Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək
22.07.2009 [09:47]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam edir. Məlum olduğu kimi, sonuncu belə görüş iyulun 18-də Moskvada baş tutub. Həmin gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sərkisyanın görüşü keçirilib. Məhz bu görüş və danışıqlar münaqişənin həllinə ümidləri artırıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu qənaətdədir. “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada keçirilən görüşündən sonra bəzi ümidlər yarandı. Prosesdə artıq irəliləyiş var” deyən nazirin sözlərinə görə, Azərbaycan tərəfi Sankt-Peterburq görüşünə də, Moskva görüşünə də ümid bəsləyib: “Biz inanırıq və hiss edirik ki, Rusiya prezidenti cənab Dmitri Medvedev artıq öz təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqda maraqlıdır. Moskva görüşündə detalları müzakirə edərkən hiss edirdik ki, o, hansısa irəliləyişə nail olmaq istəyir”.
Xarici işlər nazirinin sözlərinə görə, Moskva görüşündə “Madrid prinsipləri”nin bəzi detalları müzakirə olunub: “Yəni, əvvəlcə məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, kommunikasiya bərpa olunmalıdır. Avropa İttifaqı kommunikasiyanın bərpası üçün donor-konfrans keçirə bilər. Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında kontaktları intensivləşdirmək lazımdır. Sonda isə status müəyyənləşdiriləcək. Biz istəyirik ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilsin”.
Qeyd edək ki, prezidentlərin Moskva görüşünə nikbinliklə yanaşan təkcə Azərbaycan tərəfi deyil. Belə ki, İsveçin sədrlik etdiyi Avropa İttifaqı Prezidentliyi öz bəyanatında dövlət başçılarının Moskva görüşünü alqışlayıb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səyləri artırmağa çağırıb. öz növbəsində bu günlərdə ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Karl Bildt Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqlar prosesinin Avropa İttifaqı tərəfindən yaxından izləndiyini bildirib.
Bütün bu bəyanat və açıqlamalar münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının tədricən son nöqtəyə çatmaq üzrə olduğuna işarə edir. Sadəcə, prosesin əbədi sülhlə nəticələnməsi üçün işğalçı tərəfin, yəni, Ermənistanın əsassız iddialardan və işğalçılıq siyasətindən əl çəkməsi lazımdır. İşğalçı tərəf bunu nə qədər tez etsə daha yaxşı olar. Hər hansı bəhanələrlə vaxtı uzatmaq isə Ermənistana müsbət bir şey vəd etmir. Lakin görünür Ermənistan rəhbərliyi bu reallığı hələ də tam dərk etmir. Əgər belə olmasaydı, qarşı tərəfdən bir-birinə zidd fikirlər səslənməkdə davam etməzdi. Məsələn, Moskva görüşündən sonra İrəvandan gələn xəbərlər işğalçı ölkənin, nəhayət ki, reallıqla barışdığı qənaətini yaradırdı. Daha doğrusu, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı press-relizdə bildirilirdi ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların davam etdirilməsində konstruktiv mövqe nümayiş etdiriblər. Lakin bundan cəmi bir neçə gün sonra xarici işlər naziri Edvard Nalbandyanın timsalında səslənən bəyanat Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olduğunu növbəti dəfə təsdiqlədi. “Moskva görüşündə Azərbaycana hər hansı bir ərazinin qaytarılması məsələsi müzakirə olunmayıb” deyən Nalbandyan rəsmi İrəvanın heç bir zaman Madrid sənədinə razılıq vermədiyini vurğulayıb: “Ermənistan heç bir zaman Madrid sənədini bəyənməyib və bu barədə rəsmi səviyyədə bəyanat verməyib. Biz həmişə bildirmişik ki, Madrid sənədi danışıqlar üçün əsas ola bilər”.
Bir sözlə, görünən odur ki, işğalçı tərəf öz çirkin siyasətindən əl çəkmək istəmir. Lakin artıq zaman və oyun qaydaları dəyişib. İndi dünya hər kəsi öz adı ilə çağırır. Ermənistan rəhbərlərinin nə istəməsindən asılı olmayaraq, bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində öz ədalətli həllini tapa bilər. Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı bəyan etdiyi kimi, artıq 15 ildir ki, biz nə hərb, nə sülh şəraitindəyik: “1994-cü ildə atəşkəs əldə edilib, lakin həmin vaxtdan etibarən beynəlxalq ictimaiyyətin müxtəlif səylərinə baxmayaraq, biz sülhə nail olmamışıq. Düzdür, hazırda danışıqlar prosesi daha fəal, vədedici şəkildə aparılır və artıq müəyyən nəticələr var. Lakin bu, beynəlxalq hüququn normaları və prinsiplərinə əsaslanan həllin tapılması və yekun razılaşma üçün kifayət deyildir. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu münaqişə yalnız beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərarları əsasında həll olunmalıdır. Ermənistan rəhbərliyi də buna hazırdır. Belə olmasaydı, onlar Moskva Bəyannaməsini imzalamazdılar. Orada aydın şəkildə deyilir ki, münaqişə beynəlxalq təşkilatların qətnamələri əsasında həll olunmalıdır. Həmin qətnamələrdə nə deyilir? Orada aydın şəkildə bildirilir ki, Ermənistan qüvvələri işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu barədə 4 qətnamə qəbul etmişdir. Həmçinin, BMT-nin Baş Məclisinin qətnaməsi bu mövqeyi dəstəkləyir. ATƏT-in, xüsusən də Lissabon zirvə görüşünün qərarlarında münaqişənin hansı yolla həll olunacağı aydın şəkildə göstərilir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. ümumi ərazimizin 20 faizini təşkil edən zəbt olunmuş bütün torpaqlar erməni işğalından azad olunmalıdır. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkmiş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıtmaq hüququ var”.
Azərbaycan Prezidenti həmin görüşdə eyni zamanda Dağlıq Qarabağa hansı şəkildə status verilə biləcəyini növbəti dəfə bəyan edib: “Biz hər zaman 1990-cı illərdə də demişik və indi də deyirik ki, Dağlıq Qarabağa suveren Azərbaycan dövlətinin hüdudları daxilində mümkün qədər ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə mümkün yanaşmadır. Hesab edirəm ki, əgər erməni tərəfi siyasi iradə göstərsə, münaqişə həll olunacaqdır. Eyni zamanda, biz Ermənistanın bəzi narahatlığını, Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqə məsələsi, təhlükəsizlik zəmanəti və sülhməramlı əməliyyatlar kimi məsələləri anlayırıq. Biz bu məsələləri konstruktiv şəkildə həll edə bilərik. Regionda sülh hamıya bir çox üstünlüklər gətirəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və insanlarımız yenidən öz doğma yerlərində, ulu babalarının torpaqlarında yaşamaq imkanına malik olacaqlar. Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Ermənistan digər suveren ölkənin ərazisini zəbt edən ölkə imicinə son qoymalıdır. Eyni zamanda, Azərbaycanın daxilində yerləşən və Ermənistanla heç vaxt əlaqəsi olmamış Dağlıq Qarabağ Ermənistana dəhliz vasitəsilə çıxış əldə edə bilər. Regiondakı bütün kommunikasiyalar açılar və tammiqyaslı regional əməkdaşlıq baş tutar. Qafqazdakı bütün ölkələr və tərəflər bundan yalnız fayda görəcəkdir. Nə hərb, nə sülh vəziyyəti münaqişənin dondurulmuş olması haqda səhv mesaj göndərir. Bu, dondurulmuş münaqişə deyil, atəşkəs Ermənistan və Azərbaycan orduları tərəfindən təmin edilir. Burada heç bir sülhməramlı yoxdur. Sülh şəraiti çox kövrəkdir. Buna görə də hazırda irəliyə doğru getmək və artıq bəlli olan məsələlər üzərində razılığa gəlmək lazımdır. çünki işğalçılıq siyasəti heç vaxt Dağlıq Qarabağın tanınmasına gətirib çıxarmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə kimi tanınmayacaqdır. Bunu gözləmək cəfəngiyyatdır. Suveren Azərbaycan dövləti daxilində cəmi 60 min əhalisi olan ərazi müstəqil ola bilməz. Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ bu günə qədər heç bir ölkə tərəfindən, o cümlədən, Ermənistan tərəfindən tanınmamışdır. Bu, aydın şəkildə onu göstərir ki, müstəqillik mümkün deyildir. Azərbaycan Dağlıq Qarabağın müstəqillik statusunu öncədən müəyyənləşdirən sülh planına heç vaxt razılaşmayacaqdır. Bu haqda söhbət belə gedə bilməz”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
