Xarici ermənipərəst mərkəzlərin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın iç üzü açılır
04.08.2017 [10:04]
Erməni lobbisinin ölkəmizə qarşı “qara piar” kampaniyasında Qənimət Zahidov və özlərini “siyasi mühacir” adlandıran digər xəyanətkarlardan istifadə olunur
Vaxtilə Azərbaycanda xarici ermənipərəst mərkəzlərin, eləcə də erməni lobbisinin emissarlığını həyata keçirən radikal müxalifət zümrəsinin öz yalanlarını ictimai rəyə yeridə bilməməsi və nəticədə də heç bir ictimai dəstəyə malik olmaması dağıdıcıların fiaskosunu rəsmiləşdirdi. Adi məişət mövzusu sayılacaq “hadisə”ləri belə əllərində bayraq etməyə, bununla bağlı “kütləvi aksiya” keçirməyə çalışanların əlləri son nəticədə boşda qaldı. Çünki xalqımız hətta onların icazəli aksiyalarına belə etinasız yanaşaraq erməni dəyirmanına su tökən radikalların arzularını ürəklərində qoydu. Maraqlıdır ki, radikal düşərgə partiyalarının sıravi üzvlərinin əksəriyyəti belə müəyyən bir müddətdən sonra onlara “liderlik” etməyə çalışanların ermənilərin sifarişlərini yerinə yetirdiyinin, bu yolda da partiyadaşlarından istifadə etdiklərinin fərqinə vararaq, onlardan üz döndərdilər. Ölkə daxilində qarışıqlıq yaratmağa çalışan, sabitliyə xələl gətirmək üçün bütün yollara baş vuran, erməni təbliğatının “istinad mənbəyi”nə çevrilərək maddi təminat əldə edən dağıdıcı ünsürlər isə uğradıqları məğlubiyyətin ardından öz məkrli niyyətlərini fərqli istiqamətlərdə davam etdirməyə başladılar...
radikalların sosial şəbəkə oyunları da baş tutmadı...
Qeyd olunduğu kimi, sıravi üzvlərinin əsl həqiqəti anlamaları, radikal zümrə rəhbərlərinin erməni lobbisinin xidmətçiliyini həyata keçirdiyini başa düşmələri və onlarla yollarını ayırmaları vaxtilə “partiya” adlanan həmin dağıdıcı qrupların daha da kiçilməsinə, qohum-əqrəba birliyinə, dərnəklərə çevrilməsinə səbəb oldu. Bu səbəbdən də onlar sonrakı mərhələdə öz yalanlarını, ermənilərin xeyrinə işləyən təbliğatlarını sosial şəbəkələr üzərindən yaymağa çalışdılar. Təbii ki, ölkəmizin inkişafını, suverenliyini qoruyan, milli maraqlarımızın keşiyində dayanan xalqımız dağıdıcı ünsürlərin “trol” siyasətini də ifşa etdi və belə demək mümkündürsə, ermənipərəst mərkəzlərin əmrləri ilə oturub-duranları zərərsizləşdirdilər. Artıq “sosial şəbəkə qəhrəmanlığı”nın da işə yaramadığını, bir sıra ölkələrdəki “praktika”ların Azərbaycanda da analoji tətbiqinin mümkünsüzlüyünü anlayan erməni lobbisi onlara xidmət edən xəyanətkar dəstəni, satqınları bir-bir fərqli adlar altında ölkədən çıxarmağa, öz içlərində “sığınacaq” verməyə başladı. Xüsusilə vurğulamaq lazımdır ki, bu mənada AXCP sədri Əli Kərimlinin yaxın ətrafı daha “fəal” görünürdü. Bir zamanlar partiyasının, nəzarətində olan qəzetin “aparıcı funksioner”lərini ard-arda Fransaya “uğurlayan” Ə.Kərimli məhz bu yolla ermənilərdən gələn pulun davamlılığını təmin etməyə çalışır. Xarici ermənipərəst mərkəzlər isə adıçəkilən xəyanətkar dəstəyə şərait yaradaraq “xidmət sektoru”nu daha da “təkmilləşdirirlər”. Belə ki, artıq Azərbaycanla bağlı dezinformasiyaları, milli maraqlara əks fikirləri tirajlamaq üçün həmin xəyanətkar qrupa televiziya yaratmaq imkanları təmin olunur. Təbii ki, erməni lobbisinin bütün məğlubiyyətlərə rəğmən bu xəyanətkar qrupu dəstəkləməsinin arxasında mühüm məqamlar dayanır...
Azərbaycanın dinamik inkişafı erməniləri narahat edən ən böyük səbəbdir
Qeyd edək ki, bu gün dünyada hökm sürən gərgin geopolitik durum Cənubi Qafqaz regionuna da öz təsirini göstərməkdədir. Belə bir vəziyyətdə isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəinki Azərbaycanın sabit inkişafını təmin edir, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üstünlüklərimizin daha da möhkəmlənməsinə şərait yaradır. Ölkəmizin qlobal enerji layihələrində işğalçı Ermənistanın yer almamasına nail olması, o cümlədən işğalçı ölkə daxilində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını faktlarla sübuta yetirməsi həm erməniləri, həm də onların xaricdəki havadarlarını “mat” vəziyyətində qoyub. Hətta Ermənistanın rəhbərliyi məcburi şəkildə Azərbaycanın dünya ictimaiyyətini öz tərəfinə çəkdiyini etiraf edir. Məhz bu səbəbdəndir ki, erməni lobbisi “sapı özümüzdən olan baltalar”ın əli ilə şər-böhtan kampaniyasının miqyasını daha da artırmaq, Azərbaycanın dünya erməniliyi üzərindəki açıq qələbəsinin qarşısını almaq üçün çalışır.
Bir məqam xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin sonuncu Soçi görüşü öncəsi bu basqıların daha da artması, erməni lobbisinin hər cür dezinformasiyaya əl atmağa çalışması, hətta İsrailin rəsmi “Haaretz” qəzetinin adından “saxta domenlər” yaradaraq yalanlar yaymaq istəməsi əlavə şərhə yer qoymur. Yəni, xarici ermənipərəst mərkəzlərin İsrail kimi bir dövlətin adı və media resursu üzərindən bu cür saxtakarlıqlara yol verməsi, bu cür təxribatlara əl atması onların hansı dərəcədə hazırlıqlı olmasını üzə çıxarmaqla yanaşı, nə qədər çarəsiz olduqlarını da ifşa edir. Görünən odur ki, Azərbaycan dövlətinin və Prezidentinin nüfuzu, regionun gələcəyi ilə bağlı siyasi-iqtisadi proseslərə təsir gücü erməni lobbisini böyük siyasi skandallar yarada biləcək təxribatlara baş vurmaq məcburiyyətində qoyur. Son dövrlərdə regionun iqtisadi gələcəyi ilə bağlı məsələlərdə birmənalı şəkildə Azərbaycanın mühüm söz sahibi qismində çıxış etməsi, ölkəmizin Rusiya-Türkiyə-İran dövlətlərarası münasibətlərinin inkişafında və daha da dərinləşməsində mühüm rol alması, Prezident İlham Əliyevlə Prezident Vladimir Putinin yaxın dostluq münasibətlərində olması və bu məqamı tez-tez vurğulamaları erməniləri və erməni lobbisini ən çox narahat edən məsələlərdir. Bu baxımdan, Azərbaycan ilə Rusiya arasındakı münasibətləri hansı yolla olursa olsun pozmaq istəyən həmin qüvvələr planlı şəkildə yalanlar uydurur və bu uydurmaların məhz Rusiyanın “təşkilatçılığı” ilə yayıldığını “sübut etmək” üçün əlləşir. Amma Rusiyanı hədəf göstərməyə çalışanlar unudurlar ki, pərdənin arxasında məhz ermənilərin və onların havadarlarının siluetləri görünməkdədir...
Qənimət Zahidovun “Turan TV”si erməni təbliğatının əsas ruporu kimi çıxış edir
Bəli, birmənalı şəkildə erməni oyunu olan və məhz yuxarıda qeyd edilən xəyanətkar radikal qruplar tərəfindən publikaya təqdim edilən bu yalanlar Azərbaycanın həm Rusiya, həm də digər ölkələrlə siyasi-iqtisadi əlaqələrinin gündən-günə möhkəmlənməsinə qarşıdır. Prosesin əsas iştirakçıları isə bu gün ölkəmizdə baş verən adi məişət zəminində olan kriminal hadisəni belə “antidemokratiya”, “hakimiyyətin təzyiqi”, “insan hüquqlarının tapdanması” kimi qələmə verən vaxtilə Əli Kərimlinin “sağ əli” funksiyasını həyata keçirən, hazırda erməni qazanının çömçəsi rolunu öhdəsinə götürən Qənimət Zahidov və onun “siyasi köçkün komandası”dır. Erməni lobbisinin maliyyəsi və dəstəyi ilə yayımlanan, Fransadakı erməni təbliğatının əsas ruporlarından birinə çevrilən “Turan TV” adlı şər maşını isə Q.Zahidovun ermənilərə daha effektiv şəkildə xidmət göstərməsi üçün yaradılıb. Vaxtilə “Azərbaycan saatı” verilişi vasitəsilə Əli Kərimlinin pul qazanmasını təmin edən Q. Zahidov hazırda “Turan TV”ni ölkəmizin milli suverenliyinə təhdid təşkil edən, milli maraqlarımıza əks mövqe tutan, ermənilərlə eyni zindana çəkic vuranların tribunasına çevirib. “Ermənidən daha artıq erməni” olanlar “Turan TV” vasitəsilə ölkəmizə qarşı olan nifrətlərini püskürür, qəzəblərini ifadə edirlər. Q.Zahidov məhz bu yolla ölkəmizlə bağlı dünya ictimaiyyətində yalan rəy yaratmaq, yüksək inkişaf yolunda olan Azərbaycan dövlətinə qarşı qısqanclığını ortaya qoymaq istəyir.
Beydulla Manafov ermənilərin diqtəsi ilə danışır
Bu faktı sadə misallarla da isbat etmək mümkündür. “Turan TV”nin efirindən publikaya xitab edənlərin kimliyinə nəzər salmaq hər şeyi ortaya çıxarır. Məsələn, ABŞ-dakı erməni lobbisinin “əsas adamı” sayılan, Rusiya dövlətinin rəhbərliyini hədəf almağı özünün “peşə”sinə çevirən Beydulla Manafovun “Turan TV”nin ən əsas ekspertlərindən biri olması dediklərimizi təsdiq edir. Kimdir Beydulla Manafov? Özünü “siyasi mühacir” kimi qələmə verən, əslində isə mühacirətinin əsas səbəbi “qohumlarına” daha rahat xidmət göstərmək olan B.Manafovun həyat yoldaşı Raisa Qaykova və kürəkəni ermənidir. Azərbaycana qarşı həyata keçirilən erməni oyununun bir “pazl”ı sayılan B.Manafovun söylədiklərinin ermənilərin diqtəsi əsasında hazırlandığına isə heç bir şübhə yoxdur.
Göründüyü kimi, ermənilərin məhz “milli xəyanətkarlar”ın əli ilə ölkəmizə qarşı çirkin planlar həyata keçirməyə çalışmaları göz önündədir. Amma bir həqiqət hər zaman öz aktuallığını qoruyur: ölkəsinə, xalqına, dövlətinə xor baxanlar zillətə və nifrətə məhkumdurlar. Düşmənin ocağının istisinə qızınanların son nəticədə hansı aqibətə düçar olacağı haqda isə tarixdə minlərlə misallar mövcuddur. Qənimət Zahidovun, Beydulla Manafovun və digər xəyanətkarların aqibətləri də o misallardan uzağa gedə bilməyəcək...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

