Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Ermənistanla sərhədlərin açılmasını istisna edir
23.08.2017 [10:07]
Erməni mediasının rəsmi İrəvanın Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması tələbini irəli sürə biləcəyinə dair iddiaları isə siyasi manipulyasiyadan başqa bir şey deyil
Türkiyə ilə Avrasiya İqtisadi Birliyi (AİB) arasında anlaşmanın imzalana biləcəyinə dair xəbərlər son bir neçə gün ərzində Ermənistanda geniş rezonans doğurub. Daha doğrusu eyforiyaya qapılan erməni analitikləri bunun Türkiyə-Ermənistan sərhədlərinin açılmasına səbəb ola biləcəyinə dair boş xəyallara düşüblər. Bu barədə bir qədər sonra. Hələlik isə onu qeyd edək ki, sərhədlərin açılması məsələsini ermənilər və onların xaricdəki havadarları 2009-cu ildən etibarən zaman-zaman gündəmə gətirsələr də heç bir nəticə əldə etməyiblər. Bunun da köklü səbəbləri var. Belə ki, hər zaman istər siyasi, istərsə iqtisadi münasibətlərdə qardaşlığı əsas götürən Azərbaycan-Türkiyə birliyinin davamlılığı, hər iki xalqın bu məsələdə vahid mövqedən çıxış etməsi sözügedən təşəbbüslərin iflasa uğraması ilə nəticələnib. Yəni bütün məsələlərdə dünya üçün örnək olan, “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənən Türkiyə-Azərbaycan qardaşlığı Ermənistanın və onların xaricdəki havadarlarının sərhədlərin açılması planını alt-üst edib. Bu kontekstdə xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Türkiyə Cümhuriyyəti özünün bir sıra qərarlarında Azərbaycanın maraqlarını müdafiə etdiyi kimi, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursumuzda, iqtisadi siyasətimizdə ölkəmizin maraqları ilə yanaşı, rəsmi Ankaranın dövlət maraqları da nəzərə alınıb.
Eyni zamanda, hələ bir neçə il öncə Sürix protokolları məsələsinin gündəmə gəldiyi zaman istər həmin dövrdə Türkiyənin Baş naziri, hazırda isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğanın, istərsə də qardaş ölkənin digər dövlət rəsmilərinin yekdil fikri Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə verməyəcəyi idi. Belə ki, 2009-cu il mayın 13-də o zaman Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında sərhədlərin Dağlıq Qarabağın işğalından sonra bağlandığını və işğal ortadan qalxmayınca sərhədlərin açılmayacağını qətiyyətlə vurğulamışdı. Daha sonra isə Bakıya səfərə gələn o dövrdə TBMM-nin sədri olan Mehmet Əli Şahin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokolların Türkiyə Böyük Millət Məclisindən keçməyəcəyinə əminliyini ifadə etmişdi. Eləcə də Azərbaycanın dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Türkiyənin Azərbaycanın maraqlarını heçə sayaraq belə bir addım ata biləcəyinin mümkünsüzlüyünü ifadə etmişdilər. Çünki bu iki dövlət arasındakı, iki xalq arasındakı qardaşlıq bağı, əlaqələr yüzilliklərə söykənir.
Bu məqamda onu da qeyd edək ki, həmin dövrdə protokolların imzalanma səbəbləri də bəlli idi - Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri məhz Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi. Əslində, bu protokolları Türkiyəyə “Avropanın qapısını” açmaq şərti qarşılığında imzalatmaqla və Ermənistanla sərhədləri açmaqla bir sıra xarici dairələr öz maraqlarını həyata keçirir, Ermənistanı işğalçı siyasəti ucbatından düşdüyü acınacaqlı sosial durumdan xilas etmək niyyəti güdürdü. Hər şeyə rəğmən isə istər Türkiyə, istərsə də Azərbaycan cəmiyyətinin məsələyə birmənalı və sərt reaksiyası həmin çirkin planların pozulması ilə nəticələndi.
Beləliklə, zaman-zaman bu məsələ gündəmə gəlsə də, az müddət sonra unudulmuş, arxa plana keçmişdi. Lakin bu günlərdə Türkiyənin Rusiya ilə yaxınlaşması fonunda ermənilən yenidən sərhədlərin açılması məsələsini gündəmə gətiriblər.
Xatırladaq ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. Bu məlumatın yayılması isə erməniləri yenidən “hərəkətə” keçirib. Belə ki, Ermənistanın da AİB-də təmsil olunduğunu nəzərə alaraq, bəzi erməni şərhçilər bunun Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini iddia edirlər. Hətta Ermənistanın Xarici İşlər Nazirliyi AİB ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyacının olduğu ilə bağlı bəyanat belə səsləndirib. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması tələbini irəli sürə bilər.
Lakin ermənilər yenə də boş xəyallara qapılırlar. Əvvəla ona görə ki, Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalına son qoymayıb. Digər tərəfdən, xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfi Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasını yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirsələr də, əslində məsələnin digər məqamlarını bilərəkdən “gözardı” edirlər. Unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil. Ermənistan Türkiyəyə qarşı da ərazi iddiasındadır və bunu rəsmi şəkildə ortaya qoymaqdadır. Belə ki, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu isə o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə qondarma “soyqırımı” iddilarının tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından əl çəkmirlər. Yəni hətta Türkiyənin hələ o zamanlar Ermənistanla sərhədlərinin açılacağı təqdirdə belə sözügedən qondarma iddialar səsləndiriləcək və bunun təbliğatı davam edəcəkdi.
Eyni zamanda, bir daha vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqaz regionunun iqtisadi inkişafının əsas təməl prinsiplərindən sayılır. Hələ “Əsrin müqaviləsi” imzalandığı və ixrac neft kəmərinin marşrutunun müəyyənləşdiyi dövrdə ölkəmiz Türkiyənin maraqlarına məhz öz maraqları kimi yanaşmışdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən sayılan BTC, böyük İpək Yolunun əsas hissəsi kimi xarakterizə olunan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də yaxın gələcəkdə reallaşması gözlənilən TANAP kimi irimiqyaslı layihələr Azərbaycanla yanaşı, Türkiyənin də Avropanın enerji təhlükəsizliyindəki rolunu artırıb. Bu iqtisadi birlik regionda yeni güc mərkəzinin yaranmasına yol açmaqla yanaşı, iki dövlət arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirib. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Bakıya gerçəkləşdirəcəyi səfərin də Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir.
Bütün bunları xatırlatmaqla yanaşı bir daha qeyd edək ki, geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir. Bir sözlə, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Ermənistanla sərhədlərin açılmasını istisna edir. Erməni mediasının rəsmi İrəvanın Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması tələbini irəli sürə biləcəyinə dair iddiaları isə siyasi manipulyasiyadan başqa bir şey deyil.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

