Gənc liderlər qlobal problemləri müzakirə ediblər
24.08.2017 [09:52]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də işini davam etdirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Üçtərəfli Komissiyanın Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət məşvərət qrupları təşkil olunub. 4-8 nəfərdən ibarət məşvərət qrupları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Finlandiyanın sabiq Prezidentinin baş məsləhətçisi Aira Kalela “İqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq əməkdaşlığın ən böyük problemi” mövzusunda təqdimatla çıxış edib.
Aira Kalela bildirib ki, iqlim dəyişikliyi təkcə ətraf mühiti korlamır. Həm də iqtisadiyyata, sənayeyə təsir göstərir. O, iqlim dəyişikliyinin müxtəlif ölkələrdə müxtəlif cür büruzə verdiyini deyib. İqlim dəyişikliyinin ən çox Afrikaya təsir göstərdiyini, bölgədəki ərzaq, su çatışmazlığının bunun nəticəsi olduğunu diqqətə çatdırıb. Həmçinin qlobal istiləşmənin qarşısının alınmasında Kioto protokolu və onun əhəmiyyətindən bəhs edib.
Daha sonra gənc liderlər iqlim dəyişikliyinə təsir göstərən problemlərin həlli ilə bağlı təkliflər irəli sürüblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin ətraf mühitin mühafizəsi, dövlət idarəçiliyi, insan resursları, iqlim dəyişikliyi ilə bağlı gənc liderlərin suallarını cavablandırıb.
Məşvərət qruplarında müzakirələr günün ikinci yarısında da davam edib. Şvarzman Kollecinin icraçı direktoru David Panın moderatorluğu ilə keçirilən müzakirələrdə gənclər Çinin dünyada artan rolu haqqında fikir mübadiləsi aparıblar. David Pan bildirib ki, əvvəlki illərlə müqayisədə Çinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib, adambaşına düşən ümumi daxili məhsul son illərdə daha da artıb. Son dövrlərdə texnologiya sahəsində baş verən yenilikləri xüsusilə vurğulayan David Pan Çinin bu sahədə böyük pay sahibi olduğunu diqqətə çatdırıb. Gənc liderlər Çində investisiyanın daha çox yatırıldığı sahələr, Çinin müasir dövrdə yürütdüyü iqtisadi siyasət, Çin diasporunun müasir durumu, əlaqələri ilə bağlı məsələləri də müzakirə ediblər.
Müzakirələrdən sonra iştirakçılar bir-biriləri ilə təcrübə və fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

