Terrorçu Ermənistan dövləti yenidən Azərbaycanın dinc sakinlərini hədəfə alır
06.07.2017 [10:14]
Ermənistan silahlı qüvvələrinin intensiv atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi, 2 yaşlı Quliyeva Zəhra həlak olublar
Xəbər verildiyi kimi, işğalçı Ermənistanın silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi, 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Atəşkəs rejiminin pozulması, yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması, müvafiq iaşə obyektlərinə və yaşayış evlərinə zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, eləcə də işğalçı ölkənin prezidenti Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi.
Vurğulamaq lazımdır ki, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin mütəmadi olaraq hədəfə alınması, ağır artilleriyadan atəşə tutulması bir daha sübut edir ki, bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. 2 yaşlı uşağı qətlə yetirmək Xocalı, Ağdaban soyqırımılarını törədən, bilavasitə həmin qətliamlara rəhbərlik və orda iştirak edən Ermənistanın dövlət rəhbərlərinin, bu ölkənin ordusunun başında dayanan şəxslərin eyni qaniçən zehniyyətinin növbəti “məhsuludur”.
Ermənistana münasibətdə beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi terrorçu ölkənin yeni-yeni cinayətlər törətməsinə imkan verir
Vurğulamaq lazımdır ki, ötən ilin aprelində də Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almışdı və Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalmışdı. Törədilən bu vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla 6 nəfər həlak olmuşdu və 33 nəfər ağır yaralanmışdı. Eyni zamanda, məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri aramsız ağır artilleriya hücumlarına məruz qalmış, ciddi zərər görmüşdü. Bu fakt bir daha sübut edir ki, Ermənistan ordusu daimi olaraq Azərbaycanın mülki sakinlərini və yaşayış məntəqələrini hədəfə alır, dinc əhaliyə qarşı terror törədir. Yeri gəlmişkən, dünyanın digər münaqişə bölgələrində bu cür qeyri-insani aktların törədilməsi beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşsə də, terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir, ən yaxşı halda isə bir neçə kəsərsiz açıqlama ilə işlərini bitmiş hesab edirlər. Artıq uzun illərdir ki, BMT TŞ-nin qətnamələrini yerinə yetirməyən, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərarlara riayət etməyən Ermənistana qarşı hər hansı kəskin etiraz və ya sanksiya tətbiq olunmur. Bu isə özlüyündə cəzasızlıq mühiti yaradır və Ermənistanın terrorçu rəhbərliyinin yeni-yeni cinayətlər törətməsinə imkan verir. Görəsən, işğalçı ölkənin törətdiyi bu dəhşətli terror aktı - 2 yaşlı körpənin vəhşicəsinə qətlə yetirilməsi beynəlxalq təşkilatların nəzərində Ermənistandakı rejimə təzyiq etmək üçün kifayət qədər ciddi və faciəli hadisə sayılmırmı?
Xüsusilə vurğulanmalıdır ki, Ermənistanın dinc sakinləri ölkələrindəki quldur rejimin repressiyalarından qaçaraq Azərbaycana pənah gətirir və burda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılanırlar. Hətta həmin Ermənistan vətəndaşları öz ölkələrinin rəhbərlərinin terrorçu mahiyyətini ifşa edir, onların qatil olduqlarını açıq mətnlə dilə gətirirlər. Azərbaycanın dinc sakinləri isə Ermənistan dövləti, bu dövləti idarə edən hərbi xunta tərəfindən qətlə yetirilir, onların təsərrüfatları, şəxsi əmlakları ağır silahlarla dağıdılır. Bütün bunlar da bir daha sübut edir ki, yaranan cəzasızlıq mühiti Ermənistanın heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır.
İyulun 4-də Azərbaycanın dinc sakinlərinin Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi bu dövlətin regionda sülh və əmin-amanlığa təhlükə yaratdığını deməyə növbəti əsası verir
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Vurğulandığı kimi, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi qətnamələrin tələblərini (bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələblər irəli sürülüb) yerinə yetirməməklə qalmır, öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da “möhkəmləndirməyə” çalışır. Əslində, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır. Bu gün beynəlxalq hüquq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb kimi irəli sürür. Ermənistan rəhbərliyi dərk edir ki, Azərbaycan dövləti tərəfindən aparılan hücum diplomatiyası siyasətinin nəticəsi olaraq meydana çıxan və torpaqların azadlığını qeyd-şərtsiz olaraq ortaya qoyan hüquqi əsaslandırma mövcuddur. Dünya birliyi, aparıcı beynəlxalq təşkilatlar, eləcə də böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağda yaradılan qondarma separatçı rejimlə heç bir əlaqə qurmurlar. Eləcə də dünya birliyi tərəfindən yaxın tərəfdaş, iqtisadi əməkdaş qismində qəbul olunan Azərbaycan regional, qlobal layihələr həyata keçirir, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Məhz Azərbaycanın iştirakı ilə reallaşan bu layihələr Cənubi Qafqaz regionunu dünyanın mühüm iqtisadi mərkəzlərindən birinə çevirib. Lakin iyulun 4-də Azərbaycanın dinc sakinlərinin Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi bu dövlətin regionda sülh və əmin-amanlığa təhlükə yaratdığını deməyə növbəti əsası verir. Ermənistanın dövlət rəhbərləri regionda asayişin bərqərar olmasını istəmədiyini, regional təhlükəsizliyə təhdid yaratdığını əyani şəkildə ortaya qoymaqdadır. Sarkisyan rejiminin reallaşdırdığı bu qanlı aksiyalar Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını, sadəcə olaraq, Azərbaycanın sülhpərvər siyasətinin münaqişənin alovlanmasının qarşısını aldığının göstəricisidir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. Çünki bu günə qədər ölkəmizin irəli sürdüyü sülhpərvər mövqe qarşı tərəfin aqressiyası və bitməyən təcavüzü ilə cavablandırılır. Torpaqlarımızın azadlığını özündə ehtiva edən hüquqi əsas Azərbaycanın Silahlı Qüvvələri tərəfindən hər an ərazi bütövlüyümüzün təmin edilməsinə imkan verir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

