Jan-Lük Reitzer: Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalıdırlar
08.07.2017 [13:10]
Dost Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusu tərəfindən törədilən qanlı hadisəyə görə dərin kədərləndiyimi və həmrəyliyimi bildirirəm. Qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Meri olduğum Altkirş şəhəri Horadizlə qardaşlaşıb, buna görə bu hadisə bizi daha çox kədərləndirir və narahat edir. Artıq vaxtdır, ATƏT-in Minsk qrupu konkret fəaliyyət göstərməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Milli Assambleyasının xarici işlər üzrə komissiyasının üzvü, Horadiz şəhəri ilə qardaşlaşan Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
Jan-Lük Reitzer bildirib ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı prosesə başlanması təşəbbüsü irəli sürməsinin vaxtı çatıb. Ədalət qələbə çalmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsini yaradan Ermənistanı beynəlxalq ictimaiyyət pisləyir. Ancaq təəssüf ki, bu günə qədər bu istiqamətdə konkret addımlar atılmayıb.
Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü kimi ümid edirəm ki, komissiyamız qarşıdan gələn aylarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması təşəbbüsünü irəli sürəcək və bu məsələ komissiyanın gündəliyinə daxil ediləcək.
“Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllər də Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eşitmişik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistanın törətdiyi belə cinayətlərə görə onu təkcə pisləmək kifayət deyil, ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Jan-Lük Reitzer vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45

