İşğalçılıq siyasəti Ermənistanı məhvə aparır
15.08.2017 [10:09]
Erməni ekspertlərin fikrincə, Azərbaycan hər bir sahədə işğalçı ölkədən qat-qat güclüdür
Levon Mnatsakanyan: Azərbaycan Silahlı Qüvvələrinin Füzuli istiqamətində həyata keçirdikləri raket atəşlərindən sonra, bir qrup erməni hərbi qulluqçusu panikaya düşüb öz döyüş postlarını tərk edərək qaçıb
Ara Papyan: Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur
Sirr deyil ki, Azərbaycan işğal edilmiş torpaqlarının azad olunması istiqamətində prinsipial və qətiyyətli mövqe nümayiş etdirir. Xüsusən son illərdə qazanılan mühüm uğurlar, ölkə Prezidentinin həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra ciddi beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını bildirir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini yeganə həll variantı kimi irəli sürür.
Azərbaycanın iqtisadi və hərbi gücünün artması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlarda mövqeyinin möhkəmlənməsi, həmçinin ölkəmizin mövqeyini beynəlxalq müstəvidə dəstəkləyənlərin sayının artması Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurur. Üstəlik, son zamanlar cəbhə xəttində erməni təxribatçı qruplarının Azərbaycan ordusu tərəfindən məhv edilməsi, düşmənin ciddi itkilər verməsi işğalçı Ermənistan hakimiyyətini təlaşa salıb. Bunun nəticəsidir ki, işğalçı tərəf dinc əhalini hədəfə alır. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir. Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması açıq şəkildə təsbit olunub. 25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində işğalçı ölkə tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırımı və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. Son olaraq, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 7 avqustda Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Yusifov Ramin xəsarət alıb. Azərbaycan tərəfi, təbii ki, işğalçı tərəfin bu qanlı hərəkətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırır. Buna paralel olaraq ordumuz düşmənin təxribatçı hərəkətlərinə layiqli cavab verir.
Ümumiyyətlə, Azərbaycanın güclənməsi fonunda Ermənistan hərtərəfli şəkildə böhran vəziyyətindədir. Bu vəziyyət Ermənistan ordusuna da sirayət edib. Bunun nəticəsidir ki, hərbçilər davamlı olaraq erməni ordusunu tərk edirlər. Bunu şərtləndirən əsas səbəb Ermənistandakı iqtisadi böhran olsa da, ölkə rəhbərliyi orduya da ciddi diqqət yetirmək imkanında deyil. Ermənistanın üzləşdiyi demoqrafiya problemi nəticəsində əhalinin sürətlə ölkəni tərk etməsi bütün dünyaya məlumdur, amma orduda xidmət edən hərbçilərin silahlı qüvvələri tərk etməsi daha acınacaqlı haldır. Belə ki, orduya çağırışçıların sayı ildən-ilə azalır. Artıq vəziyyət o həddə çatıb ki, hətta xəstələr belə hərbi xidmətə cəlb olunurlar. Maddi-texniki təchizatdan məhrum olan ordu artıq diz çökmək üzrədir.
Onu da qeyd edək ki, erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma halları kütləvi hala çevrilib. Heç də təsadüfi deyil ki, qondarma “DQR”in müdafiə ordusunun komandanı Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktubunda yazır ki, iyul ayının əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Füzuli istiqamətində həyata keçirdikləri raket atəşlərindən sonra, bir qrup erməni hərbi qulluqçusu panikaya düşüb öz döyüş postlarını tərk edərək qaçıb. Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan isə hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur. Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır: “Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir”.
Göründüyü kimi, erməni tərəfi öz zəifliyini etiraf edir. Bu zəifliyi ört-basdır etmək və daxili auditoriyanın diqqətini ölkədəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün isə cəbhə bölgəsindəki azərbaycanlı mülki insanları hədəfə alır. Amma işğalçı tərəf anlamalıdır ki, bu, onlar üçün çıxış yolu deyil. Çünki Azərbaycanın güclü ordusu hər zaman bu kimi təxribatlara tutarlı cavab verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

