"Xatirə Kuboku" turniri başa çatdı
15.07.2009 [10:10]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə KİV nümayəndələri arasında keçirilən futzal turniri başa çatdı. Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilən “Xatirə Kuboku” turnirində 16 KİV orqanının komandaları 4 qrupda mübarizə apardı. Qrupda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsində mübarizə aparmaq hüququ qazandı. Qəzetimizin komandası da turnirdə mübarizə apararaq final mərhələsinə kimi irəliləyə bildi. 1/4 final mərhələsində uğur qazanan komandalar yarımfinalda yarışmaq hüququ əldə ediblər.
Nəhayət, dünən turnirə yekun vuruldu. çoxdan gözlənilən final matçında AzTV-nin “Telefortuna” komandası ilə ANS TV-nin komandası qalib adı uğrunda mübarizə apardı. “Telefortuna” əvvəldən turnirin favorit komandası sayılırdı. Hələ turnir başlamazdan əvvəl çoxları AzTV-nin finala vəsiqə qazanacağını proqnozlaşdırırdı və bu proqnozlar özünü doğrultdu. “Telefortuna” bütün turnir ərzində heç bir oyunda məğlub olmayan yeganə komanda oldu. Onların finaldakı rəqibi olan ANS TV-nin kollektivi isə turnirə pis başlasa da, sonradan toparlana və finala qədər irəliləyə bildi. “Telefortuna” və ANS TV-nin komandalarının mübarizəsində finala layiq oyunun şahidi olduq. Hər iki kollektiv isti havaya rəğmən əsl peşəkarlıq nümayiş etdirərək sona qədər mübarizə apardılar. Meydançanın hər qarışı uğrunda qızğın mübarizə gedirdi. Amma “Telefortuna” daha təkmil oyun götərir, daha dəqiq ötürmələr edirdi ki, bu da Asəf Orduyevin hesabı açması ilə nəticələndi. Az sonra çempionatın bombardiri olan Elnur Əşrəfoğlu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırdı. Hesabında 20 qol olan Elnur Əşrəfoğlu 21-ci qolu öz adına yazarkən artıq final matçının sonrakı axarı haqqında təsəvvür yaranmağa başladı. Elnur Əşrəfoğlu daha bir qol vuraraq 22 qolla çempionatın bombardiri oldu. Onun komanda yoldaşlarının vurduğu qollar sayəsində AzTV-nin komandası 8-4 hesabı ilə qələbə qazanaraq “Xatirə Kuboku” turnirinin qalibi oldu. Digər meydançada isə turnirin üçüncü yeri uğrunda “Yeni Azərbaycan” qəzetinin komandası ilə Xəzər TV-nin komandası mübarizə aparırdı. Komandamızın bu mərhələyə vəsiqə qazanmasının özü uğur sayılmalıdır. çünki diqqət edəndə aydın görünür ki, final mərhələsində mübarizə aparan 4 komandadan üçü televiziyaların, biri isə qəzetimizin komandası idi. Yəni, turnirdə mübarizə aparan qəzet komandalarından təkcə bizim kollektivimiz sona qədər irəliləyərək televiziyaların mübarizəsinə şərik ola bildi. Oyuna gəldikdə isə Xəzər TV daha yaxşı oynayaraq 14-2 hesablı qələbə ilə turnirin üçüncüsü oldu.
Oyunlar başa çatandan sonra komandaların mükafatlandırılma mərasimi keçirildi. İlk dörd yeri tutan komandaların kollektivi qarşısında çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilən bu turnirin keçirilməsi böyük əhəmiyyət daşıyır. çünki Ulu öndər hakimiyyətdə olduğu illər ərzində həmişə idmana, idmançılara və mətbuat sahəsinə böyük diqqət ayırıb. Mətbuat sahəsində çalışanlar həmişə bu diqqət və qayğını hiss ediblər. Mətbuata senzuranın ləğvi, qəzetlərin Dövlət Nəşriyyatına olan borclarının silinməsi, mətbuatın, söz azadlığının inkişafına xidmət edən çoxsaylı sərəncam və qərarlar Ulu öndərin bu sahəyə nə qədər həssas yanaşdığının bariz nümunəsidir. Azərbaycanın bugünkü azad mətbuatı bu səviyyəyə gəlib çatmasına görə məhz Ulu öndər Heydər Əliyevə minnətdar olmalıdır və mətbuat ümummilli liderimizin xidmətlərini həmişə məmnunluqla xatırlayır. Baş redaktor qeyd etdi ki, KİV orqanları arasında futzal turnirinin keçirilməsi də məhz həmin xidmətlərin yada salınması və dahi şəxsiyyət Heydər Əliyevin gördüyü işlərin təbliğinə xidmət edir. Hikmət Babaoğlu turnirdə mübarizə apararaq qələbə qazanan komandaları bu münasibətlə təbrik edərək sözü Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıya verdi. Millət vəkili qeyd etdi ki, KİV orqanları arasında belə bir turnirin keçirilməsi əlamətdar haldır. çünki Ulu öndər həmişə idmançıların və mətbuat sahəsində çalışanların dostu olub, bu sahələrə xüsusi diqqət ayırıb. Mübariz Qurbanlı vurğuladı ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və idmançılarımızın qələbə soraqları Dünya və Avropa çempionatlarından, olimpiya oyunlarından gəlir. Millət vəkili bildirdi ki, “Xatirə Kuboku” turnirinin keçirilməsi ölkədə futzalın, böyük futbolun və ümumilikdə, idmanın təbliğinə xidmət edən müsbət hadisədir. Turnirdə iştirak edən və qələbə qazanan komandaları təbrik edən YAP rəsmisi bildirdi ki, ümummilli liderin xatirəsinə həsr edilən turnirin qalibinin Ulu öndərin siyasətinin ən böyük təbliğatçısı olan televiziya olması məntiqə uyğundur. Turnirin ikincisi olan ANS TV-nin də televiziya məkanımızda özünəməxsus yer tutduğuna diqqət çəkən Mübariz Qurbanlı, üçüncü olan Xəzər TV-ni və dördüncü olan “Yeni Azərbaycan” qəzetinin kollektivini də təbrik etdi. Daha sonra komandalar mükafatlandırıldı. Millət vəkili Mübariz Qurbanlı turnirin kubokunu və Fəxri Fərmanı AzTV-nin kapitanı Elnur Əşrəfoğluna, Futzal Federasiyasının rəhbəri Zaur Axundov turnirin ikinci mükafatını ANS TV-nin kapitanı Gündüz Abbaszadəyə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə üçüncü mükafatı Xəzər TV-nin kapitanı Emin Abbasova təqdim etdi. Bununla da, “Xatirə Kuboku” turniri başa çatdı.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
