İtaliya parlamentinin üzvləri Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər
07.07.2017 [09:49]
İtaliya parlamentinin Deputatlar Palatasının üzvləri Kristina Bargero və Xalid Çauki, habelə Senatın üzvü Vito Petroçelli Ermənistan silahlı qüvvələrinin iyulun 4-də təxribatı nəticəsində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlar veriblər.
İqtidar Demokratik Partiyadan olan deputat Kristina Bargero bildirib ki, bu gün daha bir körpənin həyatından qəddarlıq nəticəsində məhrum olması xəbərini almaq və hələ də aktiv fazada qalmaqda davam edən Ermənistan-Azərbaycan münaqişəsi barədə az yazan bir çox mətbuat orqanlarının laqeydliyini görmək çox ağrılıdır. “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın silahlı qüvvələri tərəfindən iki yaşlı körpə qətlə yetirilib”, - deyə italiyalı deputat vurğulayıb.
Deputat K.Bargero Ermənistanın ən tez zamanda öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracağına və beynəlxalq ictimaiyyəti aldatmağa son qoyacağına ümid etdiyini bildirib. “İtaliya hökuməti isə gələn il ATƏT-ə sədrliyi dövründə konstruktiv danışıqlar vasitəsilə uzunmüddətli sülhün bərqərar olunması yolunda fəaliyyət göstərməlidir”, - deyə Kristina Bargero fikirlərini tamamlayıb.
Hakim Demokratik Partiyadan olan digər deputat, xarici əlaqələr daimi komissiyasının üzvü Xalid Çauki isə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində bir qadının və onun nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən hücumla bağlı yeni xəbərlər dərin narahatlıq doğurur və Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını göstərir. O deyib: “Biz Ermənistan tərəfindən törədilən təcavüz aktını qəti və kəskin şəkildə qınayırıq, ziyan çəkən mülki əhali ilə tam həmrəyliyimizi ifadə edirik. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtması zərurətindən başlamaqla, sülh danışıqlarını yenidən bərpa etmək mümkün olacaq”.
İtaliya Senatında 5 ulduz hərəkatı partiyasının təmsilçisi, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Vito Petroçelli isə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamalıdır. İtalyan senator deyib ki, 30 ilə yaxın davam edən bu müharibə ilə bağlı həm BMT, həm də ATƏT öz rəylərini dəfələrlə bildiriblər və dünən də bir qadın və bir körpənin həyatlarını itirməsinə münasibətdə susqunluq hökm sürür.
Deputatlar Kristina Bargero və Xalid Çaukinin bəyanatları mənsub olduqları Demokratik Partiyanın rəsmi internet səhifəsində və İtaliya milli xəbər agentliyi - ANSA tərəfindən yayılıb, senator Vito Petroçellinin bəyanatı isə ANSA agentliyində yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

