Sevinc Fətəliyeva: Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi
25.07.2017 [09:17]
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin Soçidə keçirilən görüşündə bu mövqe bir daha nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir. Dövlətlərimiz və xalqlarımız arasında münasibətlər tarixi köklərə malikdir. Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr ardıcıl olaraq inkişaf edir”, - deyə S.Fətəliyeva bildirib.
Soçidə prezidentlərin görüşü zamanı bir sıra vacib məsələlərin, o cümlədən regiondakı vəziyyətin geniş müzakirə olunduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, Prezident Vladimir Putinin dövlətimizin başçısı İlham Əliyevlə regiondakı problemlərin həlli yollarını müzakirə etməsi Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərir. Görüşdə, həmçinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi müzakirə olunub. Bu amil onu təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Dövlətimizin başçısının Rusiyaya səfəri və səfər zamanı prezidentlər arasında keçirilən görüş bunun bariz nümunəsidir.
“Hesab edirəm ki, Soçi görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllində səylərini daha da artıracaq. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07

