Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
21.07.2017 [09:01]
Azərbaycanın Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalının təqdim edilməsi məqsədilə ABŞ-nın Nyu-York şəhərinə rəsmi səfər edib.
Nümayəndə heyətinin tərkibində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov, parlamentin üzvü Məlahət İbrahimqızı, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev və İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil olunub.
BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov tərəfindən təqdim edilib. Təqdimatda Azərbaycanın İnkişaf Gündəliyində Dayanıqlı İnkişaf Məsələləri, Minilliyin İnkişaf Məqsədlərində əldə olunan nailiyyətlər, DİM-lərin milli prioritetlərə uyğunlaşdırılması prosesi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirləri, Azərbaycanın ilk Könüllü Milli İcmalı və gələcək addımlar barəsində geniş məlumat verilib.
Eyni zamanda, çıxışı zamanı Əli Əhmədov davamlı sülhün, təhlükəsizliyin, sabitlik və sosial həmrəyliyin dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğunu və “heç kimi geridə buraxmamaq” prinsipinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda hər hansı əhəmiyyətli tərəqqiyə malik olmağa imkan verməməsi barədə məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci il sentyabrın 25-27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

