iaşə obyektlərində, uşaq bağçalarında və məktəb yeməkxanalarında standartların gözlənilməsi ilə bağlı monitorinqlər davam etdirilməli, yaradılanlar qorunmalı, kollektiv həvalə olunmuş vəzifələrin icrasında səyini artırmalıdır.
Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında komitə əməkdaşlarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış edərək deyib ki, muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər uğurla həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul və xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Komitənin ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bəxtiyar İsmayılov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib, fəaliyyətin səmərəli təşkili üçün daha səylə çalışacaqlarını bildirib.
Sonra Ali Məclisin sədri binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, 2 laboratoriya, reyestr və kadastr saxlama otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrini yoxlama otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu, eləcə də mətbəə və yeməkxana yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılıb.
Binada əsas və ehtiyat server, 12 dəst kompüter, 14 çap qurğusu, 2 videoproyektor və 1 elektron lövhə quraşdırılıb. Xidməti işin səmərəliyini və operativliyini yüksəltmək üçün yeni Elektron Sənəd Dövriyyəsi Sistemi və daxili şəbəkə istifadəyə verilib. Təhlükəsizlik normalarına uyğun olaraq inzibati binanın yaxınlığında məişət qaz avadanlıqlarının sınaq laboratoriyası yaradılıb, laboratoriya yeni qaz analizatorları və qaz detektorları ilə təmin edilib. Sifarişçilərin yoxlamaya təqdim etdiyi ölçmə vasitələrinin ilkin mərhələdə saxlanılması üçün ərazidə yarımqapalı yerlər hazırlanıb, avadanlıqların binaya daşınması üçün 3 yeni forkliftlər alınıb. Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 15 yerlik avtomobil dayanacağı tikilib.
Ali Məclisin sədri istehsal müəssisələrində və xidmət sahələrində maarifləndirmə və izahat işlərinin davam etdirilməsi, səmərələşdirici təkliflərin hazırlanması və patentlərin verilməsi sahəsində fəaliyyətin təşkili ilə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

