/ / Azərbaycan və Türkmənistan Daxili İşlər nazirlikləri arasında imzalanan Saziş əməkdaşlığın genişlənməsinə təkan verəcək
Azərbaycan və Türkmənistan Daxili İşlər nazirlikləri arasında imzalanan Saziş əməkdaşlığın genişlənməsinə təkan verəcək
10.08.2017 [15:27]
Avqustun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində respublikamızda rəsmi səfərdə olan bu ölkənin daxili işlər naziri, polis general-mayoru İsgender Mulikov ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir xalqlarımız arasında çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, prezidentlər İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun siyasi iradəsinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini xüsusi qeyd edib. Səfər çərçivəsində Bakıda aparılan yüksək səviyyəli danışıqların, dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, müxtəlif sahələri əhatə edən hökumətlərarası sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin imzalanmasının, xüsusən adıçəkilən Bəyannamədə əsas faktorlardan və elementlərdən biri kimi təhlükəsizlik məsələlərinin öz əksini tapmasının əhəmiyyətindən danışan R.Usubov ölkələrimiz arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından, hərtərəfli inkişaf və inteqrasiya proseslərinin daxili işlər orqanlarını da əhatə etməsindən məmnunluğunu bildirib.
Ətraflı məlumata görə təşəkkür edən İsgender Mulikov imzalanmış Sazişin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan və impuls verəcəyinə əminliyini, Türkmənistan tərəfinin bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin yeni imzalanmış Sazişin müddəalarından irəli gələn öhdəliklərin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

