Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-da qrup yaradılıb
11.07.2017 [09:44]
ATƏT Parlament Assambleyasının Belarusun paytaxtı Minskdə keçirilən 26-cı illik sessiyası çərçivəsində iyulun 8-də Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edilib.
Təsis yığıncağını açıq elan edən Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı rəhbəri və Milli Məclisin sədr müavini Bahar Muradova İpək Yolunun tarixi rolundan danışaraq onun müasir dünyadakı əhəmiyyətini qeyd edib. Bahar Muradova “İpək Yoluna Dəstək Qrupu”nun yaradılmasının üzv ölkələr üçün xüsusi önəm daşıdığını vurğulayıb, iştirakçı ölkələrə bu təklifə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Milli Məclisi adından təşəkkür edib.
Azay Quliyev çıxışında ATƏT PA-nın prezidenti Kristine Muttonenə, baş katib Roberto Montellya, Monteneqronun spikeri İvan Brayoviçə, Bosniya və Herseqovinanın spikeri Borisa Çolaka, nümayəndə heyətlərinin rəhbərlərinə tədbirdə iştirak etdiklərinə və irəli sürdüyü təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. Qrupun məqsəd və məramından danışan Azay Quliyev belə bir təşəbbüsün reallaşmasının “İpək Yoluna Dəstək Qrupu” ölkələrinin bir-birinə daha da yaxınlaşmasına, ATƏT dəyərlərinin təşviqinə, üzv ölkələrin milli maraqlarının təmin olunmasına və onlar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcəyini bildirib.
ATƏT PA-nın prezidenti Kristine Muttonen çıxışında Assambleyada “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması ideyasını yüksək qiymətləndirib və onu təşkilat üçün mühüm və maraqlı təşəbbüs adlandırıb. Xanım K.Muttonen qrupa olan yüksək marağı da qeyd edərək onun gələcəkdə parlament diplomatiyasına və ölkələrarası dialoqa xüsusi töhfə verəcəyinə inandığını qeyd edib.
Baş katib Roberto Montella da öz növbəsində ATƏT PA-da belə bir qrupun yaradılmasını alqışladığını və qurumun vitse-prezidenti Azay Quliyevin təşkilatda göstərdiyi aktiv fəaliyyəti təqdir etdiyini bildirib.
Daha sonra çıxış edən Monteneqronun spikeri İvan Brayoviç, Rumıniyanın nümayəndə heyətinin rəhbəri Viktor Ponta, Gürcüstan nümayəndə heyətinin üzvü və ATƏT PA-nın vitse-prezidenti George Sereteli, Albaniyanın nümayəndə heyətinin rəhbəri Arta Dade, Serbiyanın nümayəndə heyətinin rəhbəri Stefano Miladinoviç, İspaniyanın nümayəndə heyətinin üzvü, UNESCO-nun İpək Yolu şəbəkəsinin rəhbəri Joze Maria Çikuillo, İsveçrənin nümayəndə heyətinin rəhbəri Filippo Lombardi və digərləri ATƏT PA-da “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması təşəbbüsünü dəstəkləyiblər.
Müzakirələrdən sonra “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması ilə bağlı Protokolun rəsmi imzalanma mərasimi olub.
17 ölkənin - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukraynanın təsisçiliyi ilə “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu” təsis edilib.
Sonda isə Azay Quliyev yekdilliklə Qrupun əlaqələndiricisi, Mirkamal Əlizadə isə qrupun katibi seçilib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

