Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın son təxribatını pisləyib
06.07.2017 [10:06]
Fransada Azərbaycanın Dostları Assosiasiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həyatını itirməsi və Quliyeva Sərvinazın yaralanması, həmçinin mülki obyektlərə zərər dəyməsi ilə nəticələnən son hərbi təxribatını qətiyyətlə qınayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Manselin Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı verdiyi bəyanatda yer alıb.
Bəyanatda deyilir: “Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən baş vermiş bu təxribat nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar kədərini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir, həmçinin Azərbaycan xalqına öz dəstəyini bildirir.
Ermənistanın mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, eləcə də 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunda təmsil olunan ölkələr tərəfindən məsələnin həllinin ləngidilməsi uzun illərdir ki, ədalətsiz status-kvonu qoruyub saxlayır və bu, yalnız faciəvi qarşıdurmalara gətirib çıxarır. Azərbaycanın Dostları Assosiasiyası arzu edir ki, əlaqədar dövlətlər ən qısa müddətdə öz münasibətlərini bildirsinlər və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 854, 874 və 884) yerinə yetirilməsini təmin etsinlər.
Sonda Assosiasiya bütün tarixi həqiqətlərin əksinə olaraq özü başlatdığı münaqişədə özünü qurbanı kimi qələmə verməyə cəhd edən Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonların qeyri-qanuni işğalının davam etdirilməsinin mümkünsüzlüyünü anlamağa çağırır”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

