Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş günüdür

14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş günüdür

17.07.2009 [10:32]

14 iyul 1969-cu il respublikamızın tarixinə dönüş günü kimi yazılıb. Həmin gündə Ulu öndərimiz Heydər Əliyev respublikamıza birinci dəfə rəhbər seçilib. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün danılmaz rolu olub. O dövrün canlı şahidlərindən biri də mənəm...
Hələ gənc yaşlarımdan 12 ilə yaxın idi rayonda məsul və rəhbər komsomol, partiya işlərində çalışırdım. Respublikanın acınacaqlı vəziyyətini yaxşı bilirdim, görürdüm. Respublikada hərc-mərclik hökm sürür, təsərrüfat və iqtisadiyyat günü - gündən zəifləyir, xalqın vəziyyəti pisləşirdi. Xalqın rəğbətini qazanmış, işgüzar və mənəviyyatca saf olan işçilər sıxışdırılır və şəxsi mənafelərə görə sıradan çıxarılırdı...
Yadımdadır...1969-cu il iyul ayının 14-də axşam belə bir xəbər yayıldı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilib. Plenum təşkilati məsələləri müzakirə edib. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçilib. Səhəri gün, 15 iyulda isə respublikamızın və İttifaqın bütün mərkəzi qəzetləri bu plenum barədə məlumatı birinci səhifələrində iri şriftlərlə dərc etdilər...
Ulu öndər Heydər Əliyev çox cavan, yaraşıqlı, həsəd aparılan şəxsiyyətli bir adam idi. O vaxta kimi Onu adamlar efirdə və üzbəüz az görmüşdülər. Ona görə də hamı Onu heç olmasa televizorda görməyi arzulayırdı...Hamı respublikadakı ictimai mühitin yaxşılaşmasını, haqq-ədalətin bərpa edilməsini, bərbad vəziyyətin düzəlməsi üçün sanballı tədbirlərin həyata keçirilməsini səbirsizliklə gözləyirdi.
çox keçmədi ki, ümummilli lider Heydər Əliyevin başçılıq etdiyi Mərkəzi Komitənin kəsərli qərarları biri digərinin ardınca mətbuatda dərc edilməyə başladı. Əvvəlcə respublika, sonra isə şəhər və rayonlar səviyyəsində respublikanı pis vəziyyətə salan “rəhbərlər” barədə zərgər dəqiqliyi ilə təsirli tədbirlər görüldü.
Həyata keçirilən bu tədbirlər isə xalq tərəfindən böyük rəğbətlə qarşılanıb alqışlanırdı və adamların ruh yüksəkliyi ilə işləməsinə səbəb olurdu. Xalq Heydər Əliyevin şəxsində özünün arzuladığı rəhbəri tapmışdı.
Ulu öndər Heydər Əliyevin ən sanballı ilk tədbirlərindən biri də işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrları seçib respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin etməsi idi. O, belə adamları axtarıb tapır və rəhbər vəzifələrə qoyur, onlara böyük etimad və köməklik etməklə bərabər tələbkarlıq da göstərirdi...
Onu da qeyd edim ki, 70-ci illərdə təsərrüfat, sovet və partiya orqanları Heydər Əliyevin rəhbərliyi altında çox böyük işlər görürdülər. Şəhər və rayon partiya komitələri və onların birinci katibləri fədakarlıq göstərirdilər. Birinci katiblər xalqa, dövlətə, partiyaya və xüsusi ilə Heydər Əliyevə yüksək sədaqətlə xidmət edirdilər. Vəzifəsinin öhdəsindən gələ bilməyənlər isə qısa müddətdə vəzifəsi ilə vidalaşmalı olurdular...
Heydər Əliyev doğma vətəni Azərbaycana və millətinə ürəkdən bağlı olan, onları ürəkdən sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən rəhbər idi. Onun müdrik, uzaqgörən və səriştəli rəhbərliyi nəticəsində respublikamız nəinki nəhəng Sovetlər ölkəsində yüksək göstəricilərə nail oldu, həm də dünyada tanındı və özünün hazırkı müstəqilliyini təmin etdi.
Heydər Əliyevin idarəçilik üslubu böyük bir məktəb idi. Onun nitq söyləməsi, adamlarla ünsiyyəti, onları səbrlə dinləməsi, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadrlara qayğı və tələbkarlıq göstərmək üslubu, çətin məsələləri həll etmək üçün çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı heyrət doğururdu.
Heydər Əliyevin fitri istedada malik olmasını və idarəçilik qabiliyyətini Sovetlər ölkəsinin bütün tanınmış adamları yaxşı bilirdilər.
Bir dəfə SSRİ hərbi hava qüvvələrinin komandanı, Sovet İttifaqı marşalı Koldunov Qəbələdəki RLS-ə baxmaq üçün Azərbaycana gəldi. Onun xidməti təyyarəsi Kürdəmirdəki hərbi hissənin təyyarə meydançasına endi. Koldunov Heydər Əliyevin müdrikliyindən, yüksək təşkilatçılıq qabiliyyətindən, natiqlik istedadından, orduya münasibətindən və misilsiz xidmətlərindən söz açdı. Koldunov əvvəllər Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini işləyərkən Heydər Əliyevlə olan görüşlərindən, Hərbi Şuranın yığıncaqlarında Onun iştirakından və çıxışlarından ağızdolusu danışır və deyirdi ki, Onunla hər bir görüşümüz bizim üçün böyük dərs idi. Marşal dedi ki, Heydər Əliyev hərbi işi, onun elmi-nəzəri əsaslarını ölkənin yüksək çinli hərbçilərindən daha yaxşı bilirdi. Heydər Əliyev Azərbaycan xalqı üçün bir tanrı bəxşişidir, Onu qoruyun.
Bir sözlə, Onun respublikamıza uzunmüddətli rəhbərlik dövrü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk edilmişdir.
İndi Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizi Heydər Əliyev irsinə sadiq qalaraq idarə etməsi, onu bütün dünyada tanıtması, bu fırtınalı dünyada sükanı düzgün tutması və respublikamızın çiçəklənməsi üçün tədbirlər həyata keçirməsi bütün xalqımız kimi Heydər Əliyevlə 1970-ci illərdə fədakarlıqla və sədaqətlə çiyin-çiyinə işləmiş dövlət qulluqçularını da ürəkdən sevindirir.
Bilal MAHMUDOV,
Dövlət qulluğu təqaüdçüsü
Paylaş:
Baxılıb: 3541 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30